Anar Məcidzadə - Canına dərd düşsün, ayrılıq salan
30.11.23

Özünü qoru 

Başına döndüyüm, gözəlsən yaman,
Gözünə göz dəyər, gözünü qoru.
İnciyib küsərsən bircə sözümdən,
Xətrinə söz dəyər, özünü qoru.

Sən oldun ömrümün gülü, baharı,
Aşiqin əyilməz eşqi, vüqarı.
Məhəbbət ocaqdır, söndürmə barı,
Sevginin odunu, közünü qoru.

Vuruldum qəlbinə, özünə sənin,
Ulduzlar bənzəyir gözünə sənin,
Çoxları güləcək üzünə sənin,
Üzsüz adamlardan üzünü qoru.


Biz ayrılmazdıq

Biz ki ayrılmazdıq bir-birimizdən,
Canına dərd düşsün, ayrılıq salan.
Bir sabah yuxudan durub görəydim,
Biz ayrılmamışıq, ayrılıq yalan.

Eşqim sonsuz dərya, dünya qədərdir,
Mənim məhəbbətim tükənməz, inan.
Mən səni nə qədər sevirəm, gülüm,
Səni sevilməkçün doğubdur anan.

Hər gün tellərinə sığal çəkəydim,
Nə hicran, nə kədər, nə qəm olaydı.
Həyatda məhəbbət, bir də səadət,
Bizə ömür boyu həmdəm olaydı.


Mən səni sevəcəm

Mən səni sevirəm qoca dünyada,
Sevgimə şahiddir qoca dünya da.
Sənə olan eşqim, pak məhəbbətim,
Hər şeydən ucadır, uca, dünyada.

Mən səni görməsəm bircə gün əgər,
Göylər də başını yerlərə əyər.
Sənin gülüşlərin, xoş təbəssümün,
Əzizim, həyatda hər şeyə dəyər.

Məhəbbət bu imiş gülüm, sən demə,
Gah sevinc, gah da qəm axıb sinəmə.
Gah qəlbim qanadlı quşa çevrilib,
Gah da ki, gözlərim dönübdür nəmə.

Hərdən dözülməyən əzabım oldun,
Əzaba dözməyə sən tabım oldun.
Bütün sözlərimin tək ünvanı sən,
Sevgidən yazılan kitabım oldun.

Mən səni sevəcəm nə qədər varam,
Sevməsəm, bu sevgi qoy olsun haram.
Səni unutmadım bircə an belə,
Sevgilim, heç zaman mən unutmaram.


Şamaxı

Səndən gəlir əslim, soyum,
Baba yurdum sən, Şamaxı.
Çal-çağırım, nəğməm, toyum,
Üzü gülən, şən Şamaxı.

Güllərin saçın yolmaya,
Bir çiçəyin də solmaya,
Başın üstə kaş olmaya,
Nə duman, nə çən, Şamaxı.

İgidlərin yol aldığı,
Nəsiminin doğulduğu,
Seyidlərin yurd olduğu,
Ocaq, pirə tən Şamaxı.

Tarixin, keçmişin qədim,
Sən ey müqəddəs məbədim,
Mənim əzəlim, əbədim,
Anara Vətən Şamaxı.

Yenililklər
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.