Kəramət Böyükçöl: Atama verilən evi satıb ayrı bir ev almağı düşünürük - MÜSAHİBƏ
31.10.12
Evlənməyə hazırlaşan gənc
yazar Kəramət Böyükçöllə müsahibə.
- Evlənmək qərarını
necə qəbul elədin?
- Demək olar ki, bütün
qərarlarımı qəflətən verirəm. Həyatımda mənim üçün əhəmiyyəti olan hər şey birdən-birə
baş verib. Və deyim ki, mən yazmağa da qəflətən başlamışam. Elə birdən-birə
hiss eləmişəm ki, nəsə yaza bilirəm. Ailə qurmaq da həmçinin. Qəflətən baş
verdi. Qəflətən bir qıza vuruldum və ailə qurmaq qərarına gəldim. Əslində evlənmək həbs cəzasıdır, burda əfv yoxdur. Ancaq bu gözəl bir həbsdir. - Səncə, evlilik
yazara xeyirdir yoxsa ziyan?
- Mən ağıla tabe olmuş
ürəyə çoxdan əlvida demişəm. Düşnmürəm ki, ailə həyatı yaradıcılığıma mane ola
bilər. Mən ümumiyyətlə düşünmürəm ki, bu yaşa qədər nəsə yazmışam. Nə
yazmışamsa bunların hamısı gələcəkdə yazacaqlarım üçün bir hazırlıqdır, məşqdir.
- Evlənmək üçün evin
varmı? Evlənmək evdən başlayı axı.
- Atama verilən evi
satıb ayrı bir ev almağı düşünürük. O ev satılana qədər ailəmizlə bir yerdə
qalacağıq. Həm ev olmasa da olar, dünya bizim evimizdi onsuz da.
- Toy fəqrli olacaqmı?
- Məncə, fərqli heç nə
olmayacaq. Əgər az adamın iştirak edəcəyi bir toy fərqli bir şeydirsə, hə belə
olacaq. Daha sonra, toyda yaxşı rəqs eləməyi düşünürəm və s.
- Toy nə vaxt baş tutacaq?
- Noyabrın 10-da
nişanım olacaq. Yazqabağı da toy olar yəqin.
Avanqard.net
|