Elçin Hüseynbəyli: "Mənim sədr olmaq fikrim yoxdur"
25.01.13

- Elçin müəllim, 90-cı illərdə yazdığınız hekayələrdə -xüsusən " Rəqs edən oğlan” kitabındakı yazılardan söhbət gedir- Qarabağ müharibəsinə gizli, bəzən də açıq ironiya duyulur. Son dövrlər yazdığınız əsərlərdə isə nisgil var. Yaş ötdükcə o yerlərə qayıtmaq ümidinizi itirirsiniz, yoxsa...

-Bu tamamilə gözlənilən və maraqlı sualdır. Mən bu barədə son zamanlar “Çudak” adında, bir yazı yazıram. Açığı, əvvəllər bu ağrıları yumor, ironiya yolu ilə ört-basdır etmək istəyirdim. Bəlkə də ümumiyyətlə o itkinin ciddiyətin tamamilə anlamırdım. Son zamanlar Qarabağ münaqişəsi uzandıqca, yəni məndə əminlik yarandıqca ki, Qarabağın azad olunduğunu görməyəcəm, onda artıq ironiya ciddiyyətlə, kədərli təhkiyə ilə əvəz olunmağa başladı. 

“Boz eşşəyin məktubları”nı ironik dillə qələmə almışdım. Yerlilərimiz mənə deyirdilər ki, “hekayəni bir gözümüz ağlaya-ağlaya, bir gözümüz gülə-gülə oxuduq“. Mən də deyirdim ki, “elə mən özüm də o vəziyyətdə yazmışam”. Sonralar “Gözümə gün düşür”, “Çıxılmazlıq” kimi ciddi əhval-ruhiyyəli hekayələrimi yazdım.

O ağrılar mənim irihəcmli əsərlərimdə də özünü göstərir. “Əsirlər” povestim, “Balıq adam” romanım. Elə “Yovşan Qağayılar”ın özü. Bu əsərlər də öz-özlüyündə böyük bir ağrını ifadə edir. Ancaq sizə deyim, bu yazılarımda da mən içimdəki yazıçı ironiyasını diri saxlamağa çalışmışam. 

Bir gün dostlarım məndən soruşdular ki, “sən ironik hekayələr yazırsan, bəs ironik roman yaza bilərsənmi?” Düzü mənə bir az çətin gəldi. Axı ironiyanı axıra kimi aparmaq çətindir. Bir müddət sonra “Azıx” adlı ironik bir roman yazdım. Maraq və rəğbətlə qarşılandı. Gördüm ki, içimdəki gülüşü geniş epik miqyasda da saxlaya bilirəm. 

-Belə demək olarmı ki, “Elçin Hüseynbəylinin hadisəyə ironiyası oxucu üçün daha maraqlıdır, nəinki ciddi münasibəti?”

- İronik ədəbiyyatı sevirlər, oxuyurlar. Ümumiyyətlə belə əsərlər yazmaq yazıçıya enerji verir. Müəllifin özünün də enerjisini saxlaması üçün, ironik əsərlər çox vacibdir. “Rəqs edən oğlan” kitabıma Bomarşedən epiqraf vermişdim: “Mən ağlamamaq üçün dünyaya gülməyə tələsirəm” İnsan özünə gülməklə əslində özünü cəmiyyətə təqdim edir. Bu bütün böyük millətlərə xas olan xüsusiyyətdir. Baxın, ona görə də, mütərəqqi düşüncənin formalaşmasında Cəlil Məmmədquluzadə kimi, mənim kimi yazıçıların rolu böyükdür.

Əsəd Cahangir yazmışdı ki, Ədəbiyyatımızda Mirzə Cəlil-Anar-Elçin Hüseynbəyli xətti var. İroniya onların yaradıcılığının ortaq nöqtəsidir. Məncə, Əsəd haqlıdır.

-Yanlış xatırlamıramsa əsərlərinizi redaktə edib yenidən nəşr edəcəyinizi demişdiniz. Söhbət hansı əsərlərdən gedir? 

-Mənim bir neçə mövzum var. Bunlardan biri də Şah Abbasın həyatı ilə bağlı dram əsəridir. Qeydlər aparmışam, ancaq hələ yazmamışam.
İndi Türkmənçay və Gülüstan müqavilələrinin imzalandığı zamanı araşdırıram. Bu dövr bədii ədəbiyyatda az işlənmiş mövzudur. “Məşrutə” inqilabı ilə bağlı nəsə yazmağı düşünürəm. 20-ci əsrin əvvəllərindəki Xiyabani və Səttarxan hərakatından yazmaq istəyirəm. Açıqcası bu mövzular da bol enerji tələb edir. Ona görə də görsəm ki, enerjim, gücüm çatmır, ola bilsin ki, o ideyanı hansısa cavan, enerjili, yazmaq bacarığı olan və işləmək istəyən adamın birinə həvalə etdim. 

-Gənclik illərinizdə Moskvada təhsil almısınız. Nə kimi təsiri oldu Moskvanın sizə? 

