Emin Piri - Tanrı səni qorusun, Allah
19.11.12
Sabahın xeyir, Allah! yuxuda səni görmüşəm bir az narahat qalmışam orda həyatın necədi? sözün necə, keçirmi mələklər arasında?! ancaq... mələklərin də can alıb can satır sənin adından, səndən yuxarı uçurlar sənin altında...
Uşaq vaxtı böyüklərdən soruşardım yerini deyərdilər göydəsən. baxardım göyə bulud da göydə sən də. göydən lopa-lopa qar yağır, yağış yağır bəs niyə allah yağmır?! bir uşaq arzusuna yağış kimi yağ səninlə islanım başdan ayağa mən başdan ayağa sən olum, Allah!
Buralarda deyirlər ki sən yoxsan nə dedim inanmadılar istədim yerini deyəm qorxdum baxmazlar allahsan qıyarlar sənə də lap yolundan çıxardıb allahsız edərlər Səni. qorxma səninçün dua edəcəm: Tanrı səni qorusun, Allah!
Avanqard.net
|