Xuana İnes de la Krus - Günah keçisi kimi görürsünüz qadını
28.11.23

  Xuana İnes de la Krus 1651-ci ildə Mexiko yaxınlığındakı Nepantla kəndində doğulub. Valideynləri rəsmi nikahda olmadığından qeydiyyata “Kilsə uşağı” kimi düşən Xuana oxumağı çox erkən yaşlardan öyrənib. Qeyri-adi yaddaşa, xüsusi istedad və qabiliyyətə  malik qızcığaz qısa müddətdə latın dilini öyrənərək babasının zəngin kitabxanasındakı bütün kitabları, hətta Platonun, Aristotelin, Rotterdamlı Erazmın əsərlərini mütaliə edir. 9 yaşında valideyn-lərindən ayrılıb Mexikoya gəlir, paytaxtda yaşayan kübar qohumlarının ailəsinə daxil olur. Qızın fitri istedadını dərhal hiss edən zəngin ailə ona hər cür imkan yaradır. Xuana müstəqil şəkildə, yəni heç bir müəllimə ehtiyac duymadan öz çevik ağlı hesabına riyaziyyatı, fəlsəfəni, ədəbiyyatı və əcnəbi dilləri öyrənir. Bütün şəhər qeyri-adi istedad sahibi olan bu qəribə qızdan danışır, yüksək məclislərdə adı rəğbətlə çəkilir, artıq həddi-büluğa çatmış 16 yaşlı gözəlin pərəstişkarları da durmadan artır. Zəngin və nüfuzlu ailələrdən ona elçi düşənlərin sayı kifayət qədər çox olsa da, mütaliəni daimi vərdişə çevirən Xuana bütün təklifləri rədd edib monastıra üz tutur və burada çoxdan arzuladığı tənhalığı əldə edir. Lakin 1695-ci ildə monastırda yayılan vəba epidemiyası ondan da yan keçmir: Xuana xəstəliyə yoluxub tezliklə canını tapşırır.
            Həm filosof-qadın, həm də şair-qadın kimi məşhur olan Xuana sağlığında çox sevilirdi, hətta müasirləri onu “Onuncu muza”, yaxud “Meksika simurqu” adlandırırdılar. Təsadüfi deyil ki, Oktavio Pas onun həyat və yaradıcılığına fundamental monoqrafiya həsr edib. Madriddəki heykəlinin üzərində isə bu sözlər yazılıb: Meksika xalqının ispan xalqına hədiyyəsi. 
            
 


Xuana İnes de la Krus 


REDONDİLYA (*)
Qadınlar haqqında haqqsız mühakimə yürüdən kişilərə
 
Necə də qəddarsınız qadınlara qarşı siz –
Guya günah işləmək onların qanındadır!
Amma doğrudanmı siz tamam bixəbərsiniz
Bütün bu şər-xatalar haradan qaynaqlanır?
Günah keçisi kimi görürsünüz qadını,
Bəs bunun səbəbkarı siz deyilsiniz, bəyəm?
Sizsiniz körükləyib onda qəzəb odunu
Sonra da şəfqət umub, xeyirxahlıq gözləyən! 
 
Əcəb ləzzəti varmış hökmən qalib olmağın,
Əsla söz ola bilməz inadkar həmlənizə –
Bu vaxt görkəminizdən elə təkəbbür yağır 
Guya qala döyuşsüz təslim olubdur sizə. 
Öz nitqinizdən belə, üşənir qulağınız –
Qamçı-şallaq səsindən ətiniz ürpəşəntək...
Çünki siz uşaq kimi nağıl xoşlayansınız,
Nağıldan qorxursunuz həm də körpə uşaqtək.
 
Gizli deyildir əsla kişi deviziniz də:
Sizə od ilə suyun barışığı gərəkdir –
Siz istəyən qadında sizə gözəl Taislə    
məsum Lukresiyanın qarışığı gərəkdir.
Sizlərdən ötrü əxlaq – xalis əzab qaynağı:
Qanınızı qaraldan, daim üzən sizləri
O qapqara ləkələr tərtəmiz ağ aynada 
Elə öz əlinizin natəmiz izləridir!
 
Daim əsarətində, daim ağuşundasız –
Həm ifrat bivecliyin, həm çılğın ehtirasın: 
Ehtiras aşılayır biveclik sizə yalnız,
Bivecliksə ehtiras təlqin edir ən azı. 
Siz qadın şərəfinə hər zaman laqeyidsiz, 
Kişi arşınınızla ölçürsünüz hər şeyi:
Qadın ciddi olanda – riyakardı deyirsiz, 
Nəvaziş göstərəndə – deyirsiz quşbeyindi.

Yüz bəhanə axtarır, qulp qoyursuz hər şeyə, 
Sonra da arsız-arsız hələ qınayırsınız:
Birimizi – söyürsüz daşürəklidir deyə, 
Birimizi – nə bilim... yelbeyin sayırsınız.
Sizdəki çılğınlıqla bezginlik arasından
Adlamağı bacaran yalnız bircə qadın var:
O qadın ki dərs alıb öz Həvva anasından –
Onunku haqq-hesabdır, sevgi ona yaddı, yad. 
 
Hər ikisi səhv edib, lap günahkar da çıxsa 
Görən, hansı dərk edir xəcalətli bu işi:
Günah edib cəzanı gözləyən qadın, yoxsa
Haqqını ödəyərək günah eləyən kişi?
Yalvarışlarda belə etirafdan qaldınız,  
Bəraətçün bircə söz çıxmadı dilinizdən. 
Bax bizləri bu kökə, bu şəklə siz saldınız –
Di buyurun, zövq alın indi əməlinizdən.
 
Güman edirsiniz ki, guya bircə qadın da
Nüfuzunuz önündə duruş gətirə bilməz. 
Niyə lənətləyirsiz, rüsvay edirsiz onda 
Sizi ürəkdən sevən o məsum varlığı bəs?
Lap keçilməz olsa da sevgidə sizlər üçün
Cisim, vücud, bir sözlə, bu həyatın hər şeyi,
Dünyanın faniliyi, ya cəhənnəmin gücü –
Yenə bacarmazsınız sevgini məhv etməyi.
 
Çevirəni Mahir N.Qarayev

 
*Redondilya – Orta əsrlərdə ispan və portuqal ədəbiyyatında işlənən mürəkkəb qafiyə sisteminə malik qədim şeir növü. Qızıl dövr ispan poeziyasının görkəmli nümayəndələri Qonqora və Kevedo redondilyanın mükəmməl nümunələrini yaradıblar.  

Yenililklər
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.