Gənc yazar Nahiddən maraqlı çevirmə
30.10.12

Yaxşı yazıçı, yaxşı yalançıdır

“Maraqlı məlumatlar” silsiləsindən I yazı.

Hekayədə düyünlərin hadisə şəklinə salınmasını bilmək yeni başlayan yazar üçün ən vacib şərtdir. Bir çox lüğətlərdə “düyün” bu cür izah edilir: Hansısa bir hadisəni danışmağa başlayan və “ana fikrə” düyümlənən bir xarakterlə bağlı xüsusiyyətlər, ya da hansısa bir vəziyyətlə bağlı olan. Biz bu ifadəni müzakirə etməyəcəyik, amma məqsədimizi rahat bir şəkildə izah edəcəyik.

İndi sizə “düyün” hekayəsi təqdim edəcəm. Və siz anlayacaqsınız ki, hekayədə düyün əsas məsələdi.

Düyün hekayəsi - real həyatdan yaşananlardan daha maraqlı və eyni zamanda oxucu üçün inandırıcı olması vacib olan bir və ya daha çox qəhrəmanın həyatındakı hansısa düyün nöqtəsinin açılmasına şərait yaratmaqdı.

Çox hallarda həyatımızda hər gün bəzi məqamlarlarla qarşılaşırıq:

1. Maşuruta çatmadığımzdan işə gecikirik.

2. Çörəyi qızardarkən yandırarıq.

3. Kiməsə zəng edirsiniz, amma zəng çatmaz.

4. Uşağınız yeməyini yemək istəməz.

5. Gecə qonşunuzda hay-küy olar siz də oyanmağa məcbur olarsınız.

6. Qaynananız lazım olmayan vaxta sizə qonaq gələr və s.

Əgər həyatınızdakı bu düyün anlarından hekayə yazmaq istəsəydiniz sizi kim oxuyardı? Düyün və çözüm deyərkən bizim söyləmək istədiyimiz şey hekayədəki düyünləri daha maraqlı etməkdi. Buna çatmaq üçün hekayə düyünlərini bir az uydurmaq və yalan söyləmək lazımdı.

Unutmayın: Düyünlərlə bağlı nə qədər çox yalan desəniz və onları daha çox uydursanız hekayəniz o qədər də qarmaqarışıq olacaq. Bu isə hekayənizin daha yaxşı olmasına səbəb olacaq.

İndi “qaynananızın sizə qonaq gəlməsi” kimi sadə bir vəziyyəti şişirdərək bir hekayə mövzusu halına salmağa çalışaq.

Qəhrəmanımızın adı Ziya olsun. Leyla adında həyat yoldaşı və Fariz adında 2 yaşılı oğluyla yaşasın. Bu yaşama sadə bir düyün ataq: Ziyanın qaynanası onlara qonaq gəlir.

Bu hadisə hər bir insanının başına gəldiyi üçün bunu hekayə halına salmayacağıq, amma düyün haqqda yalan və uydurma deyə biləcəyimizi başda demişdik. Başlayaq.

Yalan No.1: Ziyanın qaynanası yoldaşının ölümündən sonra, onlarla yaşamağa gəlir. Bu uydurma, düyünü qabardsa da oxucu üçün hələ maraqlı deyil. Səbəbi - bir çox qaynana evli uşaqları ilə yaşamağa gəlir. Və ya əvvəlcədən bir yerdə yaşayırlar. Bu səbədən də düyünü, real həyatda olduğundan dah da qarışıq etmək üçün yalan danışmağımıza imkan verməliyik.

Yalan No.2: Qaynana kürəkəni olan Ziyanı sevmir. Leylanı da onunla evlədiyi üçün bağışlamır. Buna səbəb bir zamanlar qızını, Lətif Eyvazov adlı biri ilə evlənməyə razı sala bilməməsidi (Lətif Eyvazov kimdi? Bilmirəm. Ancaq demişdim axı uydurmaq lazımdı. Düyünü yaratmaq üçün kim olursa olsun ondan istifadə etməyə çəkinməyəni)

Yalan No.3: Lətif Eyvazov, Ziaynın işlədiyi zavodun əsas müdirdir. ( Bu yalan, Leylaya bir zamanlar aşiq olan Lətifi, Ziaynın qarşısında güclü etmək üçündü)

Yalan No.4: Qaynanası, Lətif Eyvazovu sosial və iqtisadi baxımdan daha yaxşı olduğunu aradabir Ziyaya eşitdirərək onun həyatını cəhənnəmə döndərməkdədi. Bu olduqca pis düyündü. Yazıq Ziya, onu hər gün əsəbləşdirən müdir və həyatını zəhər edən qayanaya sahibdi.

