Qazaxıstanda Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib
05.05.23

Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Türk Dünyası” adlı beynəlxalq konfrans keçirilib. Konfrans Beynəlxalq Türk Akademiyası və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə baş tutub.

Tədbiri giriş sözü ilə açan Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev vurğulayıb ki, Heydər Əliyev Azərbaycanın və türk dünyasının böyük şəxsiyyəti, müstəqil Azərbaycan dövlətinin rəmzi, ölkəsinin, xalqının gələcəyi üçün geniş imkanlar yaradan parlaq liderdir. Türk Akademiyasının prezidenti Heydər Əliyevin tarixi nailiyyətlərindən, onun qardaş türk ölkələrinin münasibətlərinin möhkəmləndirilməsindəki rolundan danışaraq, qeyd edib: “Heydər Əliyev Türk Dünyasını bütövləşdirmək, türk xalqlarını yaxınlaşdırmaq üçün böyük səylər göstərdi. O, türk dövlətlərinin inteqrasiyasına xidmət edən əməkdaşlıq təşkilatlarının qurulmasına mühüm töhfələr verib. Təsadüfi deyil ki, bugünkü Türk Dövlətləri Təşkilatı ve  Türk Akademiyası kimi təşkilatların təsisi ideyası Heydər Əliyevin doğulduğu qədim Naxçıvan torpağında formalaşıb. Bu faktın özlüyündə böyük simvolik mənası var”.

Konfransda çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bu il Azərbaycanın ümumilli lideri, Türk Dünyasının böyük dövlət və siyasi xadimi Heydər Əliyevin 100 illiyinin həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə təntənə ilə qeyd olunmasından söz açıb. Günay Əfəndiyeva bu möhtəşəm yubileyə həsr olunmuş tədbirin Qazaxıstanda təşkilinin rəmzi məna daşıdığını bildirib. Fondun prezidenti qeyd edib ki, Heydər Əliyev tərəfindən Türk Dünyası ilə əlaqələrin qurulması naminə sevgi və uzaqgörənliklə atılmış addımlar bu gün öz bəhrəsini verməkdədir. Günay Əfəndiyeva Heydər Əliyevin cəsarətlə yürütdüyü siyasətin eyni kökdən gələn, müştərək mədəniyyətə sahib türk xalqlarının bir-birləriylə dostluq və qardaşlıq münasibətlərinin canlandırılmasına təkan verdiyini diqqətə çatdırıb. “Könlü hər zaman türk coğrafiyasıyla, türk xalqları ilə bərabər olmuş Heydər Əliyevi bu gün bütün Türk Dünyası özünə doğma hesab edir. Zaman keçdikcə ona bəslənilən hörmət və ehtiram daha da artır. Və buna görə də Ulu Öndər təkcə Azərbaycanın deyil, həm də Türk Dünyasının böyük oğlu adlandırılır”, – deyə Fondun prezidenti vurğulayıb.

Günay Əfəndiyeva Ulu Öndərin 100 illik yubileyinin Şuşanın Türk Dünyasının Mədəniyyət Paytaxtı statusunu daşıdığı ilə təsadüf etməsini tarixi hadisə adlandırıb.

Konfransda çıxış edən Qazaxıstan Respublikasının informasiya və sosial inkişaf naziri Darhan Kıdırali bildirib ki, Qazaxıstanla Azərbaycan arasındakı tarixi və mədəni əlaqələrin inkişafının təməlini Heydər Əliyev qoymuşdur. Nazir çıxışında Azərbaycan prezidenti İlham Əliyevin bu il Qazaxıstana səfəri zamanı Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunmağa başladığını və il ərzində Qazaxıstanda bir çox tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb. Nazir Qazaxıstan Respublikasının İnformasiya və Sosial İnkişaf Nazirliyinin dəstəyi ilə “Əziz Həyat” sənədli filminin hazırlanmasının bu layihələrdən ilki olduğunu nəzərə çatdırıb.

TÜRKSOY-un baş katibi Sultan Raev, Qazaxıstan Respublikasının xarici işlər nazirinin müavini Kanat Tumış, tanınmış dövlət xadimi, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının keçmiş üzvü Mırzatay Joldasbekov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Hikmət Babaoğlu, Qazaxıstan Respublikasının Parlamenti Senatının deputatları Bibigul Jeqzenbay, Qaliaskar Sarıbayev, müstəqil Qazaxıstan Respublikasının birinci xarici işlər naziri Toleutay Suleymenov, Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoğlanov, L. Qumiliov adına Avrasiya Milli Universitetinin professorları Saule Tajıbayeva, Amantay Şarif, Qazaxıstan Respublikasının 1-ci Prezidentinin Kitabxanasının direktor müavini Botagöz Kaipova konfransda çıxış edərək, Azərbaycan xalqının Ümummilli Liderinin türk dünyasının mədəni-mənəvi irsini mükəmməl bildiyini, qardaş ölkələr arasında əlaqələrin möhkəmlənməsinə böyük töhfələr verdiyini bildiriblər. Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafındakı fəaliyyəti, Azərbaycan elminə və təhsilinə verdiyi töhfələr, həyata keçirdiyi islahatlar, ölkə gənclərinin vətənpərvərlik tərbiyəsində müstəsna rolu barədə fikirlər səsləndirilib.

Tədbir çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Qazaqstan” dövlət televiziyası tərəfindən hazırlanmış “Əziz Həyat” sənədli filminin bir hissəsi konfrans iştirakçılarına nümayiş etdirilib.

Tədbirdə rəsmilər, millətvəkilləri, Qazaxıstanda akreditə olunmuş türk dövlətlərin səfirləri, elm xadimləri iştirak ediblər.

Yenililklər
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.