Qan Turalı istefa verdi
14.01.13
"Ayoçuları balaca AYB-ləri ilə tək buraxıram"
“Mənim
Günel Mövludun AYO sədri olmasına heç bir etirazım yoxdur”. Bu sözləri
gənc yazar Qan Turalı “Qafqazinfo”ya verdiyi açıqlamasında deyib.
Qan
Turalı Günel Mövludun AYO-ya qayıdışından, eləcə də keçirilən seçkidən
xəbərsiz olduğunu bildirib: “Bu hal artıq ikinci dəfədir ki,
təkrarlanır. Aqşin seçiləndə də anoloji hal baş vermişdi. Özümü
cəmiyyətə təqdim etmək fikrim yoxdur. Lakin AYO üzvü kimi bu seçkidən
xəbərim olmaması məni rəncidə edir. Mən arzulanmadığım yeri dar etmək
istəmirəm. Biz AYB-nin bütün üzvlərinin qurultayda iştirakına imkan
verilməməsini, qurum üzvlərinin sayını süni səkildə artırılmasını tənqid
etmişik. İndi eyni tendensiyanı AYO-da yaşayırıq.
Çox
güman ki, mənim AYO haqda səsləndirdiyim və son məqaləmdə qoyulan
fikirlər AYO üzvlərinin xoşuna gəlməyib. Olsun. Mən AYO üzvlüyündən
çıxdığımı elan edir, ayoçuları balaca AYB-ləri ilə tək buraxıram”.
Qeyd
edək ki, bu gün mətbuatda Azad Yazarlar Ocağının idarə heyətinin qərarı
ilə yazıçı Günel Mövludun Azad Yazarlar Ocağının sədri vəzifəsinə
seçildiyi xəbəri yayılıb. AYO-nun daxili nizamnaməsinə görə Günel 1 il
müddətinə təşkilata rəhbərlik edəcək, ədəbi görüşlər keçirmək, tədbirlər
həyata keçirmək, təşkilatı təmsil etmək, mətbuata açıqlamalar vermək
məsuliyyətini öz üzərinə alacaqdır.
|