Fərid Hüseynin həbsxanada yazdığı şeir - Öldü şair öldü
18.01.13
Ölmədi şair Kəsdilər şairin dilin dibindən Amma ki, dilini kəsmədi şair. Baxdı ki, bu dünya yuxu dünyadı. Dünyaya şeirlər əsnədi şair. Asdılar şairi ayaqlarından. Yeri göydə gördü, göyü də yerdə. Afərin, şairin son nəfəsidi. Şeir gilələnir əcəl tərində. Çatdız arzunuza, axır ki, çatdız. Öldü şair öldü, nə gözəl öldü. Ölmədi, ölmədi, ölmədi şair. Allaha uzanan bir cüt əl öldü.
|