Azərbaycan Yazıçılar Birliyinin keçirdiyi
Ədəbiyyat Müsabiqəsinin Komissiya Heyətinin sədri Kamal
Abdulla vəzifəsindən çıxdığını bəyan edib.
Bəyanatda yazılır: “Azərbaycan Yazarlar Birliyinin ədəbiyyatımızın
inkişafı üçün çox vacib olan bir proyekti həyata keçirilməkdədir.
Birlikdə beş nominasiya üzrə ədəbi mükafatların verilməsi üçün müsabiqə
komissiyası yaradılıb. Bu komissiyanın dəyərli yazarlardan, şairlərdən,
tənqidçilərdən ibarət üzvləri artıq fəaliyyət göstərir və müsabiqəyə
təqdim edilən əsərlər seçim prosesinə cəlb edilir. Bu komissiyanın sədri
mən idim. İşimin çoxluğunu nəzərə alaraq komissiyadan çıxmağım barədə
məlumatı bəyan edir, komissiyanın işinə uğurlar arzu edirəm”. /kulis.az/