Azərbaycan Yazıçılar Birliyi mükafatlar təsis etdi
16.11.12
Azərbaycan Yazıçılar Birliyi Azərbaycan
ədəbiyyatının gələcək inkişafı və yazarlara dəstək məqsədi ilə aşağıdakı
nominasiyalar üzrə mükafatlar təsis edib:
l. Ən yaxşı nəsr əsərinə görə – Yusif Səmədoğlu
mükafatı.
2. Ən yaxşı poetik əsərə görə – Əli Kərim
mükafatı.
3. Ən yaxşı tənqid və esseistik əsərə
görə – Yaşar Qarayev mükafatı.
4. Ən yaxşı tərcümə əsərinə görə –
Abbas Səhhət mükafatı.
5. Ölkəmizdə və ölkəmizin hüdudlarından
kənarda Azərbaycan haqqında yazılmış ən yaxşı publisistik əsərə görə – Nəcəf Nəcəfov
mükafatı.
Mükafatların hər birinin dəyəri 2000
(iki min) manat müəyyən edilir.
Azərbaycan Yazıçılar Birliyinin mükafatları
iki ildə bir dəfə (2013-cü ildən başlayaraq) son iki ildə yaranmış ən yaxşı əsərlərə
verilir.
Əsərlər kitab formasında (əlyazma şəklində
və elektron variantda qəbul edilmir) Bakı şəhəri S.Rüstəm küç.,25 ünvanında yerləşən Bakı Slavyan Universitetinin “Tərcümə problemləri” elmi-tədqiqat
problemləri laboratoriyasına 31 dekabr 2012-ci il tarixinə qədər təqdim
olunmalıdır.
Təqdim edilməlidir:
1. Əsər (3 nüsxə).
2. Qısa ədəbi bioqrafiya.
Hər müəllif yalnız bir nominasiya üzrə əsər
təqdim edə bilər.
Mükafatlar Novruz bayramı ərəfəsində – ilaxır
çərşənbə günündə Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda təqdim ediləcək.
Mükafatlar barədə daha geniş məlumatla Azərbaycan Yazıçılar Birliyinin ədəbi
mükafatları haqqında əsasnamədə tanış ola bilərsiniz.
Mükafatlar haqqında suallarınızı [email protected] elektron ünvanına
göndərə bilərsiniz.
Əlaqə
telefonu: (012) 441-50-62 (daxili nömrə: 2-64), (050) 499-90-42 Fərid Hüseyn (komissiyanın
katibi.
Azərbaycan Yazıçılar Birliyinin ədəbi mükafatlar komissiyası
Tarix: 16.XI.2012
Azərbaycan Yazıçılar Birliyinin ədəbi mükafatları haqqında
Ə S A S N A M Ə
I. Ümumi müddəalar
1.1. 2013-cü ildən başlayaraq Azərbaycan
Yazıçılar Birliyi Azərbaycan ədəbiyyatının gələcək inkişafı və yazıçılara dəstək
məqsədi ilə aşağıdakı mükafatları təsis edir:
l.
Ən yaxşı nəsr əsərinə görə – Yusif Səmədoğlu mükafatı.
2.
Ən yaxşı poetik əsərə görə – Əli Kərim
mükafatı.
3.
Ən yaxşı tənqid və esseistik əsərə görə – Yaşar Qarayev mükafatı.
4.
Ən yaxşı tərcümə əsərinə görə – Abbas Səhhət mükafatı.
5. Ölkəmizdə və ölkəmizin hüdudlarındən
kənarda Azərbaycan haqqında yazılmış ən yaxşı publisistik əsərə görə – Nəcəf Nəcəfov
mükafatı.
Mükafatların hər birinin dəyəri 2000
(iki min) manat müəyyən edilir.
1.2. Azərbaycan Yazıçılar Birliyinin
mükafatları Azərbaycanda və onun hüdudlarından kənarda yaşayan azərbaycanlı yazarlar
üçün nəzərdə tutulmuşdur.
1.3. Azərbaycan Yazıçılar Birliyinin mükafatları
iki ildə bir dəfə (2013-cü ildən başlayaraq) son iki ildə yaranmış ən yaxşı əsərlərə
görə xüsusi komissiya tərəfindən verilir.
1.4. Əsərlərin
mükafata təqdim olunması barədə elan və əsasnamə Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanları, Azərbaycan Yazıçılar Birliyinin rəsmi saytı (www.azyb.net)
və digər kütləvi informasiya vasitələri ilə çatdırılır. Elanda əsərlərin
mükafata təqdim edilməsinin bütün şərtləri və müddəti göstərilir.
1.5. Qısa
siyahıya düşmüş ilk 20 əsər açıqlanaraq təsisçinin ədəbi orqanlarında müzakirə
ediləcək.
II. Təsisçi və mükafatı təyin edən komissiya
2.1.
Ədəbi mükafatların təsisçisi Azərbaycan Yazıçılar Birliyidir.
2.2. Qaliblərin müəyyənləşdirilməsi və
mükafatların təqdimi ilə bağlı gedən proses və tədbirlərin təşkilatçısı Azərbaycan
Yazıçılar Birliyidir.
2.3. Ədəbi mükafatları təyin edən
komissiya 11 nəfərdən ibarətdir və Azərbaycan Yazıçılar Birliyi üzvləri
arasından müəyyənləşdirilir.
Komissiyanın heyəti Azərbaycan
Yazıçılar Birliyinin rəyasət heyətində təsdiq olunur.
2.4. Komissiyanın heyəti:
1
|
Kamal
Abdulla
|
yazıçı
|
komissiyanın sədri
|
2
|
Azər Mustafazadə
|
yazıçı-tərcüməçi
|
komissiyanın üzvü
|
3
|
Vaqif
Səmədoğlu
|
xalq şairi
|
komissiyanın üzvü
|
4
|
Mövlud Süleymanlı
|
xalq yazıçısı
|
komissiyanın üzvü
|
5
|
Ramiz Rövşən
|
şair
|
komissiyanın üzvü
|
6
|
Əjdər Ol
|
yazıçı
|
komissiyanın üzvü
|
7
|
Salam Sarvan
|
şair
|
komissiyanın üzvü
|
8
|
Bəsti Əlibəyli
|
tənqidçi
|
komissiyanın üzvü
|
9
|
Səlim Babullaoğlu
|
şair-tərcüməçi
|
komissiyanın üzvü
|
10
|
İlqar
Fəhmi
|
yazıçı
|
komissiyanın üzvü
|
11
|
Fərid Hüseyn
|
şair
|
komissiyanın katibi
|
III. Yekun
3.1. Komissiya hər hansı namizədin əsərini
lazım bildikdə gizli rəyə göndərə bilər. Bunun üçün komissiya tərəfindən
ekspertlər qrupu təşkil edilir.
3.2. Mükafatların təyin edilməsi məsələsi
mükafat komissiyasının yığıncağında yekunlaşdırılır. Qərar gizli səsvermə və
sadə səs çoxluğu ilə qəbul olunaraq Azərbaycan
Yazıçılar Birliyinin rəyasət heyətində təsdiq edilir.
3.3. Mükafatlar Novruz bayramı ərəfəsində
– ilaxır çərşənbə günündə Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda təqdim
edilir.
IV. Mükafatların maliyyələşdirilməsi
4.1. Azərbaycan Yazıçılar Birliyinin
cari fəaliyyəti müddətində mükafat fondunun və digər xərclərin maliyyələşdirilməsi
nəzərdə tutulur. Hər bir hüquqi və fiziki şəxs mükafat fonduna maddi-texniki dəstək
göstərə bilər. Avanqard.net
|