“Heydər Əliyev Və Azərbaycanın Davamlı İnkişaf Strategiyası: Modernləşmədə Yeni Təmayüllər"adlı Beynəlxalq elmi simpozium keçirilib

01.05.23

29 aprel 2023-cü il tarixində Elger Elm və Təhsil Mərkəzi, Qars Kafkas Universiteti (Türkiyə), Əskişəhər Azərbaycanlılar Dərnəyi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki və Quba filialının təşkilatçılığı, Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğu,  İsveç Azərbaycanlıları Dərnəyi, Dünya Azərbaycanlıları Platformunun dəstəyiilə Türkiyənin Əskişəhər şəhərində online şəkildə “Heydər Əliyev Və Azərbaycanın Davamlı İnkişaf Strategiyası: Modernləşmədə Yeni Təmayüllər"adlı Beynəlxalq elmi simpozium keçirildi.

Təşkilatçılar adından simpoziumu açanQars Kafkas Universiteti Azərbaycan türkcəsi və ədəbiyyatı bölümünün rəhbəri dosent İlkin Qulusoy bütün iştirakçıları salamladıqdan sonra bu il Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin fərmanına əsasən 2023-cü ilin Heydər Əliyev İli olaraq elan edildiyini, bununla əlaqədar Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin əziz xatirəsinin yad edilməsinin hər kəsin mənəvi borcu olduğunu dilə gətirdi, 120 elm adamının iştirak etdiyi simpoziumun əhəmiyyətini və simpozium materiallarının xarici ölkədə ISBN alınaraq 1 ay içində nəşr olunacağını vurğuladıqdan sonra tərəfdaş qurum rəhbərlərinəiştirakçıları salamlamaq üçün söz verdi.

Elger Elm və Təhsil Mərkəzinin Türkiyə təmsilçisi dos. Ellada Gərayzadənin, Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulu Nuru Quliyevin, Qars Kafkas Üniversitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdürü Prof. Hacalı Nəcəfoğlunun, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının direktoru Dos. Rafiq Rəsulovun, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru dos. Yusif Əliyevin, Əskişəhər Azərbaycanlıları Dərnəyinin rəhbəri Uzman Əczaçı Cavid Aydının salamlama çıxışından sonra plenar iclas öz işinə başladı.  

Plenar iclasda generel-mayor Hikmət Həsənov, prof. İradə Nuriyeva, dos. Gülarə Abdullayeva, baş müəlim Nübar Bayramovanın ümummilli lider Heydər Əliyevlə bağlı  müxtəlif mövzulardakı məruzələri maraqla dinlənildi. Plenar iclasdan sonra simpozium ayrı-ayrı online otaqlarda 7 fərqli bölmədə öz işini davam etdirdi.Simpozim sonra iştirakçılara sertifikatlar təqdim edildi. 

Simpoziumu aşağıdakı youtube kanalından izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=hk8gn2_mS6k&t=35s&ab_channel=Elger-Beyn%C9%99lxalqelm-t%C9%99drism%C9%99rk%C9%99zi

Yenililklər
29.09.23
Günay Əfəndiyeva Qırğız Respublikası Prezidentinin müşaviri Arslan Koiçiyev ilə görüşüb
29.09.23
Bakıda “Türkiyə-Azərbaycan Qardaşlığı: Anadoludan əsintilər” adlı sərgi açılacaq
29.09.23
Qənirə Paşayevanın vəfatı ilə bağlı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun başsağlığı verib
27.09.23
Türk xalqları tərəfindən latın əlifbasının qəbulu vahid türk dilinin inkişafı üçün olduqca vacibdir
26.09.23
Səxavət Sahil - Ölüm nəğmələri - Şeirlər
26.09.23
Mahir Qarayev: “Yesenin, Axmatova bu imiş? Bəs deyirlər, Svetayeva...” - MÜSAHİBƏ
26.09.23
“DokuBaku” VII Beynəlxalq Sənədli Filmlər Festivalı başlayıb
26.09.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Qırğızıstan Milli Universiteti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb
24.09.23
Azad Qaradərəlinin əsərlərinin III cildliyinin təqdimat və müzakirəsi olub
23.09.23
Zərdüşt Əlizadə - Mütləq kamillik həsrəti
21.09.23
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
21.09.23
“Bütöv Azərbaycan bədii təfəkküründə Şuşa” kitabı çap olunub
21.09.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Polşa ilə əməkdaşlığın yeni istiqamətlərini müzakirə edib
19.09.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Amsterdamda qədim türk yazılarına dair yeni sərgi açıb
29.08.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Qazaxıstanda beynəlxalq sərgi keçirib
13.08.23
Azad Qaradərəli - Vay-vayımız, Türkmənçayımız
13.08.23
Azad Qaradrəlinin əsərlərinin cildlər üzrə nəşrinə başlanıb
04.08.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Özbəkistanla işbirliyi əlaqələrini daha da gücləndirir
30.07.23
Azad Qaradərli - Dekadansmı, renessansmı?
22.07.23
“Ədəbi Proses – 10 il” elmi-yaradıcılıq müşavirəsinin yubiley tədbiri keçirilib
18.07.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Vaqif Poeziya Günləri çərçivəsində yeni kitabını təqdim edib
12.07.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yeni nəşri Molla Pənah Vaqifə həsr olunub
08.07.23
Günay Əfəndiyeva Qoşulmama Hərəkatının Nazirlər görüşündə çıxış edib
05.07.23
Günay Əfəndiyeva Türkiyənin İseveçrədəki səfiri ilə görüşüb
03.07.23
 “Kitabqurdu” I Yay Oxu Marafonuna start verilib
03.07.23
Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə İsveçrə Konfederasiyasında konsert təşkil olunub
25.06.23
Diplomatik korpusun səfir və nümayəndələri Laçına səfər edib
19.06.23
“Qədim Türk yazı mədəniyyəti” adlı beynəlxalq konfrans keçirilib
19.06.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun mükafatlandırılma mərasimi keçirilib
16.06.23
“Mikloş Radnoti və macar poeziyası” adlı tədbir keçirildi
16.06.23
Türkiyədə “Elçinə ərməğan” adlı kitab nəşr edildi
16.06.23
I Yay Oxu Marafonu keçiriləcək
14.06.23
Süleyman Çələbinin “Mövlud” kitabınınm təqdimat mərasimi keçirilib
14.06.23
“Hüseyn Cavid və Azərbaycan ədəbiyyatşünaslığı” kitabı işıq üzü görüb
06.06.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında təmsil olunur
06.06.23
Günay Əfəndiyeva 21-ci Alanya Beynəlxalq Turizm və İncəsənət Festivalında iştirak edib
06.06.23
Vüqar Əhməd - Ədəbiyyatşünaslığımızın parlaq siması - Şirindil Alışanlı
01.06.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Polşadakı Səfirliyimiz Varşava Beynəlxalq Kitab Sərgisində təmsil olunub
31.05.23
XI ANAİB Kitab Sərgisi keçiriləcək
31.05.23
Günay Əfəndiyeva Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibi ilə görüşüb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.