Zərdüşt Şəfi - Şairin ölümü...
19.11.12
Kim unudub məni yol ayrıcında- gəlsin qucaqlasın, gəlsin aparsın...
Bu ömrü yolundan çıxarar qəza- gəlsin qabaqlasın, gəlsin saxlasın... Mən ölümə gedən adamam, adam- yadlara doğmayam, doğmaya yadam... Bir göyərçin gəlib, əlimə qonub Əlimdə bir yuva salıb göyərçin, Uçub getməyəcək, mənim olacaq, Sevinib, əlimdə qalıb göyərçin, yellədə bilmərəm əlimi daha- əllərim göyərçin yuvalarıdı- qatarlar aparsa əzizlərimi... Üzündə əl izim qalıbsa, gülnar, məndə əl qalmayıb, sil izlərimi... Bağışla ömrümü, uzun gecədi- Bir say ulduzları, bax gör neçədi? Bildir Günəşimə, səs sal Ayıma, Bir gecə qısqanıb məni dənizə ölüm at ömrümə- zəhər çayıma... Mən o gün biləcəm- O gəlib bizə... Mən o gün dönəcəm düz kəndimizə... Fevral 2012
|