Qəşəm Nəcəfzadə - Qadının ölümü
05.11.12
Aşiqi məşuqə mahir eylər M.Füzuli Qadınlar kişiləri qəhrəmana cevirə bilmirlər Kicik qadınların kişisi böyüməz deyirlər. Bu gün bizim kişi kimi qadınlarımız Kişilərdə kişiliyi öldürən qəhrəmanlardı. Ilahi,nə eləyirsən elə Amma qadını kişiyə cevirmə Qoy elə qadın kimi qalsın.
Böyük qadınlığın böyük kişilik doğduğunun fərqində deyilik. Səngəri qoyub qacan kişinin ən böyük günahgarı öz qadınıdır, Yoldaş prokuror, o zaman ki, qadını hirslənmişdi onun üstünə Usaqların gözü qabağında itin sözünü demişdi üzünə Kişi hec nə deməmişdi ona Sadəcə sözünü bu günə saxlamışdı. Qadın kişinin altını üstünə cevirən realist üslubdu. Bu üslubla kücə kişisini də bir anın icində qəhrəmana cevirmək olar. Bilirsənmi Məcnunun böyüklüyündə qadın gizlənib. Onu da bil ki, hər fərari döyüşcünün arxasında balaca bir qadın var. Səngərdə hər kişinin yanına öz qadınını qoyun.
|