- Moskvada hər şey Bakıdan daha sürətli idi. Metro da sürətli idi, maşınlar da, adamlar da. Bir də miqyası qeyd etmək istərdim. Genişliyi, böyüklüyü. Mən jurnalistika fakültəsinin auditoriyasına girəndə heyrətləndim ki, “bu boyda da auditoriya olar?”. Təsəvvür edin, 450-500 adamlıq auditoriya. Hələ dərslərin keyfiyyətindən, sərbəst mühitdən, demokratik ruhlu müəllimlərdən danışmıram.
Moskvada oxuduğum illərdə Bakıda kitabını tapmaq mümkünsüz olan yazıçıların əsərləri ilə tanış oldum. Söhbət gedir, Kafkadan, Sartrdan, Prustdan, Bulqakovdan, Kavabatadan... Bununla yanaşı getdiyim teatrlar, muzeylər... O vaxtlar yeni-yeni parlamağa başlayan Bartlar. Gennadi Xazanovun da estrada axşamlarına gedirdik.

-Vısotskiyə çatdınız?

-Yox çatmadım. Onda artıq dünyasını dəyişmişdi. Moskvada olanda Mirey Matyenin, Səzən Aksunun, Demis Rusosun konsertində olmuşam. Yəni çox məşhur, dünya çapında müğənnilərin. 
Azərbaycandan gələn müğənnilərin də konsertinə gedirdik. Məsələn, Sərxan Sərxanı çox sevirdik. İndiki Sankt-Peterburq o vaxtkı Leninqrad çox maraqlı gəlirdi bizə. Gedirdik, gəzirdik. Moskvada bütün tarixi-ədəbi muzeyləri gəzmişəm. Dünyagörüşümün zənginləşməsi baxımından, ədəbi-mədəni mühitin bizə verdiyi o imkanlar baxımından Moskvanın mənə çox təsiri oldu. Təsəvvür edin ki, “Təcrübə keçənlərin və aspirantların evi” var idi. Biz- Jurnalistika fakültəsinin tələbələri orda qalırdıq. Orda filmlərin premyerası keçirilirdi. Bizim dekanımız Zasulski amerikaşünas idi. Bu adam Amerika Birləşmiş Ştatlarının əllisinin də ləhcəsində danışa bilirdi. Unikal bir adamıydı, çox unikal... CNN-nin kabel televiziyasının direktoruyla, kosmonavtlarla, Rusiyanın ən məşhur sənət admlarıyla keçirdiyimiz görüşlərdə yaddaşımda silinməz izlər buraxıb.

-Vaxtiylə “Sənət” qəzetinə verdiyiniz müsahibədə, “Gənclər müdrikləşməyi, qocalarsa yeniləşməyi bacarmır” demişdiniz. Hal-hazırda Elçin Hüseynbəyli müdrikləşir, yoxsa yeniləşir?

- Özümə müdrik deyə bilmərəm. (gülür), ancaq mən daim yeniliyə can atan adam olmuşam. Mən mühafizəkaram. Mühafizəkar, dəyərləri qoruyan adamam. Ancaq yeniliyin əleyhinə də deyiləm.

-Demokratik mühafizəkar?

- Mənim yazılarımda, idarəçiliyimdə, layihə koordinatorluğumda yeniliyə qarşı bir şey sezmək mümkün deyil. Daim yeniliyə can atan bir adamam. Eyni zamanda onu da deyə bilərəm ki, bəlkə də yeniləşə-yeniləşə, böyüyə-böyüyə müdrikləşmişəm. (gülür).

-Uzun illər müxalif mövqeli qəzetlərdə siyasi yazılarla çıxış edirdiniz. Son vaxtlar belə yazılarınız görünmür. Bunun səbəbi nədir? Tutduğunuz vəzifə, yoxsa Azərbaycanda yaxşıya doğru dəyişiklik var?

- Yazar həmişə mübariz olmalıdır. Özünüz də bilirsiz ki, bu qızıl qanundur. Həmin dövrün siyasi müxalif yazılarının yazılmasının böyük səbəbləri var idi. Mühit onu tələb edirdi. O yazılara böyük ehtiyac var idi. Çünki ictimai rəyə təsir edə bilirdi. İndi Azərbaycanda çox təəssüf ki, ictimai rəy heysizləşib. O baxımdan da hansısa radikal yazını yazmağın elə bir əhəmiyyəti qalmayıb. Ümumiyyətlə mənim yazılarımda tək siyasi iqtidara yox, həm də bütövlükdə cəmiyyətə, elə müxalifətin özünə də tənqidi münasibət var. 

