Sayman Aruz - Dəmirdən yaranan sevgi
23.01.13
Virtual, virtual, yenə virtual Anonim, ononim, hemoseksual. Dəmirdən, şunurdan yaranan eşqin, Sonu ya nifrətdir, ya da ki, inzal! Facebook, Twitter, massenger, G-mail, Sanki, monitora köçübdür şəhər. Texnika artıqca azalır meyl, Çoxalır daxilən tənhalıq, kədər! Məni özləyəndə evimə gəlmə Bil ya fecbookdayam, ya “sim”, ya “cin”də! Zahirim boşalır, daxilim dolur, Metaldan yaranan şəhər içində! Yerimi salmışam kampiyuterdə Sənlə sevişirəm saxta bir adla. Real dünyamızda sevmədiyin mən Əziz sevgilindir “sosyal” dünyada Yaxşı ki, üz-üzə gəlmirik biz də Necə ki, gəlmirlər payızla bahar! Sonuda yataqda bilşəmiriksə Üz-üzə gəlməyin nə mənası var!? Bahar təqvimlərin yamağı kimi İndiki dünyanın yamağı mənəm! Vitual sevginin, virtual seksin Virtual dadların damağı, mənəm!
Avanqard.net
|