Bakı Slavyan Universitetində yazıçı Kamal Abdullanın bir müddət əvvəl çapdan çıxmış “Labirint” adlı hekayələr kitabının müzakirəsi keçirilib.
Tədbirdə kitab haqqında məlumat verən Kamal Abdulla bildirib ki, ora daha öncə çap olunan “Hekayələr” kitabından seçmələr, “Labirint” və “Bilgə əhvalatları” silsiləsinə daxil olan hekayələr yer alıb. Müəllif qeyd edib ki, “Labrint” onu bir yazı adamı kimi insanlara daha anlaşılıqlı edə bilər.
Müzakirədə daha sonra yazıçının həmkarları kitab haqqında fikirlərini bildirib. Əvvəlcə ön söz yazarı Salam Sarvan, redaktoru Aqşin Yenisey çıxış edib. Daha sonra müzakirələrdə Aqil Abbas, Elçin Hüseynbəyli, Niyazi Mehdi, Çingiz Əlioğlu, Fərid Hüseyn, Rəbiqə Nazimqızı, Kəramət Böyükçöl və digər yazarlar iştirak edib.
Qeyd edək ki, tədbirin aparıcısı Səlim Babullaoğlu olub.