Əgər hadisələri danışdığımız 4 nömrəli yalanın üzərində qurarsaq nəsə əldə etmiş olarıq. Çünki real həyatda da işini, müdirini və qaynanaylə yaşamağı sevməyən isanlar var.

İndiysə çözümlərə (həllərə) baxaq:

Çözüm No. 1: Əgər biz Ziyaya, qaynanasının evdən getməsini və əgər getməzsə özü evdən gedəcəyini yoldaşına dedirtmiş olsaydıq bu çox sadə çözüm olardı. Axı oxucu hadisələrin qarışıq və çətin olmasını, qəhrəmanın bu çətinlikdən necə çıxacağını görmək istəyir.

Çözüm No.2: Əgər biz qaynananı hasısa bir məclisdə, dul bir kişi ilə rastlaşdırsaydıq və bir sabah Ziyaya və qızına bir ilə evlənəcəyini söylətsəydik o zaman Ziyanın içində olduğu düyünü qaynanası tərəfindən çözmüş olacaqdıq. Amma oxucu hekayəni bəyənməyəcəkdi.

Çözüm No.3: Təsadüf nəticəsində çözülə bilən düyün fikirləşək. Əgər Ziyanın qaynanası bazardan qayıdarkən bir maşın qəzası nəticəsində ölmüş olsaydı bu problem həll olunmuş olacaqdı. Ancaq yenə də oxucu bunu bəyənməyəcəkdi.

Yazmağa yeni bşalayanların yazılarında bu cür çatışmamazlıqlar hər zaman ortaya çıxır. Qurduqların bir düyünün həllini təsadüflərə buraxarlar. Unudulmamlıdır ki, hər düyündə vacib olan bəzi şeylər təhlükədə olmalı və çözüm də düyünün içində olmalıdır.

Əgər düyün həll olunmayıbsa vacib olan bəzi şeyləri təhlükəyə atmaq lazımdır.

İndi Ziyanın probleminə qayıdaq və bunu necə edəcəyimizə baxaq.

Ziya yumuşaq xasiyyətli bir kişidi və biz onun qaynanasının evdən çıxıb getməsini, əks halda özünün evdən çıxıb gedəcəyini söyəyəcək qədər hirsli olduğunu fikirləşək. Bu iş üçün oğlu Farizdən isdifadə edin. Fariz, nənəsinin Lətif Eyvazov haqqda sosial və maddi olaraq Ziyadan nə qədər yaxşı olduğu ilə bağlı aradabir danışdığını eşidir. İndi düyünü düzəltmək üçün 5 nömrəli yalandan istifadə edə bilərik.

Yalan No.5: Ziya, qaynanası onlara gəldiyindən bəri oğlunun ona qarşı dəyişdiyini hiss edir. Şirin və sözəbaxan olan Fariz, dəcəl və atasından çəkinməyən biri kimi hərəkət etməyə başlayır. Burada Farizin, nənəsi tərəfdən öyrədildiyi bir vəziyyət yaradaq.

Bununla biz, bəzi şeylərin təhlükədə olduğu bir düyün düzəltdik. Əgər düyünü həll edə bilməsək, bir evlilik boşanmayla bitəcək və Ziyanın tərəfindən olan bir oxucu olanlardan heç xoşlanmayacaqdır. Hekyənizi qəbul edilən bir hekayə halına gətirmək istəyirsinizsə düyünü daha sıx atın və həllini açıq şəkildə görənə qədər bu sıxlığı qoruyun.

Bir düyünü daha sıx etmək üçün tez-tez istifadə olunan yollardan biri “mənim kəşfim” və “dəyişdirmə” deyə adlandırdığım bir yoldur. Kəşfetmə və dəyişdirmə qəhrəmanın əvvəlcədən bilmədiyi və fərqində olmadığı bəzi şeyləri zamanla kəşf etməsinə şərait yaradır. İndi bu təcrübədən Ziyanın problemini həll etməkdə istifadə edək.

Yalan No.6: Ziya, oğlunun nənəsi tərəfindən öyrədildiyini kəşf etdikdən sonra düşüncəsini dəyişir və yoldaşına anasının evdən getməsini, ya da özünün vedən gedəcəyini bildiri.

