Türkiyə Respublikasının 100 illiyi İsveçrənin Bern şəhərində qeyd olunub
31.10.23

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva İsveçrənin Bern şəhərində Türkiyə Respublikasının İsveçrə Konfederasiyasında və Lixtenşteyn Krallığındakı səfirliyi və Sürix şəhərindəki Baş Konsulluğu tərəfindən təşkil edilmiş Türkiyə Respublikasının 100 illiyinə həsr olunmuş tədbirdə iştirak edib.

Fonddan bildirilib ki, tədbirdə çıxış edən Türkiyə Respublikasının İsveçrə Konfederasiyasındakı səfiri Emine Ece Özbayoğlu Acarsoy Qazi Mustafa Kamal Atatürkün “ən böyük əsərim” adlandırdığı Cümhuriyyətin Türkiyənin demokratikləşməsinin, inkişafının və müasirləşməsinin təminatı olduğuna diqqət çəkərək, ölkənin nüfuzunun gündən-günə artmasının qürurverici olduğunu vurğulayıb. O, həmçinin qəhrəman Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu antiterror tədbirləri nəticəsində Prezident İlham Əliyev tərəfindən üçrəngli Azərbaycan Bayrağının Xankəndidə ucaldılmasının bütün Türk dünyasını duyğulandırdığını, bununla da regionda daimi sülh və sabitliyin əldə olunması yolunda mühüm maneənin aradan qaldırıldığını qeyd edib.

Səfir Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna Türkiyə Respublikasının yaranmasının 100 illiyinin il ərzində müxtəlif layihələrlə təntənəli şəkildə qeyd edilməsinə görə minnətdarlığını bildirib, təşkilata türk mədəni irsinin qorunması və təbliğində uğurlar arzulayıb.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türkiyə Respublikasının yaranmasının 100 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik edərək, Türkiyənin qədim tarixdən günümüzə qədər davam edən bir qəhrəmanlıq salnaməsi, Türk dünyasının birliyini və ortaq gələcəyini dəstəkləyən böyük güc olduğunu bildirib. Fondun prezidenti 1923-cü ildə Böyük Öndər Mustafa Kamal Atatürk tərəfindən yaradılmış Türkiyə Cümhuriyyətinin hazırda Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə dünyanın qüdrətli, böyük siyasi çəkiyə malik ölkələrindən biri olduğunu vurğulayıb.

Günay Əfəndiyeva çıxışında türk xalqlarının çoxəsrlik tarixinin və zəngin mədəniyyətinin təbliği istiqamətində təşkilatın fəaliyyət və məqsədlərindən söz açaraq, qonaqlara Fondun himayəsi altında yaradılmış və yeddi türk dövlətini - Azərbaycanı, Qazaxıstanı, Qırğızıstanı, Türkiyəni, Özbəkistanı, Türkmənistanı və Macarıstanı təmsil edən peşəkar qadın musiqiçilərdən ibarət “Yeddi gözəl” musiqi qrupunu təqdim edib.

Sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın “29 Oktyabr - Respublika Günü” müraciəti oxunub.

Tədbir Fondun himayəsində yaradılmış “Yeddi gözəl” musiqi qrupunun konserti ilə davam edib.

Tədbirdə İsveçrə Xarici İşlər Nazirliyinin rəhbərliyi, ölkədə akkreditə olunan diplomatik korpusun, beynəlxalq təşkilatların, dövlət qurumlarının, işgüzar və akademik dairələrin nümayəndələri, eləcə də türk icmasının üzvləri və KİV-in təmsilçiləri iştirak ediblər.

Yenililklər
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.