Ülviyyə Tahir - Söyüdün fındıq budağı
18.12.12

Hekayə

 

 Əlini bacısının qarnına qoydu. Xəzinə tapmış aadam kimi sevincinin həddi-hüdudu yox idi. Üç aylıq idi. Əlinin altındakı bu varlıq üç aylıq idi. Nəhayət on illik ailə həyatının sonsuzluq damğasını bu yolla silməyə cəhd edirdi. Bakıdan rayona dönmək istəmirdi. Elə bilirdi ki, bacısını bir anlıq tək qoyub gəlsə, nə isə olacaq. Birtəhər hisslərinə qalib gəlib rayona döndü.Evə çatmamış elə küçənin başından,  darvazanın önündə duran baldızını sezdi. Həmişəki havalı görkəmi ilə,  salamını belə almadan  elə darvazanın önündəcə birbaşa hücuma keçdi.

            -Soruşan yoxdu ki, ay Abdulla, eşşəyin harada otdayır. Biz də arvadıq daa, doğan yerimiz xarab olmuyub ha.....  Sən gərək öz nəslindən götürəsən uşağı?!

            -  Emelya, yorulmuşam o boyda yol gəlmişəm. Qoy bir içəri keçim nəfəs alım.

Baldızı boğazının kapliyarları imkan verənə qədər söyüb, söyməcələnib, ona da qısır damğasını vurub çıxıb getdi.

            Darvazanı açıb içəri keçdi. Məhzun görkəmlə boş evini süzüb, elə səkinin üstünə çökdü.

            Axşam telefonlar susmadı. Ev telefonundan sürətlə mobil telefonlara tullanan hər qohumun ağzından bir hava gəlirdi. O isə, onların boğduğu havanı  dəyişmək üçün evlə çölün arasında qalırdı. Baldızı bütün səs-küyə son nöqtəni qoydu.

Səhər dan yeri ağaranda əlləri əssə-əsə telefonun adlar bölməsindən bacısının nömrəsini zorla tapdı. Ona “uşağı istəmirik” sözlərini yarımsaata güclə deyə bildi.

            Əlini, televizorun üstündəki şüşə suvinirin üstünə qoyub fikrə getmişdi. Beyninində   yalniz bir məsələ var idi. Bacısı bu gün aborta gedəcəyini demişdi. Ürəyi qırıq- qırıq olmuşdu. Heç vaxt hiss etmədiyi analıq duyğusunu elə bil kötüyündən baltalamışdılar. Qapının qəfil açılmağına diksindi. Əri, üzündə insan ölmüş kimi iyrənc bir ifadə ilə içəri girdi. Ayağının birini götürüb birini qoydu. Anladı nəyinsə baş verdiyini, tez başa düşdü. Vecsizliklə:

            -Nolub? – deyə soruşdu.

Əri  balıq kimi ağzını açıb yumdu. Səsi çıxmadı. Cümlənin yarısı boğazında, ağzında itdi.

-........................Xəstəəəəəəəəəxanaya gedibbbbb.

- Bacıma nəsə olub?- vecsiz səsi sürətlə təlaşa çevrildi.

-  Yox, Emelya bu gün gedib, bu gün, bu gün

            -   Hə, bu gün nolub bu gün...............?-  anladı ki, nəsə doğurdan olub amma bu nəsənin nə olduğunu anlyanda  az qala canı çıxdı.

Baldızını xəstəxanadan çıxanda gördü. Uzaqdan baxdı.Yaxına getməyə təpəri çatmadı.

Qorxdu ki, bir azca yaxına getsə baldızının saçlarından tutub yerə çırpacaq , Yaxasından yapışıb hətta ondan etmədiklərinin də, hesabını soruşacaq. Evinin körpə səsinə həsrət qalmasını, qarnının quruldamaqdan başqa bir işə yaramadığını, millətin bir tikə ət parçasına həsrət qalanda onun niyə beş aylıq körpəni doğratdırmasını..... hamısını soruşacaqdı. Uzaqdan baxa-baxa bu hesabı da içəri verdi. Onları da qəlbinin sükut adlı qəbirstanlığına gömdü.

