Fərid Hüseyn: “Bu ciddi müsabiqədir, həvəsləndirici deyil” - MÜSAHİBƏ
05.12.12

Bildiyiniz kimi ötən ay Azərbaycan Yazıçılar Birliyinin beş nominasiya üzrə ədəbi mükafatlar təsis etdiyi barədə informasiyalar yayıldı. (Ən yaxşı nəsr əsərinə görə – Yusif Səmədoğlu mükafatı, ən yaxşı poetik əsərə görə – Əli Kərim mükafatı, ən yaxşı tənqid və esseistik əsərə görə – Yaşar Qarayev mükafatı, ən yaxşı tərcümə əsərinə görə – Abbas Səhhət mükafatı və ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda Azərbaycan haqqında yazılmış ən yaxşı publisistik əsərə görə – Nəcəf Nəcəfov mükafatı). Bu ədəbi hadisədən sonra ədəbi mühitdə ciddi canlanma yarandı. Xatırladaq ki, hər nominasiyanın qalibinə 2000 manat pul mükafatı verilir. Müsabiqəyə ancaq 2011-2012-ci ildəça plunmuş kitablar qəbul olunur. İstənilən yazar öz əsərini 31 dekabr 2012-ci il tarixinə qədər təqdim edə bilər. Mükafatlar barədə çeşidli fikirlər olduğuna görə bizi düşündürən sualları Azərbaycan Yazıçılar Birliyinin ədəbi mükafatlar komissiyasının katibi şair Fərid Hüseynə ünvanladıq.


AYB-nin keçirdiyi yazı müsabiqəsində vəziyyət necədir? Yeni əsərlər təqdim edilmirmi?

– Hər gün yeni-yeni əsərlər təqdim edirlər, maraq böyükdür. Artıq əsərlərin oxunuşuna da başlanılıb. Maraqlıdır ki, regionlardan müraciət edən yazarlər sayca heç də paytaxda yaşayanlardan geri qalmır.


Bütün mükafatlar kimi bu mükafatın da obyektivliyi şübhə altındadır, sizcə, nə dərəcədə obyektivlik gözləniləcək?

Mən, heç bir müsabiqənin keyfiyyət göstəricilərinə bir söz demirəm. Amma narazılıq doğuran səbəblər səndən də, məndən də gizlin mətləb deyir. Çünki qaliblər çox vaxt düzgün seçilmir. Azərbaycan ədəbi mühiti “bir ovucdu”. Burda xalq yazıçısını tanıyan, səni də tanıyır, məni də. Hamı da azdan-çoxdan bir-birinin nə yazdığını bilir, o səbəbdən də bir balaca istedadlar arasında fərq qoyulan kimi aləm bir-birinə dəyir. Yəni istedad görünür, hamı bir-birinin nəyə qadir olduğunu pis bilmir. Obyektiv olmaq üçün müsabiqəyə təqdim edilən əsərə qiymət qoymalısan, müəllifin kimliyinə və ya onun uzun illərdir ədəbiyyatda olub-olmamasına yox. Biz heç kəsə heç nədə güzəşt etmək barədə düşünmürük, bu ciddi müsabiqədir, həvəsləndirici deyil. Yəni yaş məsələsi-filan yox, bədii kriteriyalar nəzərə alınacaq. “Bu 20 yaşlı gəncin 50 yaşı olanda xalq yazıçısından yaxşı yazacaq” deyibən ucuz prinsiplərə qol qoymayacağıq. Konkret deyirəm, hər sahədə ən yaxşı əsər mükafatı qazanacaq. Belə olanda mükafatı alan adamlar da uzun illər sonra düşünməyəcəklər ki, biz kiminsə haqqına girdik.


Komissiya üzvüləri çox rəngarəngdir, sizcə, qiymətləndirmədə bunun nə dərəcədə rolu olacaq?

Əgər fikir vermisinizsə, juri üzvilərinin hər biri ədəbiyyatla sıx bağlı olan adamlardır. Hansısa digər sahələrin peşkarları deyil. Çünki ədəbiyyatı ədəbiyyat adamı qədər heç kəs duya bilməz. Komissiya üzvüləri arasında Vaqif Səmədoğlu, Mövlud Süleymanlı, Salam Sarvan, Kamal Abdula, Səlim Babullaoğlu, Ramiz Rövşən və s kimi yazarlar təmsil olunurlar. Ədəbiyyatda daim ehtiyacsızlığı, istedadı və obyektivliyi ilə seçilən bu adamlara hansısa mənada təzyiq göstərmək olmaz. Bu da ondan xəbər verir ki, ədalətli seçim olacaq.


Aqşin və Seymur Baycan müsabiqə barədə sərt açıqlamalar verib. Nədənsə onlar müsabiqənin obyektiv keçəcəyinə inanmır.

Biz ağzımızla quş tutsaq da, onlar deyəcək ki, sizin əlinizdən bir iş gəlmir. Hətta bu müsabiqədə onların favoritləri belə birincilik qazansa, onlar ürəyində sevinsələr də mətbuatda narazılıq bildirəcəklər. Çünki onlar mətbuat qəhrəmanlarıdır, jurnalist görəndə əjdahaya dönüb sağa-sola döşəyirlər. Seymuru deyə bilmərəm, amma Aqşin yəqin Salamın, Kamal Abdullanın, Ramiz Rövşənin, Səlim Babullaoğunun lap elə mənim verəcəyim qiymətə şübhə etməməlidir. Ən azından bizi yaxşı tanıyır. Seymurasa rəng duyumu arzu edirəm, çünki o bütün rənglərə qara görür. Mu mükafatların da situmul tərəfini duymur. Ona görə də bizim düzgünlüyümüzü o qiymətləndirə bilməz.


Mükafat barədə başqa nə deyə bilərsiz?

Məncə, deyilməli sözləri dedim. Amma bir məqamı da vurğulaya bilərəm. Mükafat komissiyasının katibi olduğuma görə əsərlərin qəbul edilməsi və s mükafatla bağlı işləri mən görürəm. Elanlar dəfələrlə dərc olunsa da, çox adam əsəri təqdim etmək üçün ünvan soruşurlar. Ona görə də fürsətdən istifadə edib əsər təqdim etmək istəyənlərə deyirəm: Əsərləri kitab formasında Bakı şəhəri S.Rüstəm küç.,25 ünvanında yerləşən Bakı Slavyan Universitetinin “Tərcümə problemləri” elmi-tədqiqat problemləri laboratoriyasına 31 dekabr 2012-ci il tarixinə qədər təqdim edə bilərsiz.


Səxavət Sahil

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.