Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu “Manas Günü”nü keçirib
10.03.23

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda qırğız xalqının qədim eposuna həsr olunmuş “Manas Günü” təşkil edilib. Tədbir çərçivəsində Fond tərəfindən Azərbaycan və Qırğız dillərində nəşr olunan tanınmış alim, şair Adil Cəmilin "Manas Eposu və Türk Dastançılıq Ənənəsi" adlı kitabının təqdimat mərasimi keçirilib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevatədbiri giriş sözü ilə açaraq, çoxəsrlik türk xalqlarının dastanlarının və eposlarının ümumtürk şifahi ədəbiyyatı ilə yanaşı, dünyanın ən zəngin folklor nümunələri arasında yer almasından bəhs edib. Fondun prezidenti “Manas” eposunu qırğız xalqının mənəviyyatı kimi dəyərləndirərək, vurğulayıb: “Manas qırğız xalqının daxili aləmini, fikrini, düşüncəsini yəni, milli kimliyini əks etdirir. Eyni zamanda Manas qırğızların gücüdür. Çünki, eposda qırğızların qəhrəmanlıq səhifələri, Vətənə sevgisi, torpağın müdafiəsinə hər zamankı istəyi özünü göstərməkdədir. Digər tərəfdən, Manasirsdir. Müxtəlif maneələrə, çətinliklərə baxmayaraq, nəsillərdən nəsillərə ötürülən mirasdır. Və nəhayət, Manas Türk Dünyasını birləşdirənamildir”. Günay Əfəndiyeva 1995-ci ildə Bişkekdə "Manas" dastanının 1000 illiyinə həsr olunmuştədbirdə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin,“Manas kimi ölməz dastanlarımız bütün bəşəriyyətin əbədi sərvətidir. Nə dərəcədə Manas qırğız xalqınındır, o dərəcə də Manas Azərbaycan xalqınındır. Manas bütün türk xalqlarına məxsusdur”ifadələrini xatırladıb. Fondun prezidenti rəhbərlik etdiyi təşkilat tərəfindən müasir dövrdə “Manas”ın dərindən öyrənilməsi yönündə tanınmış alim Adil Cəmilinyazdığı kitabın türk xalqlarını bir-birinə daha da yaxınlaşdırmaq məqsədini daşıdığını bildirib. Günay Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə təşkilatın qurucu üzv ölkəsi Qırğızıstan arasında münasibətlərin günü-gündən daha da gücləndiyini vurğulayaraq,bu istiqamətdə bir sıra layihələrin həyata keçirilməkdə olduğuna toxunub.

Tədbirdə çıxış edən Qırğız Respublikasının Prezidentinin Xüsusi Nümayəndəsi Taalatbek Masadıkov bildirib ki, “Manas” dünya epos sənətinin parlaq zirvələrindən biridir. O,dastanda toplanan, əcdadlardan miras qalan nadir dəyərlərin, biliklərin qorunub saxlanılmasının və nəsildən-nəslə ötürülməsinin türk xalqlarına mütərəqqi inkişafını davam etdirməyə imkan yaratdığını vurğulayıb. T.Masadıkov təşkilat tərəfindən çap edilən kitabın təkcə qırğız xalqının deyil, bütün türk dünyasının mədəniyyətinin, adət-ənənələrinin, ruhunun öyrənilməsinə mühüm töhfə verdiyini qeyd edib. Taalatbek Masadıkov təşkilatın Qırğızıstanla qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirib. O, kitabın nəşrində dəstəyə görə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna, eləcə də mövzuya maraq göstərdiyinə və dərində naraşdırdığına görə müəllifə təşəkkür edib.

Qırğız Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Kairat Osmanaliev çıxışında “Manas”ın elmi tədqiqinin və digər xalqların dastanları ilə müqayisəli təhlilinin hər zaman aktual olduğunu qeyd edib. Kayrat Osmonaliyev eposun BMT tərəfindən dünyanın mədəniyyət xəzinəsi elan edildiyini vurğulayıb. Səfir bildirib ki, Qırğızıstanın min illik tarixini ehtiva edən bu tarixi mənbədə qırğız xalqı ilə müxtəlif türk xalqları arasındakı dostluq bağları da geniş təsvir olunmuşdur. Səfir Türk Dünyasının ortaq irsinin yaşadılması yönündə Fond tərəfindən aparılan işlərin əhəmiyyətinə toxunaraq, kitabıtürk folklorunun xüsusiyyətlərinin öyrənilməsində önəmli mənbə kimi dəyərləndirib.

Tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, akademik Nizami Cəfərov, TÜRKSOY-un nümayəndəsi Kanat Mambetaliyev, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, Azərbaycan Prezidentinin Türk Dövlətləri Təşkilatında səlahiyyətli nümayəndəsi, dövlət xadimi Həsən Həsənov çıxış edərək, kitabın Azərbaycan və Qırğız xalqları arasında qardaşlıq bağlarının daha da gücləndirilməsində mühüm rolunu qeyd ediblər.

Kitabın müəllifi Adil Cəmil türk kitabələrinin qorunmasının, tanıdılmasının Türk xalqlarının qədim düşüncə və təfəkkürünün gələcək nəsillərə ötürülməsi istiqamətində önəmli rolunu nəzərə çatdırıb. Adil Cəmiluzun zamandan bəri üzərində çalışdığı əsərin yüksək səviyyədə tərtibatı və təqdimatı üçün Fond və Qırğızıstanın Azərbaycandakı Səfirliyi ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

Tədbirin bədii hissəsində Heydər Əliyev adına Hərbi İnstitutun kursantı, Manasçı Emirtemir Tolonov“Manas” dastanından parçalar səsləndirib. Azərbaycanın Əməkdar incəsənət xadimi Sahib Paşazadə və Saule Osmonaliyeva tərəfindən Qırğızıstanın milli musiqiləri və mahnıları ifa olunub. Qırğız mətbəxindən nümunələr təqdim edilib.

Tədbirdərəsmilər, millət vəkilləri, səfirlər, mədəniyyət və incəsənət xadimləri, ziyalılar, KİV nümayəndələri iştirak edib.

Yenililklər
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.