       Yarıümid bacısına zəng etdi. “Bəlkə hələ xəstəxanaya getməyib” ümidi ilə. Anasına yalvarıb göndərdi onlara. Bacısını yarımçıq abort stolundan endirdilər. Qanaxmasını birtəhər kəsib evə göndərdilər. Hər şey yoluna qoyuldu.Baldızı heç üzr istəməyi də, ağlına gətirmədi. “Uşaq mənimdi. Istərəm doğaram, istərəm boğaram. Kimə nə....” Özündən hökm çıxarıb özünə bəraət qazandırdı.

Xəstəxananın dəhlizində gördü onu ilk dəfə.Bacısının balasını öz körpəsi kimi hiss etdi.  Qırmızı ət parçası kimi ağ mələfənin arasında idi. Ağlamağa da gücü yetmirdi. Insanların udduğu havaya tab gətirə bilmirdi. 

            Küməsin içində mələfəni açdılar. Gözlərinin önündə dəhşətli bir mənzərə var idi. Körpənin bir qolu yox idi.

            Həkimlər “Uşaq çox zəifdir. Çətin yaşayar.Qanında virus var Bir iynə məsələni həll edər. Yenə özünüz bilərsiniz.- deyərək  onlara eftanaziya təklif etdilər.

         Axşamın qaranlığında evə çatdı. Bir ayda tamam yetimləşmiş evinə  əl gəzdirmədən, onu yanına qoyaraq  yuxuya keçdi. Gecəyarı ayılanda ilk əl atdığı yerdə əli boşa çıxdı. Durub dəli kimi çarpayıya baxdı. Bəli, indi tamam əmin idi: uşaq yerində yox idi. Necə çığırdısa səsindən divarlar sanki sirkələndi. Elə o an qapı açıldı. Əri qucağında  körpə içəri girdi.

- Biz buradayıq, qorxma. Qorxma...

Bu hadisədən sonra qarabasmalar,illuziyaları çoxalmağa başladı.   Ona elə gəlirdi ki, evinin hər küncü körpəsini əlindən almaq istəyənlərlə doludu.

            Bir sabah yenə qarabasma hesab etdi onun qızdırmasını. Bu qızdırma qarabasmadan betər oldu. Heç düşmədi. Hər həkim bir diaqnoz qoydu.Qaranlıq gecələrin heç gündüz olmayacağı fikri ilə neçə gecə yuxusuz qaldı.

            ...Əri gəlib çıxana qədər körpəni əlindən ala bilmədilər. Əri gələn kimi  ona gücü yetdiyi qədər bir sillə ilişdirdi. Onda özünə gəldi. Qucağındakının nəfəssiz olduğunun, cəsəd olduğunun fərqinə vardı.

Onu qəbirdən zorla araladılar.Dağılmış saçları tamam toz-torpaq olmuşdu.Bayaqdan bədənini götürən əsməcə bütün cisminini sılkələməyə başladı. Onlar qəbirstanlığı tərk edəndə  çiskin yağış güclənməyə başladı. Yağışın iri damlaları üzünə düşərək yarıaçıq qalmış dodaqlarının kənarlarından süzülürdü. Onun qoluna girmiş əri yağışa görə daha da tələsərək maşına doğru addımlarını sürətləndirdi. Külək qarışıq yağışın nəm havası canına hopduqca gözləri irilənir, hədəqəsindən çıxacaq kimi baxırdı. Əri qoluna girdiyi arvadının balıq kimi  əlindən sürüşdüyünü gördü. Hər şey bir an içində oldu. Gurultulu yağış göydən yerə, O isə qəbirstanlığa cumdu. Ona elə gəlirdi ki, yağışla bərabər bir damla su olub torpağın altına süzüləcək, süzüləcək. Qəbirstanlığın daş yolu bitdi, palçıq yolu isə əydaha ağzı kimi onun ayaqlarını uddu. Beyni xatirələrin qucağında, ayaqları palçığın içində özü isə suya möhtac balıq kimi ağzını açıb yumdu. Yağış şıddətlənirdi. Baş-ayaq palçıq olmuşdu.Əri onu güclə sürüyüb maşına atdı. Qəbirstanlıq geridə qaldıqca onun gözlərindən süzülən yaşlar içindəki ağrını azaldırdı.

