Orxan Fikrətoğlu - İtki


10.12.12

(Hekayə)

  Əllini haqlasa da, əlliayaqlı deyildi. Mağmın, bükük, ruhu əzik adamdı. Fəsildən- fəsilə radiodalğa kimi keçirdi. Bir axşam özü kimi bürüşük qadını ilə çay içirdi. Qadınından qənd is-tədi. Qadını tənbəl- tənbəl ona baxıb, "Ozünə gəl"- sözü ona sillə kimi dəydi.

 Qadını haqlı idi. Haçandı özündə deyildi. Ozündən çıxmışdı. Ozünə gəlmək üçün əvvəlcə özünü hiss etməliydi. Amma özü çoxdandı hiss olunmurdu. Ozü yox idisə, hara qayıtsın? Arvadı burda idi, oturub çay içirdi, bəs özü harada idi? Bəs onun ayaqları üstə duran kim idi? Ozü deyildi axı...

 Güzgünün önünə keçdi. Ozünü xatırlamaq istədi. "Ozü" yadından çıxmışdı. Güzgüdən ona sönük, çəlimsiz, sözü, əməli içində sınıb qalmış qorxaq bir adam baxırdı. Bu adam kim idi? O, ümid və arzularını, xatirində qalmış özünü, içindəki istiliyi bu güzgüdəki "leşə" görəsən necə sığışdıracaqdı? Görəsən o, söz- söz, əməl- əməl, yaş- yaş xırdalanıb, doğurdanmı bu, güzgüdəki adama çevrilmışdi? Bu adam onun qəlbinin qəlibində deyildi axı? Gözlərini təsbeh kimi şaqqıldadan qadına baxıb: - "Ozümə gələ bilmirəm" - dedi. Ozüm- özüm deyiləm!"

 Qadını "təsbehini" saxlayıb:

 - Düz iyirmi il bundan qabaq sən özünü itirdin. O gündən sənə deməyə qorxuram. Yaxşı ki, söhbəti özün açdın. Ozünü tap!

 Qadının sözləri onu sinirləndirdi:

 - Bəs mənə niyə demirdin? - dışqırdı. Qadını çıyinlərinə çəkdi... Palrosunu geyinib, eşiyə çıxdı.

 Ustündən iyirmi il keçəndən sonra indi özünü harada axtarsın? Görəsən necə və nədən itmişdi? Nə vəzifə sahibi idi ki, əyilsin, nə də o qədər kasıb idi ki, alçalsın. Elə beləcə, saat kimi yaşamışdı. Indi isə "özünü" itirmişdi, hardasa düşüb qalmışdı, daha yox idi, özü başqası idi.

 Dostu qapını açan kimi hər şeyi anladı:

 - Səni çoxdan gözləyirdim, keç içəri!

 Paltolu mizin arxasına oturub gözlərini dostuna zillədi:

 - Haçan olub bu? Dostu:

 - lyirmi il olar- dedi.

 Dostununn sözləri qadının sözləri ilə tən gəlirdi. Ona nə olmuşdusa, iyirmi il əvvəl olmuşdu. Dostu çayları mizin üstünə qoyub, kətilə əyləşdi.

 - Bunu sən məndən yaxşı bilməlisən ki, - dedi. - Bir də fikir eləmə, hamı bu ömründə gec-tez özünü itirir. Hələ sən sevin ki, bunu başa düşmüsən. Çoxusu heç bunu bilmir.

 Elə özğə sifətlə də ölür!

 - Indi mən neyləyim. Ozümə necə gəlim? Dostu çiyinlərini çəkib:

 - Nə bilim - dedi.

 Ayağa qalxıb, eyvana çıxdı. Şəhər içinə çökmüşdü. Təkəm-seyrək işıqlar Böyük qaralığın qorxusu qabağında çırtlamış xırda ümid küləkləri idi, titrəşirdilər...

 Axı iyirmi il bundan qabaq nə olmuşdu? Dostu eyvana çıxıb papiros odladı:

 - Ozün heç nə xatırlamırsan? - soruşdu.

 - Yox xatırlamıram...

 Iyirmi il bundan qabaq yadda qalmayan min doqquz yüz səksən beşinci il idi. O il nə olmuşdu ki? subay oğlan idim. Mətişlə kinoya zada gedirdik. Işləyirdim. Səhərlər stadionda qaşırdım. Nənəm sağ idi. Vallah bundan savayı yadıma heç nə gəlmir!

 - Bəlkə kimsə səni qorxudub? Ya bəlkə adam öldürmüsən? Oğurluq etmisən?- dostu işin axırına çıxmaq istəyirdi.

 - Məni tanımırsan?

 Içəri keçdilər. Dinməzcə oturub bir müddət bir- birlərinə baxdılar. Illəri cevirirdilər. Ayağa qalxanda dostu xoruldayırdı.

 Qadını dəhlizdə durub, onu gözləyirdi. Hiss olunurdu ki, bütün gecəni yatmayıb.

 - Nə oldu tapdın özünü?

 - Yox!

