Oxumalı kitablar - "Haramı" romanı
14.11.12
Şərif Ağayarın “Haramı” romanı müasir roman xüsusiyyətlərinə uyğun olaraq qələmə alınıb. Romanda yunan mifologiyası ilə Azərbaycanda ilk yazılı mənbə sayılan “Əhməd harami dastanı” və digər mətnlər arasında əlaqələr qurulub. “Haramı” romanında 3 mətn vardır: əsas hadisələri əks etdirən mətn, 7 günlük gündəlik və 12 əhvalat. Rəqəmlərin xüsusi məna daşıdığı əsərdə əsas hadisələr bədii, gündəlik isə publisistik üslubda qələmə alınıb. Əhvalatlar ağız ədəbiyyatı janrında indiki zamanda nəql olunur. Romanda detektiv xətt, erotik elementlər də vardır. Qiyməti 5AZN-dir
|