            Payızı çətin keçirdi.Hər gecə hövlank yerindən qalxaraq evin hər künc- bucağını axtardı. Evdən hər şeyi yığışdırıb çıxarsalar da  adı bir tay corab onları gününü dəhşətli bir əzaba çevirməyə yetirdi. Ona iynə vurub sakitləşdirir  və evi bir daha yenidən təmizləyirdilər. Ərinin imkanı olsaydı evə tətbiq etdiyi təmizliyi onun beyninə də edərdi.

       .....- Sən başqasına ərə getsən uşağın ola bilər. Sən sağlamsan, onun faizi düzələn deyil. Sıfırdı heç bir dəyişiklik yoxdur.- həkim eyni doqquz il öncə olduğu kimi ərinin analiz kağızlarıını ona verdi.

            ...Bir il sonra ayıq başla getdikləri başqa bir həkim də onlara ümidsiz buraxdı.Əri onun üzünə baxaraq heç nə soruşmadı. Xəstəxananın çıxışında əlində bürmələdiyi kağızı zibil qutusuna atdı.

            ...Evliliklərinin on ikinci ili o biri illərdən fərqli olmayaraq başladı. Yenə əri evdən işə, işdən evə ayaq döyərək keçirir O, isə ev işlərini bitirdikdən sonra televizorda mənasız teleseriallarla başını qatardı.Bəzən gecələr yatdığı yerindən qalxıb həyətə çıxıb ətrafı dinşəyirdi. Ona elə gəlirdi ki, kimsə bir gün qapılarına gətiririb bir uşaq buraxacaq. Bəzən tələsik qaçardı. Elə bilirdi artıq körpə oradadı  və bir az geciksə it- pişik onu yeyəcək.

Günlərlə qəbirstanlıqda ilişib qaldı.Gözlərinin yaşı quruyana qədər ağlayardı.Özünü hər şeydə günahkar bildikcə daha da, hövllənirdi.Başı lap dönəndə gedib oradakı mollalarla da dava edərdi. Onlardan körpəsinə Quran oxumağı tələb edərdi. Tamahgirlər onun dediyini edər, az-çox qayda qanun bilənlər ona etiraz edərdilər.

            İntihar edəcək qədər artıq ağlını itirmişdi.Anası molla, seyid yanında, əri isə həkimlərdə qalmışdı.

         Əri yeganə çıxış yolunu onu işə düzəltməkdə gördü. Baharın ilk mehi əsəndə O, artıq cəmiyyətin içinə sovrulmaqda idi.

            O yaz, bağlarında söyüdün qoynundan bir fındıq budağı  göyərdi. Hamı gəlib tamaşasına durdu bu ilahi möcüzənin. Hərə bir tərəfə yozdu yozmacaladı. Sonra çəkilib getdilər. Hər şey kimi bu da adiləşdi hamı üçün. Fındıq, söyüdün qoynunda özunə yer etdikcə O da könlünü bir zabitə oğurlatdı. Işlədiyi xəstəxanadaca görüşdülər. Heç bir qoruyucu vasitədən  istifadə etmədi. İki ay sonra üstündə sevişdiyi masaya söykənərək hamiləlik testinin qoşa xəttinə gözünü zillədi.

Yer fırlanıb zamanı xərclədikcə O günü –gündən böyüyən qarnını ərinə Allahın möcüzəsi kimi qəbul etdirə bildi...


