Anar Məcidzadə - Yaşamaq səninçün asan gəlməsin
12.04.23



Nə xoşbəxtdir bu dünyadas evənlər
 
Məhəbbətin hikmətini duyanlar,
Özömrünü sevgisinə qıyanlar,
Ülvi hissi uca zirv əsayanlar  -
Nə xoşbəxtdir bu dünyada sevənlər.
 
Sevmək özü imtahandır, sınaqdır,
Bəzən də kimə zəmmətdir,  qınaqdır,
Sevilənlər qüssə qəmdən uzaqdır,
Nə xoşbəxtdir bu dünyada sevənlər.
 
Əsl eşqin son ünvanı vüsaldır,
Sevənlərə sevgiləri halaldır,
Hər insanı saf sevgisi ucaldır;
Nə xoşbəxtdir bu dünyada sevənlər.
 
Sevənlərin könülləri xoş olar,
Arzuları qanadlanmış quş olar,
Sevgiləri səadət əqovuşar;
Nə xoşbəxtdir bu dünyada sevənlər.
 


Dünyada sözüm qalacaq
 
Bu torpaqda boy atmışam,
Neçə şeir yaratmışam,
Sözdən qala ucaltmışam;
Dünya dasözüm qalacaq.
 
Şeir qoşdum fəsillərə,
Yadigardır nəsillərə,
Körpü olar könüllərə;
Dünya dasözüm qalacaq.
 
Sözdür mənim şölə, şamım,
Tükənməz şair ilhamım,
Qaratorpaq son ünvanım;
Dünya dasözüm qalacaq.
 
Şeir etdim neçə sətri,
Hər birində çiçək ətri,
Gözümü yumsam əbədi,
Dünya dasözüm qalacaq.


 
Bəxtsiz qadın
 
Taleyini yazanmı belə yazıb?
Ürəyində min dərdyatır, nədəndir?
Qara buludlarmı alıb bəxtini?
Gözlərində Günəş batır, nədəndir?
 
Yollarını boran kəsir, qar kəsir,
Yolun üstə külək əsir, yel əsir.
Həyat səni yıxmağamı tələsir?
Sevincinə kədər qatır, nədəndir?
 
Özün gözəl, sanki dünya maralı,
Görən nədən könlün olub yaralı?
Günün keçir həm ağlı, həm qaralı,
Ahın da göylərə çatır, nədəndir?
 
Yazdığına pozu yoxmu fələyin?
Gül-çiçəkli yazı yoxmu fələyin?
Qəmi sevincindən çoxmu fələyin?
Qəmdən alıb dərdə satır, nədəndir?


 
Yaşamaq  səninçün asan gəlməsin
 
Həyatda gələcək çox iş başına,
Yaşamaq səninçün asan gəlməsin.
Zəhər qatılacaq xörək, aşına,
Yaşamaq səninçün asan gəlməsin.
 
Beynində yüz fikir doğulacaqdır,
Qəlbin dər dəlində boğulacaqdır,
Həyatın qəmilə yoğrulacaqdır,
Yaşamaq səninçün asan gəlməsin.
 
Həyatın sonuvar, ölüm anı var,
Ölümün qorxusu, həyacanı var,
Hər iki dünyanın imtahanı var,
Yaşamaq səninçün asan gəlməsin.
 
Anar, dünya sənə toy tutacaqdır,
Yasını saxlayıb, vay tutacaqdır,
Səni gör kimlərə tay tutacaqdır,
Yaşamaq səninçün asan gəlməsin.
 
Anar Məcidzadə, AYB üzvü

Yenililklər
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.