Yalan No.7: Leyla ürəksiz olsa da anasının evdən getməsinə razı olur. Amma bunu anasına dediyi zaman, anası evinə heç yerə getməyəcəyini bildirir. Əgər onu evdən çıxarsalar qocalar evinə gedəcəyini deyir. Leylə anasının bu düşüncəsini kəşf edəndə fikrini dəyişir. Anasının onlarda qalmasına razılıq verməsi üçün Ziyays yalvarır. Ziya indi problemi həll etmək üçün çətin qərar anındadı. Əgər qaynanasının onlarla qalmsına icazə verərsə düyün çözülməmiş qalacaqdır. Belə olan halda da Ziya işdən çıxacaq, Leylayla boşanıb başqa bir yerə çıxıb gedəcəkdir. Ancaq bu olmaz. Gəlin Ziyaya bir qərar verdirək. Nə olursa olsun oğlunun sevgisini yenidən qazanacaq və qaynanasının onlarda qaldığı müddətdə Leylanın Zeynalov Lətiflə evlənmədiyinə görə peşiman olmadığını ona sübut etməyə çalışacaq. Ziyanın bu qərarı düyünü həll etməlidir.

Ancaq yenə də əsaslı bir həll tapmadığımıza görə bir az düşünək. Dayanın. İndi tapdım. Əgər Zeynalov Lətif olmasa bir düyün də olmayacaq. Necə də unutmuşam. Zeynalov Lətif Ziyanın problemini həll etməkdə açar rolunu onamalıdır. Zeynalov Lətif haqqında nə bilirik?

Yalan No.8: İşdəki problemləri evinə gətirməyən Ziya, birdən-birə qaynanasının Lətifin işçilər tərəfindən hörmətlə qarşılandığı düşüncəsində olduğunu hiss edər. Ancaq təm tərsinə, işdə hər kəsin Lətifə nifrət etdiyini Ziya yaxşı bilir. Çünki Lətif onları əzmək və təhqir etmək üçün əlinə düşən hər fürsəti dəyərləndirir. Ziya, Lətifin evdə də eyni xasiyyətdə ola biləcəyini hiss edir. Problemini (düyünü) həll etmək üçün Lətifi ailəsi ilə birlikdə yeməyə çağırmaq lazım olduğunu anlayır. Ziya başa düşür ki, Lətif bu fürsətdən istifadə edib Leylanın onunla evlənmədiyinə görə nə böyük xəta elədiyini hər cəhdlə ona sübut etməyə çalışacaq. Ziyanın bu planı bizi düyünün son mərhələsinə gətirir.

Yalan No:9. Ziyanın dəvətini qəbul edən Lətif yoldaşı və oğlu ilə birlikdə onlara gələr. Ağır xasiyyətli Lətif, ailəsinə yemək masasında da işçilərinə davradığı kimi davranır. Yoldaşı Lətifin qorxusundan bir kəlmə belə danışmır. Qadına bir sual verdikdə onun əvəzinə Lətif cavab verir. Oğluna qarşı da olduqca sərt davranır. Stolda düz oturmağını deyir və nəsə olduqda onu danlayır.

Qonaqlar getdikdən sonra Ziyanın qaynanası Lətifin ailəsinə pis davradığını kəşf edir və onunla bağlı xoş düşüncəsini dəyişdirmiş olur. Özünü bağışlatmaq üçün Ziyadan üzür diləyər. Oğlu Fariz də Lətifin oğluna yaxşı davranmadığını kəşf edərək atasına bəslədiyi pis fikri dəyişdirir. Beləliklə Ziyanın həyatındakı düyün həllini tıpır və hekayə sona çatır.

Başa qayıdıb hekayəmizə baxarsaq, real həyatda qarşılaşdığımızdan daha maraqlı bir hekayə yaratdığımız görə bilərik. Ancaq bizim bu hekayəmiz oxucuya inandırıcı gələcəkmi?

Real həyatda da öz qızını Lətif kimi sosial və maddi vəziyyəti yaxşı olan biri ilə evlənsəydi yaxşı olacağına və öz nəvəsini Ziya kimi bir ataya qarşı çıxarmağa qadir olan qaynanalar vardırmı? Qaynananın bu cür şeylər edəcəyinə oxucunu necə inandıra bilərsiniz? Təbii ki, onun xarakteri ilə bağlı keyfiyyətləri qabardaraq. Qızını pulu və yaxşı status olan biri ilə evlənməsini istəyən hirsli bir ana xarakterini yaratmalısınız. O zaman bu qadının Ziyanın evində qalamağa gəldiyi zaman edəcəkləri oxucu üçün maraqlı olacaq.