 - Bundan sonra sən kimə lazımsan? Birtəhər yaşa getsin. Soyunub yatağına girdi. Bərkdən:

 - Axı adam necə itə bilər? Necə yox olar? Bəs onda mən kiməm? - qışqırdı. Yorğanı başına çəkməmiş bir də güzgüyə baxdı. Ozü deyildi...

 Qadını səslədi:

 - Gəl, burda otur, mən yatım, tək qorxuram! Qadını yataq otağına girib:

 - Nədən qorxursan? - soruşdu.

 Çiyinlərini çəkib, gözlərini yumdu. Və qəfil dərk etdi ki, üzündəki üzü onun üzü olmasa da, özü- özü olmasa da, bu qorxaq yuxululuğu çox və rahat "YAŞAMAQDAN" ötrüdür, necə olur- olsun, hansı sifətdə olur- olsun hələ yaşamaq istəyir... Və deyəsən onun "özünü" itirməsi də nəyin bahasına olur-olsun, hansı sifətdə olur- olsun hələ yaşamaq istəyir... Və deyə-sən onun "özünü" itirməsi də nəyin bahasına olur- olsun "YAŞAMAQDAN" ötrü idi. Utanıb yorğanı başına çəkdi...


Avanqard.net

 

Yenililklər
05.12.23
Dünya şöhrətli rumın şairəsi Ana Blandiana Bakıya gələcək
05.12.23
Kənan Hacının hekayəsi - Cin qapını bağlayır
05.12.23
Elçin Hüseynbəylinin hekayəsi - Dərs
05.12.23
Yevgeni Rezniçenko - Çağdaş rus poeziyası
30.11.23
Anar Məcidzadə - Canına dərd düşsün, ayrılıq salan
29.11.23
Həmin işıqlı günlər - Cavid Zeynallının yeni hekayəsi
29.11.23
Musiqili Teatr dekabr repertuarını təqdim edib
29.11.23
Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub
29.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub
28.11.23
Xuana İnes de la Krus - Günah keçisi kimi görürsünüz qadını
28.11.23
Mahir N. Qarayevdən iki şeir
23.11.23
Fəxri Uğurlu - Uzaqda təkbaşına dolaşan qəhrəmanlar
22.11.23
Kanadada “Yeddi gözəl” musiqi qrupunun konserti keçirilib
22.11.23
Fərid Hüseyn XIV İstanbul Beynəlxalq Ədəbiyyat və Şeir Festivalında iştirak edir
22.11.23
Bakıda Mədəniyyət və Yaradıcı Sənayelər Forumu keçiriləcək
22.11.23
Vaqif Sultanlının “İnsan dənizi” və “Ölüm yuxusu” romanları İngiltərədə yayımlanıb
22.11.23
Elnarə Qaragözova - Ali diqqət və rəğbətin dəyişməz ünvanı: Yusif Səmədoğlu
22.11.23
"Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar" beynəlxalq elmi konfrans keçirilib
22.11.23
Fərid Hüseynlə kürdəmirli oxucuların görüşü olub
06.11.23
"Mədəni diplomatiya vasitəsilə əlaqələr quraraq müxtəlif sivilizasiyaları bir araya gətirdik"
04.11.23
Astanada “Yıldız Sarayı Foto Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” adlı sərgi təşkil olunub
04.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Akademiyasının rəhbərliyi Qazaxıstanın Xarici İşlər naziri ilə görüşüb
01.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bern şəhərində qədim türk yazılarına həsr olunmuş sərgi açıb
31.10.23
Türkiyə Respublikasının 100 illiyi İsveçrənin Bern şəhərində qeyd olunub
27.10.23
“Netflix” “The Crown” serialının son sezonunun ilk treylerini yayımlayıb
27.10.23
Özbəkistanda Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzi açılıb
27.10.23
Bədirxan Əhmədli - Akademik Kamal Talıbzadənin portret cizgiləri üzərinə
27.10.23
Türkiyədə XX əsr Cənubi Azərbaycanda ədəbi prosesin önündə gedən şəxsiyyətlərdən bəhs edən kitab çap olunub
27.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Haaqada yubiley tədbirləri keçirib
26.10.23
Varşavada “Polşa və Türk Dünyası” mövzusunda konfrans keçirilib
25.10.23
Elman Cıvıroğlu - İbranice ve Ortak Türk Dili
25.10.23
İstanbulda görkəmli xanəndə Məşədi Məhəmməd Fərzəliyev haqqında kitabın təqdimatı olub
25.10.23
“Ulduz” jurnalının 650-ci yubiley nömrəsi işıq üzü görüb
25.10.23
Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı Qazaxıstanın “Dostluq” ordeni ilə təltif olunub
25.10.23
Osip Mandelştamın yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib
25.10.23
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
20.10.23
Qars Kafkas Universitetində “Heydər Əliyev və Türkiyə” adlı multidisiplinar beynəlxalq elmi konfrans keçirilib
19.10.23
Elman Cıvıroğlu - Xudu Məmmədov və Ziya Gökalp
19.10.23
Akademik Kamal Talıbzadənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
16.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Qazax-Türk Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.