Avanqard

Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını

29/02/2024

Gəl ağlama, sil gözünün yaşını

Dağlar kimi məğrur saxla başını

Hünərinlə qandırginan naşını

Sən bizimsən, biz də sənin, Qarabağ!

Ürəyisən sən Vətənin, Qarabağ!


Əcdadımız at oynadıb o yerdə 

Qazan asıb, mağar qurub o yerdə

Məhəbbətlə şeir yazıb o yerdə

Sən bizimsən, biz də sənin, Qarabağ!

Ürəyisən sən Vətənin, Qarabağ!


Göz dikmədik biz kimsənin varına 

Daş atmadıq, bağçasına, barına

And içmişik, yetəcəyik karına

Sən bizimsən, biz də sənin, Qarabağ!

Ürəyisən sən Vətənin, Qarabağ!


Çox doğma, yad bu yerlərə gəlibdi

Yurdumuzu müqəddəs yer bilibdi

Bütün dünya "Azərbaycan" deyibdi

Sən bizimsən, biz də sənin, Qarabağ!

Ürəyisən sən Vətənin, Qarabağ!


Abbasəli Xankişiyev, Biləsuvar rayonu

Digər Məqalələr