Real həyatda Zeynalov Lətif kimi bir adamın adi işçinin dəvətini qəbul etməsi təbii görünməyə bilər. Ancaq Lətifin xarakterini qabardaraq Leyla tərəfdən nə üçün qəbul edilmədiyini həzm etməyən biri kimi göstərmək lazımdır. Bax o zaman Lətifin yemək təklifini qəbul etməsi oxucu tərəfdən inandırıcı qarşılanacaqdır.

Bu yazını, yaza biləcəyiniz bir hekayə və həmin hekayədə istifadə edə biləcəyiniz bir düyünlə bitirmək istəyirəm:

Bir evdar qadın mətbəxə girir və on yaşındakı oğlunun qutudan şirniyyat götürərkən tutur. İndi siz davamını yazın.

John G. Fitzgerald

Türkcədən çevirdi Nahid

Avanqard.net

Yenililklər
05.12.23
Dünya şöhrətli rumın şairəsi Ana Blandiana Bakıya gələcək
05.12.23
Kənan Hacının hekayəsi - Cin qapını bağlayır
05.12.23
Elçin Hüseynbəylinin hekayəsi - Dərs
05.12.23
Yevgeni Rezniçenko - Çağdaş rus poeziyası
30.11.23
Anar Məcidzadə - Canına dərd düşsün, ayrılıq salan
29.11.23
Həmin işıqlı günlər - Cavid Zeynallının yeni hekayəsi
29.11.23
Musiqili Teatr dekabr repertuarını təqdim edib
29.11.23
Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub
29.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub
28.11.23
Xuana İnes de la Krus - Günah keçisi kimi görürsünüz qadını
28.11.23
Mahir N. Qarayevdən iki şeir
23.11.23
Fəxri Uğurlu - Uzaqda təkbaşına dolaşan qəhrəmanlar
22.11.23
Kanadada “Yeddi gözəl” musiqi qrupunun konserti keçirilib
22.11.23
Fərid Hüseyn XIV İstanbul Beynəlxalq Ədəbiyyat və Şeir Festivalında iştirak edir
22.11.23
Bakıda Mədəniyyət və Yaradıcı Sənayelər Forumu keçiriləcək
22.11.23
Vaqif Sultanlının “İnsan dənizi” və “Ölüm yuxusu” romanları İngiltərədə yayımlanıb
22.11.23
Elnarə Qaragözova - Ali diqqət və rəğbətin dəyişməz ünvanı: Yusif Səmədoğlu
22.11.23
"Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar" beynəlxalq elmi konfrans keçirilib
22.11.23
Fərid Hüseynlə kürdəmirli oxucuların görüşü olub
06.11.23
"Mədəni diplomatiya vasitəsilə əlaqələr quraraq müxtəlif sivilizasiyaları bir araya gətirdik"
04.11.23
Astanada “Yıldız Sarayı Foto Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” adlı sərgi təşkil olunub
04.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Akademiyasının rəhbərliyi Qazaxıstanın Xarici İşlər naziri ilə görüşüb
01.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bern şəhərində qədim türk yazılarına həsr olunmuş sərgi açıb
31.10.23
Türkiyə Respublikasının 100 illiyi İsveçrənin Bern şəhərində qeyd olunub
27.10.23
“Netflix” “The Crown” serialının son sezonunun ilk treylerini yayımlayıb
27.10.23
Özbəkistanda Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzi açılıb
27.10.23
Bədirxan Əhmədli - Akademik Kamal Talıbzadənin portret cizgiləri üzərinə
27.10.23
Türkiyədə XX əsr Cənubi Azərbaycanda ədəbi prosesin önündə gedən şəxsiyyətlərdən bəhs edən kitab çap olunub
27.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Haaqada yubiley tədbirləri keçirib
26.10.23
Varşavada “Polşa və Türk Dünyası” mövzusunda konfrans keçirilib
25.10.23
Elman Cıvıroğlu - İbranice ve Ortak Türk Dili
25.10.23
İstanbulda görkəmli xanəndə Məşədi Məhəmməd Fərzəliyev haqqında kitabın təqdimatı olub
25.10.23
“Ulduz” jurnalının 650-ci yubiley nömrəsi işıq üzü görüb
25.10.23
Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı Qazaxıstanın “Dostluq” ordeni ilə təltif olunub
25.10.23
Osip Mandelştamın yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib
25.10.23
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
20.10.23
Qars Kafkas Universitetində “Heydər Əliyev və Türkiyə” adlı multidisiplinar beynəlxalq elmi konfrans keçirilib
19.10.23
Elman Cıvıroğlu - Xudu Məmmədov və Ziya Gökalp
19.10.23
Akademik Kamal Talıbzadənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
16.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Qazax-Türk Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.