Kino Məktəbinin tələbələrinə diplomlar təqdim olunub
08.02.23
Xalq yazıçısı Rüstəm İbrahimbəyovun ad günündə Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) Kino Məktəbinin təntənəli buraxılış gecəsi keçirilib.
AKİ-dən bildirilib ki, 13 tələbəyə ( rejissor, ssenarist, animasiya rejissoru kursları üzrə) diplomlar təqdim olunub.
Diplomları Azərbaycan Kinematoqrafçılar İttifaqın sədri Rasim Balayev, Xalq yazıçısı Anar, Əməkdar incəsənət xadimi Firəngiz Qurbanova, Məktəbin rəhbəri Oleq Səfərəliyev təqdim ediblər. /Azərtac/
|