"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub


10.01.24

Azərbaycan oxucusuna Macarıstan ədəbiyyatını ilk dəfə xeyli əhatəli şəkildə təqdim edən yeni nəşrlər işıq üzü görüb.

Nəşrlərdən biri Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Dünya ədəbiyyatı” dərgisinin “Macarıstan” sayı, digəri isə “Macar ədəbiyyatı antologiyası”dır. AYB ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun əməkdaşlığı, Fondun dəstəyi nəticəsində hazırlanmış hər bir nəşrə 40-a yaxın müəllifin fərqli janrlarda yaratdığıdəyərli ədəbi əsərlərin tərcümələri, eləcə də nəzəri materiallar daxildir.

Nəşrlərin ərsəyə gəlməsinə yaxından dəstək vermiş Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun ilk prezidenti Günay Əfəndiyeva giriş sözündə qeyd edib ki, Fond təşkilatın müşahidəçi dövləti olan Macarıstan Respublikası ilə əməkdaşlığa böyük diqqət ayırır: “Fəaliyyəti dönəmində Fond Macarıstan mədəniyyətinin tanıdılması istiqamətində bir sıra layihələrə imza atıb.Macarıstanla bağlı növbəti layihə Fondun dəstəyi ilə “Dünya ədəbiyyatı” dərgisinin“Macarıstan” sayının və “Macar ədəbiyyatı antologiyası”nın nəşr olunmasıdır”.

Azərbaycan-Macarıstan ədəbi əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini, Azərbaycanda macar ədəbiyyatına daim ciddi maraq olduğunu vurğulayan G.Əfəndiyeva ümid etdiyini bildirib ki, oxucular hər iki nəşri böyük rəğbətlə qarşılayacaqlar və Azərbaycan-Macarıstan ədəbi əlaqələrinin daha geniş müstəvidə inkişafı üçün yeni imkanlar açılacaq.

Nəşrlərin hazırlanmasında xüsusi rolu və əməyi olan Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq ədəbi əlaqələr üzrə katibi, şair və tərcüməçi Səlim Babullaoğlu giriş yazısında müasir dövrün mənzərəsinə diqqət yetirərək Macarıstanın Azərbaycanla, türk dünyası ölkələrilə yüksələn əlaqələrini, rəsmi Budapeştin türk dünyası ilə əməkdaşlığı genişləndirmək xətti götürməsini mühüm faktlar kimi vurğulayıb: “Bu faktlar təqdim etdiyimiz nəşrləri həm Azərbaycan, həm də Macarıstan ədəbi mühiti üçün vacib, qiymətli hadisəyə çevirir”.

Macar ədəbiyyatının ölkəmizdə təbliği yönündə indiyədək görülmüş işləri hörmətlə xatırlayan S.Babullaoğlu yeni nəşrlərin özəlliyini bu şəkildə qeyd edib: “Bu nəşrlər bizə macar ədəbiyyatının böyük mənzərəsinə həm klassiklərin, həm də çağdaş ədiblərin yaratdıqları əsərlərin nümunəsində, eləcə də macar ədəbiyyatı tarixinə və Azərbaycan-Macarıstan ədəbi əlaqələrinə aid elmi-nəzəri yazılarla baxmaq imkanı verən ilk irihəcmli işlərdir.Ümidvaram ki, bu nəşrlərlə xalqlarımızın dostluq əlaqələrinə, ədəbiyyatlarımızın qarşılıqlı tanıdılması işinə daha bir önəmli töhfə verilir”.

“Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru Seyfəddin Hüseynli bildirib ki, zənginliyi ilə seçilən macar poeziyasından buradaŞandor Petöfi, Mikloş Radnoti, Endre Adi, Mihay Babiç, Attila Jojef, Şandor Lejak, Attila Balaş, Anna Kiş, Şandor Çori, Zoltan Nemetvə başqa şairlərin poeziya nümunələri verilib. Macar prozası isə Geza Qardoni, Kalman Miksat, Jigmond Moriç, İmre Kertes, Dördi Şpiro, Peter Nadaş, Peter Esterhazi və digərlərinin yaradıcılığından örnəklərlə təmsil olunur: “Bədii əsərlərdən əlavə, macar ədəbiyyatının tarixi və müasir mənzərəsi, Azərbaycan-Macarıstan ədəbiəlaqələrinin inkişaf yolu haqqında məqalələrə də yer verilib. Macar ədəbiyyatı ilə ətraflı tanış olmaq istəyən azərbaycanlı oxucular üçün bu nəşrlər kifayət qədər dolğun ədəbi mənbələr rolunu oynaya bilər”.

Nəşrlərdəki bədii nümunələri dilimizə Ağasəfa, Davud Nəsib, Yusif Həsənbəy, Səlim Babullaoğlu, Seyfəddin Hüseynli, Əkbər Qoşalı, Əsəd Zeynalov, Dürdanə İbrahimova-Hüseynbəyli, Qismət Rüstəmov, Rəbiqə Nazimqızı, Azad Yaşar, Şəfiqə Şəfa, Həmid Piriyev, Sona Səlimli, Rəna Cahangirli, Xatirə Nurgül və Akəm Xaqan çeviriblər.

Nəzəri materiallar bölümündə azərbaycanlı tədqiqatçı Rəna Cahangirlinin və rusiyalı ədəbiyyatşünas Oksana Yakimenkonun məqalələri verilib.

Nadir Yalçın, 525.az

Yenililklər
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.