Günel İmran - Filmin sonu
30.10.12

(ESSE)

1975-ci ildə bütün katoliklərin iki müqəddəs günlərinin (“bütün müqəddəslər günü” və “ölüləri anma günü”) kəsişdiyi noyabrın 1-dən 2-nə keçən gecə Roma yaxınlığında bir çimərlikdə baş verən dəhşətli qətl hadisəsini dünyanın birinci sadisti olan Markiz de Sad belə təsəvvür edə bilməzdi. Tanınmaz hala salınan cəsədin sahibi ölümündən sonra müəllif kinosunun klassiklərindən birinə çevriləcək, bir zamanlar ədəbiyyat müəllimi, yazıçı, şair olmuş 53 yaşlı Pyer Paolo Pazolini idi. Bu cinayət günahkar tutulsa və hər şey aydın kimi görünsə belə çox müəmmalı idi. Yaradıcılığının həmin dövründə ölümə köklənmiş rejissorun ölümü də başladığı “Ölüm trilogiyasi” silsiləsindən olan ilk ekran əsəri və bütün kinematoqrafiya tarixinin ən skandallı, tük ürpədici, dəhşət saçan filmi olan faşizmin təbiətini əks edən “Salo və ya Sodomun 120 günü” (Salò o le 120 giornate di Sodoma) filminin davamı kimi idi. 70-ci illərdə “Həyat trilogiyası” ekranlaşdıran Pazolini yaradıcılığının “Ölüm trilogiyası” silsiləsini bitirməyərək sonsuzluğa qovuşmuşdu. Təzadlı mifik insan bəlkədə özünün bu dəhşətli ölmünü addım-addım senariləşdirmişdi. Mif olmaq istəmişdi.

Mifologiya və simvolizm həyatının, yaradıcılığının tamını təşkil edən rejissor məhdud kadr effektləri ilə Evripidin “Medeya”, Sofoklun “Çar Edip” faciəsini bütün tragikliyi ilə yaşatmışdı. “Medeya”( Medea ) filmində baş rol ifaçısı opera mügənnisi və həyatının sonuna bərabər şəxsi tragediyasını yaşayan Mariya Kallas gözlərində Medeyanın lənətlənmiş baxışlarını daşıyırdı. Sofokl ilə Freydi qarşılaşdırdığı müasir zamanla başlayan qədim zamanlara qayıdan və sonda yenə kor qalmış müasir Ediplə bitən “Çar Edip” (Edipo re) filminə baxarkən izləyicidə zamanlar dəyişsə də insan varlığı, onun ehtiraslarının yaradılışdan eyni olduğu mesajını çatdırır. Sonunda da hadisələr başlanğıcda olduğu kimi müasir həyatda cərəyan edən film Edipin çəmənlikdə dediyi “Həyat başladığı yerdə bitir” cümləsi ilə bitir.

Öz ekran əsərlərində sözdən qənaətlə istifadə edən rejissorun filmləri həmişə böyük səs-küy yaratmışdı. Dörd rejissorun çəkdiyi dört qısametrajlı filmələrin ibarət RoQoPaQ filmində Pazolinin “Qoyun pendiri(La Ricotta) novellası kilsə tərəfindən dini təhqir etmək kimi qəbul edilib onun 4 ay azadlıqdan məhrum olmasına səbəb olmuşdusa da “Matfeydən İncil” ( Il Vangelo secondo Matteo) filminə görə kilsə tərəfindən mükafatlanmışdı. Bu filmdə İsa Məsihin anası Məryəm rolunda öz anasını çəkmişdi. Rejissorluq təhsili almadan hissləri ilə öz əsərlərini ekranlaşdıran Pazolini kinoda əsasən peşəkar aktyorla deyil cəmiyyətin aşağı təbəqəsindən olan adi adamlarla işləmişdi.

Yaradılığının ən önəmli filmlərindən biri “Teorem”da (Teorema) burjua cəmiyyətini göstərərək öz politik baxışlarını çatdırırdığı düşünülsə də əsl siri hələ açılmadığı qəbul edilir, illər keçməsinə baxmayaraq film fərqli mülahizələrə yol açmışdı. Filmdə evə gələn qonaq bünüt ailənin həyatına müdaxilə edərək qəfil gedir. Bundan sonra kadrlarda yalnız qonağı yola salan qəhrəmanların məhvi izlənilir. Qonaq sankı şeytan rolunu oynayır. Şəhvətin, heyvani ehtirasın insanın özünü, mənini necə məhv etməsi göstərilir.

Pazolini 14 illik rejissorluq həyatına çox sayda film sığdırmış, filmləri bəzən hüdudsuz tənqidlər, bəzənsə mükafatlar qazanmışdı. Jurnalistlərə müsahibələrindən birində Pyer Paolo Pazolini bunları deyibmiş:

“Kino bizim reallıqla çox bənzərdir. Hər birimizin içində doğulduğumuz andan sonumuzadək gizli, görünməz kinokamera var. O bizim bütün həyatımız boyu fasiləsiz, dublsuz, kaskadyorsuz işləyir. Bu bitməyən film yalnız bizlə birlikdə, kinomotoqrafiyadakı montajçının rolunu oynayan ölüm məqamında sona çatır.Yalnız öləndən sonra buna qədər bir mənalı olmayan və anlaşılmayan həyatımız, kinomuz çoxdan gözlənilən mənasını tapır”.

Avanqard.net

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.