Ramil Əhməd - Bir səhər…
11.12.12
Gözünün
gördüyü uzaqlığacan heç kim və heç nə sənin deyil.
Fikirləşərsən,
bəs mən
kimin nəyiyəm?..
Dünyanın
kosmosdan
çəkilmiş
şəklinə
baxanda böyükdü, sığınmağa bir yerin olmayanda
anlayırsan
ki,
dünya
üstündə dayandığın
ikicə
ayaq ölçüsü boydadı...
Bir səhər
ayılıb,
qucaqladığın
yastıqda
göz
yaşlarını görəndə başa düşərsən ki,
sevgisiz
yaşamaq çətindi, ağırdı…
Özünü
sevməyə başlayarsan.
Saçlarına
sığal çəkməzsən, dolabdakı paltarların sənin üçün
xüsusi
əhəmiyyəti olmaz,
şalvarın
ütüsüz, köynəyin qırış-qırış, nolsun? Nə vecinədi…
Axı sən
özünü belə də sevirsən...
Avanqard.net
|