Fərid Hüseyn- "Biz “AA” nömrəli maşınlara minmədik"
20.12.12
Biz satıcıdan şərab adı ilə qadın yoxluğu alıb içmiş adamlarıq, İndi üzülmərik, kimlərinsə getdiyinə...
Biz “AA” nömrəli maşınlara minmədik Avtobusları ayağımıza sürdürdük, Sizin maşınızın at gücü bizim tək ayağımıza dəyməz.
Yaxşı ki, sizin Nuh gəminiz yoxdu, Yoxsa özünüzünkülərdən başqa heç kəsi də mindirməzdiniz
Cəhənnəm nişanıdı gözləriniz, Sizinlə göz-gözə gəlib Axirətə inanmamaq namümkün.
Anam olmasaydı, dünyaya bulaşardım mən də Yaxşı ki, var, “getmə, qayıt” deyib çəkir özünə məni.
Baxmağa yerin yoxdursa, Dünya-pəncərə zad deyil, Utanın yalanınızdan
Məni çağırın geri, Gedim bu ağbaş, qarabaş adamlardan çıxıb gedim, Burda adam hər gün “beş-üç qram nüftə”dən yaradıldığını Xatırlamaya bilmir. Burda başqalarının murdarlığına baxıb özündən iyənirsən...
Avanqard.net
|