Xalq Şairi Sabir Rüstəmxanlıya ithaf
06.12.12
Sonunda bir şəkil olacağıq uzağı Azərbaycan Yazıçılar Birliyinin divarında Və ya vətəndən azmışm bir küsgünün dodağında Nisgil-nisgil səslənəcəyik. Görəcəyik ama dinə bilməyəcəyik Baxacağıq ama ağlaya bilməyəcəyik huyuxlana-huyuxlana divarların üstündə közərəcəyik! Bu “kabinet siyasətçiləri” nin bu “teknokravatlar” ın bu “demomillətsizlər” in içində qəhrəman yaşamaq, bu Arazı mikrofon arxasında bağıran Bu “etnoyarımçıqlar”ın önündə, Səməd* kimi boğulmaq Və müştəbeh kölgələrin içində öz qatilini axtarmaq kimi yaşamaqdır bizimki. Diktatora de: bizi öldürməyə gəlməsin. Ölüyə ölüm fətvası kimi bir şeydir həyatımız. Internetin bütün səhifələrində axtarışdadır adımız. Tarix kitablarındaki bütün satılanlar bizik. Elmin hələ çözə bilmədiyi formullar, fəlsəfənin hələ ayağı dəymədiyi yollar... Bu “liberal yarımçıqlar”, Bu milli al-verçilər Bizi necə başa düşə bilərlər?! Bu dünən solçu bu gün millətçilər, bu tamada qarınlar, bu “toylar mollaları” bu Amerika əmcəyində süd əmənlər, vətəndaş ovuna çıxmış ingiltərəli hörümçəklər.. Vətənsizliyin qorxusundan, vətəni çiynimdə daşıdım. Sayları çox idi, sayımız az. Sevincimiz iynə qədər, biraz, biraz. Nə edə bilərdik qaranlığa? Sığına bildiyimiz adamlar az. Olanlarsa bir az soyuq, biraz dayaz!
Avanqard.net
|