Kənan Hacı - Günahlarımın əfvinə
14.01.13
Bu badəni sənin yoxluğuna qaldırmışam, günahlarımın əfvinə içirəm- bağışlamayacağını bilsəm də. Mən də bu günahı seçdim özümə, yanımda olsaydın, yenə günaha batardım, günahsız yaşamaq olmur bu fani dünyada... günah həyatın astar üzüdü, sənin yoxluğuna içirəm... Orucu pozulmuş adam kimi “daha keçdi” deyib bir siqaret də yandırım sənin yoxluğuna... İndi ki, sən yoxsan, nə var günaha batmaqdan asan?...
Xəyalımda səni düşünüb özgəsinin qoynunda itdim, sənin yoxluğundan başladı xəyanətə aparan yollar, sənin gözlərində batdım günaha, özgənin qoynunda səni itirdim. İndi ki, sən yoxsan, nə var günaha batmaqdan asan?... İçimdə qara gün üçün saxladığım ümidi güllələdim bu gecə, sənin yoxluğuna içdim bu gecə...
|