Könül Həsənqulu - "Qarabasma"
17.11.12
Ağır silahlar girir hər gecə yuxuma Yad dildə danışan əsgərlər Atəş açırlar çarpayıma Üstümdən qırıcı təyyarələr uçur tavanda Hardansa üst mərtəbədən Cəsədimə dərman səpir helikopterlər Hayqırtıma çatlayan divarlardan Nəhəng traktorlar girir dörd tərəfdən Şumlayırlar meyitimi... Qarışdırırlar məni torpağa
Sonra savaş bitir.... Üstümə sular səpilir Ağrım kəsir Torpaq olduğum yerdən buğdalar yetişir Və qarğalar... Qarğalar uçuşurlar buğdaların üstündə Bayraqlar sancılır zəmiyə boz rəngdə Himn və folk mahnılar səslənir əcnəbi dildə...
Sonra buğdalar biçilir... Uzaqdan burnuma çörək ətri gəlir Yuxum bitir...
Avanqard.net
|