AMEA-da Mir Cəlalın 115 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

18.05.23

AMEA-nın Humanitar Elmlər Bölməsi, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə görkəmli yazıçı Mir Cəlalın anadan olmasının 115 illik yubileyinə həsr olunmuş “Mir Cəlal və ədəbi-tarixi proses” mövzusunda elmi sessiya keçirilib.

Tədbirdən əvvəl M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası tərəfindən təşkil edilən Mir Cəlalın əsərlərini əks etdirən sərgiyə baxış keçirilib. 
Elmi sessiyanı giriş sözü ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq bildirib ki, Ədəbiyyat İnstitutu ölkəmizdə ədəbiyyatşünaslıq sahəsində tədqiqatların aparıldığı başlıca mərkəzdir və elmi-tədqiqat müəssisəsində görkəmli yazıçı Mir Cəlalın yubileyinin keçirilməsi ədəbiyyatşünas alimlərin mənəvi borcudur. Ötən müddət ərzində ədibin həyatının müəyyən dövlərinin bağlı olduğu Bakı Dövlət Universiteti, Gəncə şəhəri və Qazax Müəllimlər Seminariyasında 115 illik yubileyinin qeyd olunduğunu deyən AMEA rəhbəri Mir Cəlalın 16 il Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, 1 aydan artıq müddətdə isə institutun direktor əvəzi kimi çalışdığını diqqətə çatdırıb.

Akademik İsa Həbibbəyli bildirib ki, Mir Cəlalı fərqləndirən başlıca cəhət onun universal, çoxcəhətli fəaliyyətə malik olmasıdır. O, yazıçı, ədəbiyyatşünas, publisist, pedaqoq kimi məşğul olduğu bütün sahələrin peşəkarı olmuşdur. Mir Cəlalın yaşadığı dövrü ideallaşdırmadan, sərt kommunist rejiminin ideologiyasını təbliğ etmədən yalnız obyektiv gerçəkliyi, insanın real həyatını meydana qoyduğunu deyən AMEA prezidenti ədibin bu dəst-xəttinin roman, povest, satirik-yumoristik əsərlərində də müşahidə olunduğunu söyləyib. Xüsusilə, “Həyat hekayələri”, “Sadə hekayələr”, “Bir gəncin manifesti” və başqa əsərlərində sadə həyat hekayələrinin, insanın mənəvi aləminin oxuculara çatdırıldığını bildirib.Vurğulayıb ki, görkəmli yazıçı epik ədəbiyyatın bütün sahələrində ərsəyə gətirdiyi mükəmməl əsərlərlə, həm də ədəbiyyatşünaslıq istiqamətindəki fəaliyyəti iləAzərbaycan ədəbiyyatında özünəməxsus yer tutur.

Yazıçının “Füzulinin poetik xüsusiyyətləri” monoqrafiyası ilə şairin poetikasına dair nadir bir əsəri meydana qoyduğunu deyən akademik İsa Həbibbəyli ilk və son dəfə bu əsərlə Azərbaycan ədəbiyyatşünaslığında Füzulinin 17-18 beytlik müəmmalarının tədqiqata cəlb olunduğunu, bu əsərin həm də poetika ilə estetikasının vəhdətini təşkil etdiyini bildirib.Həmçinin Mir Cəlalın “Azərbaycanda ədəbi məktəblər” mövzusunda mükəmməl doktorluq işi ilə Azərbaycanda ədəbi məktəblərin tarixinə nəzər yetirdiyini vurğulayıb. Eyni zamanda ədibin ədəbiyyat nəzəriyyəsi sahəsində də böyük xidmətləri olduğunu, realizm, satira və yumorun dəqiq mahiyyətini müəyyənləşdirdiyini diqqətə çatdırıb. AMEA rəhbəri qeyd edib ki, Mir Cəlal həm də görkəmli pedaqoqdur və onun “XX əsr Azərbaycan ədəbiyyatı” və “Ədəbiyyatşünaslığın əsasları” dərslikləri bu gün də ali məktəblərdə tədris olunur.

Akademik vurğulayıb ki, Mir Cəlal həm də yaradıcılığı və zəngin fəaliyyəti ilə XX əsrin əvvəlləri ilə məşhur “Altmışıncılar” ədəbi nəsli arasında körpü rolunu oynamış, yeni ədəbi nəslin yetişməsinə mühüm töhfələr vermişdir.

AMEA rəhbəri İsa Həbibbəyli çıxışının sonunda bildirib ki, Mir Cəlalın zəngin irsi bu günalimlərimiz tərəfindən müstəqillik dövrünün çağırışları əsasında yenidən tədqiqatlara cəlb olunur, əsərləri yenidən çap edilir və onun işıqlı xatirəsi gələcək nəsillərə çatdırılır.

Sonra M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov “Mir Cəlal Paşayevin ictimaiyyətə az məlum olan əsərlərinin nəşri haqqında”, filologiya üzrə fəlsəfə doktorları, dosent Aslan Salmansoy “Səməd Vurğun və Mir Cəlal”, filologiya elmləri doktoru, professor Asif Rüstəmli “Mir Cəlalın həyatı və yaradıcılığının ilkin dövrü”,filologiya elmləri doktoru İsmayıl Kazımov “Mir Cəlal romanlarında bədii dil xüsusiyyətləri”,filologiya elmləri doktoru Əlizadə Əsgərli “Füzuli sənətkarlığı” və “Ədəbi məktəblər” monoqrafiyalarında poetika haqqında”,filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyeva “Mir Cəlal hekayələrində folklor və milli-mənəvi dəyərlər”, Dilarə Adilova “Mir Cəlal hekayələrində müasirlik” və Fidan Rzayeva “Mir Cəlal yaradıcılığı səhnədə”mövzularında məruzələrlə çıxış ediblər.

AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Vaqif Yusifli Mir Cəlalla bağlı xatirələrini bölüşüblər.

Sonda çıxış edən ADA Universitetinin rektoru, professor Hafiz Paşayev Mir Cəlalın 5 il bundan əvvəl 110 illik yubileyinin də Ədəbiyyat İnstitutunda keçirildiyini xatırladıb, budəfəki yubileyin Akademiya miqyasında humanitar sahə ilə  müxtəlif elmi-tədqiqat institutlarının alimləri tərəfindən qeyd olunmasının təqdirəlayiq hal olduğunu bildirib. Məruzələrin ciddi elmi araşdırmalar əsasında hazırlandığını bildirən Hafiz Paşayev çıxışlarda tədqiqatçılarınməlum olmayanməsələlərə toxunduğunu, xüsusilə Mir Cəlal və Səməd Vurğun, Mir Cəlalın əsərlərinin dil xüsusiyyətləri, Füzuli ilə bağlı, teatr və səhnə fəaliyyətinə dair tədqiqatların davam etdirilməsinin gələcəkdə onun yaradıcılığının yeni tərəflərinin açılmasına gətirib çıxaracağını deyib.

Tədbirdə AMEA-nın Humanitar Elmlər Bölməsinə daxil olan elmi müəssisə və təşkilatların baş direktorları, əməkdaşları, aidiyyəti şəxslər və KİV nümayəndələri iştirak ediblər.

Yenililklər
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.