Qalib Şəfahət - General arvadı
14.01.13

Onlar bir məktəbdə təhsil almışdılar.Asif Səlimənin böyük qardaşı ilə bir sinifdə oxuyurdu. Aralarında üç sinif fərqi var idi. Asifdən hamı kimi Səlimənin də xoşu gəlirdi. O, səliqəli geyimi, yaraşıqlı bədən quruluşu və çalışqanlığı ilə tay-tuşlarından fərqlənirdi. Kənardan yetişkən bir insan təəssüratı bağışlayırdı. Uşaqlıqdan arzusu hərbçi olmaq idi. Ona görə də idman məşqlərində aktiv iştirak edirdi. Orta məktəbi bitirən il Asif Ali Hərbi məktəbə daxil oldu. O, Hərbi məktəbin ən fəal kursantı kimi müəllimlərinin və zabit heyətinin xüsusi hörmətini qazanmışdı. Hərbi məktəbi bitirdikdən sonra leytenant rütbəsində hərbi hissələrdənbirinə xidmətə göndərildi.

Asif artıq bir neçə il idi ki, xidmətini bacarıqla yerinə yetirirdi. Lakin günlərin birində hansısa bir hərəkəti hərbi hissə komandirinin xoşuna gəlmədiyindən Asifə göz verib, işıq vermirdi. Elə buna görə növbətı rütbə almaq vaxtı çatsa da onun rütbə almasına imkan vermədi.

- Nə vaxt özünü doğrultsan, mən səni ürəyim istəyən bir zabit kimi görsəm, onda rütbə üzü görərsən!

Bu sözlər Asifi həvəsdən salmasa da, yoldaşları arasında çox pərt olmuşdu.

... Asif növbəti məzuniyyətini alıb kəndə - evlərinə getmişdi. Görüşünə gələn yaxınları onun rütbə almamasından dilxor olmuşdular. Ancaq Səlimənin qardaşı Vüqar ona ürək-dirək verib dedi:

- Sən heç narahat olma. Səlimənin həyat yoldaşı polkovnikdi. Əli hər yerə çatır, iki-üç günə bizə gələcəklər. Səlimə o gün zəng etmişdi. Atam kəndə gəlib bir qədər dincəlmələrini məsləhət gördü. Onlar da söz verdilər ki, ən azı bir həftə kənddə qalacaqlar.Biz də gözləyirik. Gələn kimi sənin işini həll edərik. Arxayın ol!

- Hə, yaxşı oldu, Səlimənin yoldaşı ilə də tanış olarıq. Görək Səlimənin vəziyyəti necədi?!

Deyilən kimi oldu, üç gündən sonra Səlimə həyat yoldaşı polkovniklə atasıgiləistirahətə gəldilər. Asif səhəri gün küçədə Vüqarla rastlaşdı:

- Daha nəyi gözləyirsən? Gəl gedək söhbət edək!

Bu fikir Asifin ürəyincə olmasa da, ayaqlarını sürüyə-sürüyə Vüqarın arxasınca onlara getdi. Polkovnik Qasımovu həyətdə gördükdə duruxsa daözünü o yerə qoymadı.

Vüqar Asifi ona təqdim edib dedi:

– Asif bizim yaxın adamdir. Ona işində bəzı köməkliklər lazımdır.

- Tanıyıram, cox yaxşı tanıyıram!

- Mən, cənab polkovnik, leytenant...

-Azad...

Asif əlini yanına salıb bir tərəfə cəkildi.

Bu vaxt evdən çıxan Səlimə uzun illərdən sonra gördüyü Asiflə səmimi görüşub hal-əhval tutdu. Səlimə Asifi neçə illərdən sonra görürdü. Asif xeyli dəyişmişdi. Qəlbindəki köhnə hislərin tozunu Asif baxışları ilə götürdü. Ürəyindən qəfil bir sızıltı keçdi. Əsl sevgi hisləri demək yalnız köz bağlayırmış!

Səliməüzünü Vüqara tutub soruşdu:

- Nə çətinlik var?

Polkovnik Qasımov dili topuq vuraraq söhbətə müdaxilə etdi:

- He... he... heç, elə bir şey deyil! A... asan məsələdi! Yo.. yoluna qoyarıq.

Asif Səlimənin qarşısında polkovnikin dilinin dolaşdığına təəccübləndi...

O gündən sonra Asifin çətinliklərinə son qoyuldu. Artıq Hərbi hissə komandiri “öz adamı” idi. Növbəti rütbələrə ardıcıllıqla nail olurdu. Hələ bir dəfə də yüksək işgüzarlığına görə vaxtından əvvəl növbəti rütbəyə layiq görüldü. Hətta polkovnik Qasımovun xidmət yeri dəyişdirildikdə Səlimənin təkidi ilə Asifin də xidmət yerini həmin hərbi hissəyə dəyişmişdilər.

