“Qədim Türk yazı mədəniyyəti” adlı beynəlxalq konfrans keçirilib
19.06.23

16-17 iyun 2023-cü il tarixlərində Bakıda Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və YUNESKO Azərbaycan və Türkiyə Milli Komissiyalarının birgə təşkilatçılığı ilə qədim Türk yazısının (Türk Bitig) oxunmasının 130 illiyinə həsr olunmuş “Qədim Türk yazı mədəniyyəti” adlı beynəlxalq konfrans keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təşkil olunan konfransda Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Universitetinin rektoru Urxan Ələkbərov, Türkiyə Respublikasının YUNESKO üzrə Milli Komissiyasının sədri Öcal Oğuz, Azərbaycan Respublikasının YUNESKO üzrə Milli Komissiyasının baş katibi Seymur Fətəliyev, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzvü Həsən Həsənov, Türkiyə Dil Qurumunun prezidenti Osman Mert, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, həmçinin Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Monqolustan, Polşa və Almaniyadan tanınmış türkoloqlar iştirak ediblər.

Tədbirin məqsədi qədim türk yazılarının tədqiqatı ilə məşğul olan alimləri bir araya gətirmək və fikir mübadiləsi üçün əlverişli platforma yaratmaqdır.

Konfransın açılışında çıxış edən Türk Akademiyasının prezidenti Şahin Mustafayev türk yazısının 130 illik tarixində mühüm araşdırmalara və yeniliklərə diqqət çəkib. Şahin Mustafayev Beynəlxalq Türk Akademiyası ilə Monqolustan Elmlər Akademiyasının fəal əməkdaşlığına toxunaraq, ötən il Nomqon vadisində aparılan birgə arxeoloji qazıntılar nəticəsində Qutluq İlteriş Kağana həsr olunmuş abidə kompleksinin tapıldığını bildirib. O, Beynəlxalq Türk Akademiyasının fəaliyyətinin əsas istiqamətlərindən birinin Türk Bitig çalışmaları olduğunu qeyd edərək, bu istiqamətdə çalışmaların davam edildiyini bildirib. “Keçən il Monqolustanda Nomqon vadisində aparılan qazıntılar nəticəsində tapılan kitabənin yuxarı hissəsi Türk Dünyasında böyük əks-səda doğurub. Türk adının ilk dəfə Göytürklərin dövrünə aid bir yazıda qeyd olunması bu xəbəri daha da dəyərli edir. Bu il qazıntıları davam etdirməklə kitabənin qalan hissəsini tapacağımıza ümid edirik”, – Akademiyanın prezidenti bildirib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva 2023-cü ildə bütün Türk Dünyası üçün böyük dəyərə sahib önəmli ildönümlərinin qeyd olunduğunu vurğulayıb. “Qədim türk yazısı ortaq keçmişin xəzinəsinin açarı kimi tariximizdə mühüm yer tutur. Bu 130 illik yol davamlı araşdırma və kəşflərlə müşayiət olunub. Bu yolun bir parçası kimi biz bugünkü konfransımızı təşkil edərək, qədim türk yazısı ilə bağlı biliklərimizi dərinləşdirməyə çalışırıq”.

Günay Əfəndiyeva qeyd edib ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu gənc beynəlxalq təşkilat olmasına baxmayaraq, ümumtürk mədəni irsinin qorunub saxlanılması, yaşadılması və təbliği yönündə bir çox layihə və tədbirlər həyata keçirib. O, konfransın mövzusu ilə bağlı bildirib ki, Fond yaxın vaxtlarda petroqliflər, tamğalar və qədim türk kitabələrinə dair beynəlxalq sərginin təşkilini planlaşdırır.

Plenar iclasdan sonra konfrans müxtəlif mövzularda xüsusi panel sessiyaları ilə davam edib. Qədim türk yazısını kəşf edən Vilhelm Tomsenə həsr olunmuş paneldə iştirakçılar onun tədqiqatlarını və həyatını, türkologiyanın formalaşmasına töhfə verən fikir və təkliflərini bildiriblər. Bundan əlavə, türk dilinin tarixi və xüsusiyyətləri, yayılma sahələri, çağdaş türk dilləri ilə davamlılığı, o dövrün digər dilləri (Çin, Soqdi, Monqol və s.) ilə qarşılıqlı əlaqəsi ilə bağlı xüsusi panellər keçirilib.

Konfransda qədim türk ədəbiyyatı, folkloru, mədəniyyət və incəsənəti, türk dövlətlərinin görkəmli simaları, arxeoloji qazıntılar kimi mövzular müzakirə olunub.

Konfransın sonunda iştirakçılar qədim türk yazılı əsərlərinin tədqiqi ilə bağlı birgə qərarlar üzərində razılığa gələrək, Yekun Bəyannaməni qəbul ediblər.

Yenililklər
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.