Xəyalə Sevil - Lap təzədən vurulasan
15.01.13
Lap təzədən…
Gözünü yumub açasan,
Əllərinə bir əl düşə.
Yaşın
da o yaş olmaya,
10-15
il əvvəl düşə.
Qayıdasan, axır yolun
Yollarının başı ola.
Göxlərindən axab yaş da
Ömrün-günün qışı ola.
Ağladıqca, ağladıqca,
Durulasan, durulasan.
Sevməmiş qız ürəyinlə
Lap təzədən vurulasan.
Laaap təzədən vurulasan.
Pəncərə
Külək əsir pəncərəmdə,
Ağacların kölgə-kölgə
ruhu gəzir pəncərəmdə,
qorxu gəzir pəncərəmdə...
Pəncərəmdən çöl görünür,
Uzun,arıq yol
görünür.
Bu çöllərin adamı yox,
Ümid hanı, o damı yox?!
Xatirələr dul görünür.
Ömrü il-il ötürürəm,
Səhər gəlir, axşam düşür.
Tanrı yandırır şamını,
Göy üzündən ay şam düşür.
Ay şam düşür ürəyimə,
Ürək ala qaranlıqdı.
Səndən nə ömür qalıbsa,
Sənsiz üzü o yanlıqdı.
Pəncərəmin çölü sənsiz,
Pəncərəmin içi sənsiz.
Bilsən necə darıxıram,
Bilsən, sənin üçün, sənsiz...
Avanqard.net
|