Macarıstanda Xurşidbanu Natəvana həsr olunmuş “Şuşanın tək incisi” filmi nümayiş olunub
26.05.23

Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondu, Türk Dövlətləri Təşkilatının (TDT) Budapeşt şəhərindəki Nümayəndəlik ofisi və Karoli Qaspar Universitetinin birgə təşkilatçılığı ilə görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın həyat və yaradıcılığına həsr edilmiş “Şuşanın tək incisi” filmi nümayiş etdirilib.

Tədbirdə çıxış edən TDT-nin Nümayəndəlik ofisinin rəhbəri Janos Hovari, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə Xurşid banu Natəvanın sonuncu Qarabağ xanının qızı, şairə, rəssam, xeyriyyəçi kimi Azərbaycan tarixində oynadığı mühüm roldan söz açıblar. 1960-cı ildə Natəvanın Bakıdakı abidəsinin və 1982-ci ildə onun Şuşadakı büstünün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin iştirakı ilə açıldığı qeyd edilib. Eyni zamanda, böyük şairənin Ermənistanın işğalı zamanı güllələnmiş büstünün 2020-ci ildə Şuşanın azad olunmasından sonra öz yerinə qaytarıldığı və şəhərin yenidən dirçəlməsinin simvoluna çevrildiyi diqqətə çatdırılıb. 2022-ci ildə 190 illiyi dövlət səviyyəsində qeyd edilən Natəvanın Ağdamda erməni işğalı zamanı dağıdılmış qəbirüstü abidəsinin yenidən hazırlanaraq Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın təşəbbüsü və iştirakı ilə açıldığı bildirilib.

Çıxışların ardından “Şuşanın tək incisi” filmi qonaqlara təqdim olunub və tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.  Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsi ilə hazırlanan filmin ssenari müəllifi Ülviyyə Heydərova, quruluşçu rejissoru Zəhra Quliyevadır.  Xurşidbanu Natəvan obrazını Azərbaycanın Xalq artisti Mehriban Zəkinin canlandırdığı filmin çəkilişləri Xan qızının ocağında – Şuşada ermənilər tərəfindən dağıdılan evində aparılıb.

Filmdən sonra Türkdilli dövlətlərin gənclərindən ibarət ansambl öz xalqlarına məxsus olan milli mahnıları ifae diblər.

Tədbirdə Türk dövlətlərinin Budapeştdə akkreditə olunan diplomatic missiyalarının rəhbər və nümayəndələri, Fondunvə TDT-nin Nümayəndəlik ofisinin təmsilçiləri, elmi-akademik dairələrin və KİV nümayəndələri, Azərbaycan diasporasının üzvləri və türk dövlətlərdən Budapeştdə təhsil alan tələbələr iştirak ediblər.

Yenililklər
29.09.23
Günay Əfəndiyeva Qırğız Respublikası Prezidentinin müşaviri Arslan Koiçiyev ilə görüşüb
29.09.23
Bakıda “Türkiyə-Azərbaycan Qardaşlığı: Anadoludan əsintilər” adlı sərgi açılacaq
29.09.23
Qənirə Paşayevanın vəfatı ilə bağlı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun başsağlığı verib
27.09.23
Türk xalqları tərəfindən latın əlifbasının qəbulu vahid türk dilinin inkişafı üçün olduqca vacibdir
26.09.23
Səxavət Sahil - Ölüm nəğmələri - Şeirlər
26.09.23
Mahir Qarayev: “Yesenin, Axmatova bu imiş? Bəs deyirlər, Svetayeva...” - MÜSAHİBƏ
26.09.23
“DokuBaku” VII Beynəlxalq Sənədli Filmlər Festivalı başlayıb
26.09.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Qırğızıstan Milli Universiteti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb
24.09.23
Azad Qaradərəlinin əsərlərinin III cildliyinin təqdimat və müzakirəsi olub
23.09.23
Zərdüşt Əlizadə - Mütləq kamillik həsrəti
21.09.23
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
21.09.23
“Bütöv Azərbaycan bədii təfəkküründə Şuşa” kitabı çap olunub
21.09.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Polşa ilə əməkdaşlığın yeni istiqamətlərini müzakirə edib
19.09.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Amsterdamda qədim türk yazılarına dair yeni sərgi açıb
29.08.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Qazaxıstanda beynəlxalq sərgi keçirib
13.08.23
Azad Qaradərəli - Vay-vayımız, Türkmənçayımız
13.08.23
Azad Qaradrəlinin əsərlərinin cildlər üzrə nəşrinə başlanıb
04.08.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Özbəkistanla işbirliyi əlaqələrini daha da gücləndirir
30.07.23
Azad Qaradərli - Dekadansmı, renessansmı?
22.07.23
“Ədəbi Proses – 10 il” elmi-yaradıcılıq müşavirəsinin yubiley tədbiri keçirilib
18.07.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Vaqif Poeziya Günləri çərçivəsində yeni kitabını təqdim edib
12.07.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yeni nəşri Molla Pənah Vaqifə həsr olunub
08.07.23
Günay Əfəndiyeva Qoşulmama Hərəkatının Nazirlər görüşündə çıxış edib
05.07.23
Günay Əfəndiyeva Türkiyənin İseveçrədəki səfiri ilə görüşüb
03.07.23
 “Kitabqurdu” I Yay Oxu Marafonuna start verilib
03.07.23
Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə İsveçrə Konfederasiyasında konsert təşkil olunub
25.06.23
Diplomatik korpusun səfir və nümayəndələri Laçına səfər edib
19.06.23
“Qədim Türk yazı mədəniyyəti” adlı beynəlxalq konfrans keçirilib
19.06.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun mükafatlandırılma mərasimi keçirilib
16.06.23
“Mikloş Radnoti və macar poeziyası” adlı tədbir keçirildi
16.06.23
Türkiyədə “Elçinə ərməğan” adlı kitab nəşr edildi
16.06.23
I Yay Oxu Marafonu keçiriləcək
14.06.23
Süleyman Çələbinin “Mövlud” kitabınınm təqdimat mərasimi keçirilib
14.06.23
“Hüseyn Cavid və Azərbaycan ədəbiyyatşünaslığı” kitabı işıq üzü görüb
06.06.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında təmsil olunur
06.06.23
Günay Əfəndiyeva 21-ci Alanya Beynəlxalq Turizm və İncəsənət Festivalında iştirak edib
06.06.23
Vüqar Əhməd - Ədəbiyyatşünaslığımızın parlaq siması - Şirindil Alışanlı
01.06.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Polşadakı Səfirliyimiz Varşava Beynəlxalq Kitab Sərgisində təmsil olunub
31.05.23
XI ANAİB Kitab Sərgisi keçiriləcək
31.05.23
Günay Əfəndiyeva Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibi ilə görüşüb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.