Əsəd Cahangirin yeni kitabı müzakirə edildi
14.01.13
Bakı Slavyan Universitetində tanınmış tənqidçi Əsəd Cahangirin yenicə işıq üzü görmüş "Kim yatmış kim oyaq" adlı kitabının təqdimatına həsr olumuş tədbir keçirilib.
Kitabda tənqidçinin son iyirmi ildə yazdığı elmi-bədii yazılar, esselər, məqalələr yer alıb. Tədbirdə Slavyan universitetinin rektoru Kamal Abdulla, akademik Nizami Cəfərov, publisist Afaq Məsud kimi tanınmış imzalarla yanaşı bu universitetin əsasən yaradıcılıq fakultəsinin tələbələri, gənc və Azərbaycan ədəbiyyatında öz sözünü demiş yazıçı-şairlər, jurnalistlər iştirak ediblər.
Böyük diskussiyaların baş tutduğu tədbir olduqca maraqla qarşılanıb. Tədbir Əsəd Cahangirə suallar sual-cavab şəklində davam edib. Əsəd Cahangir və onun yeni kitabı haqqında Kamal Abdulla, Afaq Məsud, Şərif Ağayar, Elxan Zal, Qan Turalı da çıxış edib öz fikirlərini bildiriblər. /525.az/
|