Düşüncə müxalifəti olmağa həmişə gücüm çatar və həmin fikirlərimi bu və ya digər formada həmişə deyəcəm. Baxın, sizlə müsahibəm də bunu göstərir ki, mən azad düşünmək qabiliyyətimi itirməmişəm. Ancaq bu başqa məsələdir ki, dövlət tərəfindən, dövlət başçısı tərəfindən hansısa müsbət addım atılırsa mən düşünürəm ki, onu da müsbət qiymətləndirmək lazımdır, demək lazımdır “bu yaxşıdır”. Ancaq bəzən görürsən ki, bəzi adamlar deyir ki, əşi, bu dövlətə yaltaqlanmaqdır. Elə deyil. Mən yenə də deyirəm, siyasi müxalifət ayrı şeydir. Siyasi müxalifətin konkret hədəfi var:hakimiyyətə gəlmək. Hakimiyyətə gəlmək üçün məşhur tezisdən istifadə edirlər: “Hakimiyyətə gəlmək üçün bütün vasitələr məqbuldur”.

-Deməli siz Azərbaycan müxalifətinin xalq davası yox, kreslo davası apardığını düşünürsünüz...

-Mən burda qəbahətli heç nə görmürəm. Onun da işi odur, məqsədi odur. Düşüncə müxalifətinin bir fərqi var ki, o hakimiyyətə gəlməyə can atmır, cəmiyyətdə daha sağlam rəqabətin olmasını istəyir. Fərq bundadır. Mən həmin vaxt da istəmişəm ki, ölkədə mənim fəaliyyətimdən, mənim düşüncəmdən irəli gələn məsələlər həll olunsun. Belə bir deyim var: “ Mən müharibədə əsgər olmuşam. Ancaq dəqiq inanıram ki, mən olmasaydım biz qalib gəlməzdik”. Mən də dəqiq inanıram ki, Azərbaycanda müsbət nələrsə baş veribsə, müstəqillik, demokratiya, humanizm, söz azadlığı- hamısında mənim payım var...

- Elçin müəllim, söhbəti birdən-birdən dəyişmək kimi olmasın, bu Yazıçılar Birliyinin qurultayı uzun müddətdir niyə gecikir?

- Vallah qurultayın gecikməsiylə bağlı müxtəlif fikirlər deyilib, səsləndirilib mən də öz fikrimi demişəm. Bu məsələ birbaşa sədrin və katibin səlahiyyətindədir. Ona görə də onlar qurultayın vaxtını dəqiq müəyyən etməlidirlər ki, mən də məmnuniyyətlə iştirak edim. (gülür)

-Nizamnamə məsələsi də var, da elə deyilmi? 

- Nizamnamə pozuntusu var şübhəsiz ki. Çünki qurultay nizamnaməyə görə 5 ildən bir keçirilməlidir. Ancaq indi gecikir. Nəzərə almaq lazımdır ki, başqa yaradıcı təşkilatların da qurultayı vaxtı-vaxtında keçirilmir. Elə ictimai təşkilat var ki, onların qurultayı bizdən də çox gecikib.

- Ara-sıra mətbuatda AYB-yə sədrliklə bağlı sizin də adınız hallanır. Ümumiyyətlə sizin Anar müəllimə rəqib olma ehtimalınız varmı?

-Yox. Qətiyyən. Ümumiyyətlə sədr olmaq istəyən, bu yolda məni özünə əngəl görən, müxtəif yollarla -dolayısı yaxud birbaşa- müxtəlif adamların, müxtəlif qəzetlərin, jurnalistlərin, əli ilə mənim və baş redaktoru olduğum “Ulduz” jurnalının əleyhinə yazılar yazdıran adamların hamısına demək istəyirəm ki, arxayın olsunlar, mənim sədr olmaq fikrim yoxdur!
Elə hər dəfə deyirlər ki, “Elçingil “Ulduz”u yedilər dağıtdılar!”. Ay qardaş, 65 min 450 manat büdcədir. Mənim ayrıca mühasibatım yoxdur. Ümumi mühasibatdır. Gedin, görün, o pullar hara gedir.

-Tez-tez “Ədəbiyyat” qəzetini tənqid edirsiniz. Doğrudanmı elə düşünürsünüz ki, Yazıçılar Birliyinin digər nəşrlərinin səviyyəsi yaxşıdır, bircə “Ədəbiyyat” qəzeti geridə qalıb? 

- Bizim nəşrlərimizin heç birinin səviyyəsi qənaətbəxş deyil. Ümumiyyətlə bizim cəmiyyətdə heç nə qənaətbəxş deyil. O cümlədən, bizim nəşrlərimiz də cəmiyyətimizə adevkatdır. 

“Ulduz” jurnalı dinamikdir, gənclərin üzünə açıqdır. Demokratik iş şəraitimiz var. “Azərbaycan” jurnalı da öz sanbalı ilə seçilir. Böyük yazıçılarımız əsərlərini məhz bu jurnala təqdim edir. “Ədəbiyyat” qəzetinin vəziyyəti isə doğrudan da acınacaqlıdır. İndi mən öz redaktor həmkarım barədə pis söz demək istəmirəm. Ancaq mən də belə düşünürəm ki, “Ədəbiyyat” qəzeti müasirləşməlidir. Müasir dövrün tələblərinə cavab verməlidir. /Qafqazinfo.az/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.