Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24

Azərbaycan yazıçısı Kamran Nəzirlinin “Sevgi ağ rəngdə olur” adlı hekayələr toplusu Təbrizin “Aydınsav” nəşriyyatında çapdan buraxılıb. Kitabda yazıçının son illər yazdığı “Yarpaqlar töküləndə”, “Sevgi ağ rəngdə olur”, “Mənim sevimli yaddaşım”, “Qara nöqtə”, “Şopenin sonatası”, “Yelləncək, süpürgəçi qadın və pişik”, habelə digər hekayələri yer alıb. Kütləvi tirajla çap olunan kitab artıq satışdadır.

Kitabın ərsəyə gəlməsində “Aydınsav” Təbriz Nəşriyyatının müdiri və tərtibçisi Aydın Dumanın, mətnləri fars dili əlifbasına uyğunlaşdıran təbrizli şair və tərcüməçi Nurəddin Müsəddiqinin müstəsna xidməti olub.

“Təbrizli qələm dostlarımdan mənim üçün sürpriz oldu. Düzü, iki ildən çox idi ki, onlar mənə bildirmişdilər ki, kitabı çap eləmək niyyətləri var. Mən də razılıq vermişdim. Bu müddət ərzində daha əlaqəmiz kəsilmişdi. İranda baş verən məlum hadisələr və digər problemlər kitabın işıq üzü görməsini gecikdirmişdi. Görünür, indi soydaşlarımızın ana dilində kitab nəşr eləmək və oxumaq imkanları artmışdır və bu da təqdirəlayiqdir. İranda ilk dəfədir kitabım çıxıb, sevinirəm ki, Cənubi Azərbaycan oxucuları ana dilimizdə mənim kitabımı da oxuya biləcəklər. Kitabın meydana gəlməsində əməyi olan hər kəsə, o cümlədən mənim qələm dostum qazi şairimiz Nazim əfəndiyə təşəkkürümü bildirirəm”, - deyə müəllim söyləyib. /Azərtac/

Yenililklər
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.