Avanqard.net

Yenililklər
05.12.23
Dünya şöhrətli rumın şairəsi Ana Blandiana Bakıya gələcək
05.12.23
Kənan Hacının hekayəsi - Cin qapını bağlayır
05.12.23
Elçin Hüseynbəylinin hekayəsi - Dərs
05.12.23
Yevgeni Rezniçenko - Çağdaş rus poeziyası
30.11.23
Anar Məcidzadə - Canına dərd düşsün, ayrılıq salan
29.11.23
Həmin işıqlı günlər - Cavid Zeynallının yeni hekayəsi
29.11.23
Musiqili Teatr dekabr repertuarını təqdim edib
29.11.23
Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub
29.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub
28.11.23
Xuana İnes de la Krus - Günah keçisi kimi görürsünüz qadını
28.11.23
Mahir N. Qarayevdən iki şeir
23.11.23
Fəxri Uğurlu - Uzaqda təkbaşına dolaşan qəhrəmanlar
22.11.23
Kanadada “Yeddi gözəl” musiqi qrupunun konserti keçirilib
22.11.23
Fərid Hüseyn XIV İstanbul Beynəlxalq Ədəbiyyat və Şeir Festivalında iştirak edir
22.11.23
Bakıda Mədəniyyət və Yaradıcı Sənayelər Forumu keçiriləcək
22.11.23
Vaqif Sultanlının “İnsan dənizi” və “Ölüm yuxusu” romanları İngiltərədə yayımlanıb
22.11.23
Elnarə Qaragözova - Ali diqqət və rəğbətin dəyişməz ünvanı: Yusif Səmədoğlu
22.11.23
"Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar" beynəlxalq elmi konfrans keçirilib
22.11.23
Fərid Hüseynlə kürdəmirli oxucuların görüşü olub
06.11.23
"Mədəni diplomatiya vasitəsilə əlaqələr quraraq müxtəlif sivilizasiyaları bir araya gətirdik"
04.11.23
Astanada “Yıldız Sarayı Foto Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” adlı sərgi təşkil olunub
04.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Akademiyasının rəhbərliyi Qazaxıstanın Xarici İşlər naziri ilə görüşüb
01.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bern şəhərində qədim türk yazılarına həsr olunmuş sərgi açıb
31.10.23
Türkiyə Respublikasının 100 illiyi İsveçrənin Bern şəhərində qeyd olunub
27.10.23
“Netflix” “The Crown” serialının son sezonunun ilk treylerini yayımlayıb
27.10.23
Özbəkistanda Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzi açılıb
27.10.23
Bədirxan Əhmədli - Akademik Kamal Talıbzadənin portret cizgiləri üzərinə
27.10.23
Türkiyədə XX əsr Cənubi Azərbaycanda ədəbi prosesin önündə gedən şəxsiyyətlərdən bəhs edən kitab çap olunub
27.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Haaqada yubiley tədbirləri keçirib
26.10.23
Varşavada “Polşa və Türk Dünyası” mövzusunda konfrans keçirilib
25.10.23
Elman Cıvıroğlu - İbranice ve Ortak Türk Dili
25.10.23
İstanbulda görkəmli xanəndə Məşədi Məhəmməd Fərzəliyev haqqında kitabın təqdimatı olub
25.10.23
“Ulduz” jurnalının 650-ci yubiley nömrəsi işıq üzü görüb
25.10.23
Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı Qazaxıstanın “Dostluq” ordeni ilə təltif olunub
25.10.23
Osip Mandelştamın yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib
25.10.23
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
20.10.23
Qars Kafkas Universitetində “Heydər Əliyev və Türkiyə” adlı multidisiplinar beynəlxalq elmi konfrans keçirilib
19.10.23
Elman Cıvıroğlu - Xudu Məmmədov və Ziya Gökalp
19.10.23
Akademik Kamal Talıbzadənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
16.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Qazax-Türk Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.