Səlimə polkovniki sevib ailə qurmamışdı. Görüşləri də təsadüfən olmuşdu.Qasımov Səliməgilin qonşuluğunda yaşayan dostugilə qonaq gələndə onu görmüşdü. Qısa müddətdə elçi göndərib Səliməni atasından istəyəndə qız səsini də çıxarmamışdı. Atası razılıq verəndən sonra nə deyə bilərdi?..

Bir aydan sonra toyları oldu...

... Səlimə Asifi hər görəndə onun gözlərində uşaqlığını görürdü. İstəmirdi ondan bir an belə uzaq olsun. Elə bilirdi gözündən uzaqlaşsaonu bir daha tapmayacaq...

Beləcə, Səlimənin qəlbindəki hisslər hər gün boy atırdı. Bir an belə Asifi yadından çıxara bilmirdi. Bütün arzu və istəkləri onunla bağlı idi. Əsl sevginin nə olduğunu indi anlayırdı. Puç olmuş cavanlığına heyifi gəlirdi. Nəyə görə dörd divar arasında çürüməliydi? Nədən və kimdən ötəri?! Əvvəllər fikirləşirdi ki, bəlkə polkovniki sevə bilər. Gözəl ailəsi, uşaqları olar. Özünü general xanımı kimi görürdü.Bir müddət sonra biləndə ki, onun ailəsi olub; oğlu, qızı var. Daha gec idi. Özünü o yerə qoymadı. Dərdini içındə boğub yaşadı. Polkovnikə olan hörməti nifrətə çevrildi. Və o gündən münasibətləriər-arvad ünsiyyətindən o yana keçmədi. Daha general arvadı da olmaq arzusunun üstündən qara xətt çəkmişdi. Çox zaman düşüncələri ilə baş-başa qalırdı:“Onun hər şeyi var. Ailəsi, uşağı, vəzifəsi, bir də mən. Özü demiş, “eşqı”. Bəs mən? Özgə arzuların qucağına sürgün olunub, inildəyən bədbəxt bir qadın! Onun üçün bu ailə eşq üzərində qurulmuş bir yuva idi, mənim üçünsə cəhənnəm əzabı!Yaxşı ki, uşağımız olmadı. Olmasını da istəmirdim. Bu arzunun “dul qalması” mənim ücün xoş idi. Əslində uşaq mənim üçün yeni bir həyatın başlanğıcı demək idı. Ancaq artıqmən o həyata qədəm qoymaqdan çox uzaqdayam. Nifrətdən doğulan uşaq nə olacaqdı ki?”

... Asif səhər eşitdi ki, polkovnik Qasımovun vacib işi olduğına görə icazə alıb. Birneçə gün hərbi hissəyə gəlməyəcək. Vəzifənin icrası əmrlə polkovnik-leytenant Asif Əliyevə tapşırılıb. Nigaran oldu. Polkovnikin telefonuna da zəng çatmırdı. İşdən sonrayaşadığı evə getməyi qərarlaşdırdı.Onu Səlimə qarşıladı. Səliməyə nigaran oldugunu bildirdi. O isə arxayınlıqla:

- Qasımov işlə əlaqədar bir neçə günlük xaricəezamiyyətə getməli olduğunu bildirdi.

- İşlə bağlı olsaydı mənim də xəbərim olardı, - deyib Asif Səlimənin avazımış üzünə baxdı.

Səlimənin dalağı sancsa da özünü o yerə qoymadı.

- Yəqin vacib işi olub, deməyə ehtiyac bilməyib. İşlərini bitirib gələr. Asif, sən özündən danış,sənin işlərin necədi, nə yenillik var?

- Hər şey yaxşıdı, çox sağ olun.

Səlimənin qaynar baxışları Asifin gözlərinə dikilmişdi. Bubaxışlar tikan kimi onun ürəyinə sancılırdı. Asif bu baxışlara tabgətirməyib başını aşağı saldı. Səliməninqəfildən şaqqanaq çəkib gülməyi onu dərin xəyallardan ayırdı. Yanağındagözyaşlarını görüb soruşdu:

- Sən ağlayırsan, yoxsa gülürsən?

