Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
07.09.24

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin böyük elmi işçisi Aygün Yusubovanın “Əhməd Nədimin poetikası” adlı monoqrafiyası çapdan çıxıb. Kitabın elmi redaktoru professor Mehdi Kazımovdur.

İnstitutdan bildirilib ki, monoqrafiyada XVIII əsr klassik türk şairi Əhməd Nədimin yaradıcılığı geniş və sistemli şəkildə araşdırılıb. Kitab Azərbaycan ədəbiyyatşünaslığında Əhməd Nədimin yaradıcılığının tədqiqinə həsr olunmuş ilk irihəcmli əsərdir.

Xalq şeiri üslubunda yazdığı əsərləri sayəsində türk divan ədəbiyyatına yeni nəfəs gətirmiş Əhməd Nədimin irsinin araşdırılması onun dövründə türk ədəbi mühiti və bu mühitdə formalaşaraq bütün Şərqdə yayılan ədəbi ənənə və cərəyanların meydana gəlməsi kimi məsələlərin tədqiqi üçün zəngin material verir. Əhməd Nədim irsinin tədqiqi, eyni zamanda, şairin müasiri olan ədiblərə münasibəti, onlarla yaradıcılıq əlaqələrinin öyrənilməsi baxımından əhəmiyyət daşıyır. Bundan başqa, Nədim poeziyasının dilini araşdırmaq, tədqiqata cəlb etmək həmin dövrün tarixi-linqvistik xüsusiyyətlərini öyrənmək baxımından böyük əhəmiyyət daşıyır.

Monoqrafiyada Əhməd Nədimi tanıtmaq məqsədilə onu yetişdirən mühit, yaşadığı dövr, şahidi olduğu mühüm hadisələr, həyatının ən ümdə anları, yaradıcılığı haqqında ümumi məlumat verilir. Daha sonra şeirlərinin dil və üslub xüsusiyyətləri açıqlanır: poetik əsərlərindəki bədii təsvir və ifadə vasitələri, klassik üslubda yazdığı ədəbi nümunələrin mövzu dairəsi, obrazlar sistemi, yaradıcılığının ana qaynaqları, aparıcı ədəbi motivlər geniş şərh edilir.

Əsər təkcə peşəkar ədəbiyyatşünas və dilçilər üçün deyil, eyni zamanda, klassik türkdilli ədəbiyyatın həvəskarları üçün maraqlı olacaq. /Azərtac/

Yenililklər
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.