- Həm ağlayıram, həm də gülürəm! Mənimki də belə gətirib. Bir gözüm güləndə, bir gözüm ağlayıb. Özümü şux göstərməyə çalışsam da bulud kimi dolub öz içimə yağmışam. O yağışya sel olub, içimi yuyub, yaraların üstünü açıb, ya da yığılıb göl olub, öz içimdə özümü boğub. Sən haradan biləsən, neçə illərdi qəlbimdə bir vulkan gəzdirirəm. Öz-özünə püskürür, sonra da sönür. Qadın olmağıma görə çox şeyə gücüm çatmayıb. Ammahər kəs öz eşqinə sahib çıxmalıdır!

Asifnə cavab verəcəyini bilmirdi. Sanki dili kilidlənmışdi. Ayağa durub qapıya tərəf getdi. Səlimə onun arxasınca:

- Asif,möhkəm olmalısan,həyatda səni çox sınaqlar gözləyir! – dedi.

***

Asif yol boyu dərin fikrə getdi. Səliməyə qarşı sevgisi olsa da qəlbində boğmağa çalışırdı. “Yox! Ola bilməz! Bəs polkovnik? Bəs onun mənə etdiyi köməkliklər, xoş münasibətlər? Bu mənim polkovnikə qarşı xəyanətim kimi qiymətləndirilməzmi? Ancaq Səliməni də sevirəm. Onu hər görəndə içim dəmirçi kürəsi kimi alovlanır. Əlacsız bir dərdə düşmüşəm. Bir çarə tapmalıyam dərdimə. Ən yaxşısı bir daş alta, bir daş üstə qoyub bağlamaq lazımdır bu məsələni”.

Son vaxtlar hərbi hissədəciddi yoxlamalar oldu. Çoxlu çatmamazlıqlar ortaya çıxdığına görə polkovnik Qasımovun bir rütbəsini alıb onu aşağı vəzifəyə göndərdilər. Hərbi hissə komandiri vəzifəsini Asifə tapşırdılar.

Asif səhər eşıtdi ki, Qasımov axşam agır vəziyyətdə Hospitalın reanimasiya şöbəsinə yerləşdirilib. Özünü tez ora çatdırdı. Hospitalın həyətinə xeyli adam yığılmışdı. Onların arasında Səliməni, tanımadığı başqa bir qadını və yuxarı yaşlı bir oğlan və bir qız gördü. Səliməyə yaxınlaşıb:

- Qasımova nə olub, vəziyyəti necədi? - deyə soruşdu.

-Həkimlər deyir beyin iflici keçirib,vəziyyəti ağırdı!

Asif içəri daxil olub Qasımovun həkimi ilə özü danışdı. Onun razılığı ilə xəstəyə baş çəkdi...

Geri qayıdanda Səlimə ona yaxınlaşıb üzgün səslə söylədi:

- Asif, məni də apar. Mən daha ona gərək deyiləm. Arvadı da yanındadı, uşaqları da!..

***

Asifin komandir təyin olmağından xeyli müddət keçmişdi. Düşmən qəflətən hərbi hissə üzərinə hücuma keçdi. Hərbi hissənin yüksək döyüş hazırlığı və ayıq-sayıqlığı nəticəsində düşmən çoxlu sayda canlı və texniki itki verərək geri çəkildi.

Bu hadisənin sorağı hər yana yayıldı. Televizorda və qəzet səhifələrində bu məlumatgenişişlqlandırıldı. Komandirə gələn zənglərin ardı-arası kəsilmirdı. Hərbi hissənin belə şücaət göstərməsinə görə hamı onu təbrik edirdi.

Bir neçə gündən sonra hərbi hissəyə telefonoqramma gəldi ki, polkovnik Asif Əliyevsəhər tezdən Nazirlikdə olmalıdır. Asif çox həyəcan keçirirdi. Görəsən onu nə üçün Nazirliyə dəvət etmışdilər? Xeyirdimi? Səhər tezdən Komandanın qəbuluna gəlib gözlədi.Komandan onu kabinetinə dəvət edib əlini sıxdı:

- Təbrik edirəm sizi! Dövlətçiliyimizə yüksək hərbi xidmət göstərdiyinizə görə yeni rütbə ilə mükafatlandırılmısız, yoldaş general! Sizə uğurlar arzulayıram!

Asif çölə çıxanda özündə deyildi. Başı tərs dəyirman kimi fırlanırdı. Eşitdiyi gerçəkdi?! Handan-hana özünə gəlib sevincini paylaşmaq üçün ilk olaraq Səliməyə zəng etdi:

- Səlimə, mənə general rütbəsi verildi!

Səlimə səsi titrəyə-titrəyə dedi:

- Asif, səni ürəkdən təbrik edirəm! Mənim ən böyük arzum general arvadı olmaq idi.Şükür ki, bu arzuma yetdim!


Avanqard.net

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.