Günay Əfəndiyeva Astanada keçirilən Mərkəzi Asiya Media Forumunda çıxış edib
26.12.22

Günay Əfəndiyeva: “Biz əzmlə, məsuliyyətlə öz missiyalarımızı yerinə yetiririksə, bu Türk Dünyasının tək, nəhəng ulduz kimi parlamasına töhfə verdiyimizi göstərməkdədir”.

Bu sözləri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva 20-21 dekabr 2022-ci il tarixlərində Qazaxıstanın paytaxtı Astanada keçirilən Mərkəzi Asiya Media Forumunun “Beynəlxalq təşkilatlar – əməkdaşlıq körpüsü” adlı panel sessiyasındakı çıxışında deyib.

Tədbirdə Türk Əməkdaşlıq Təşkilatlarının və digər beynəlxalq təşkilatların rəhbər və təmsilçiləri, ictimai-siyasi xadimlər, alimlər, KİV nümayəndələri iştirak ediblər. 
Fondun prezidenti Orta Asiyaya həsr olunan Media Forumun önəmindən danışaraq, vurğulayıb: “Orta Asiya ata-babalarımızınuyuduğu, ulu əcdadlarımızınruhunu özündə yaşadan coğrafiyadır. Yaşı minilliklərlə ölçülən türk tarixinin başlanğıcıdır. Mənəvi abidələrin, şifahi xalq ədəbiyyatının nadir dastanlarının Vətənidir.Vaxtilə mövcud olmuş böyük dövlətlərin mirası, Türk elminin, fəlsəfi düşüncəsinin beşiyidir”.

Türk xalqlarının eyni soydan, mədəniyyətdən, dil və dindən gəldiyini vurğulayan Günay Əfəndiyeva, müasir dövrdə onlar arasında əlaqələri daha da genişləndirməküçün əlverişli imkanların mövcudluğuna toxunub: “Hazırki dünya mühitində Türk xalqları sıx əməkdaşlıq aparmaq üçün böyük potensiala malikdir. Bizlər mənəvi varlığımızı dərk edərək, ortaq köklərimizə, dəyərlərimizə söykənərək, həmrəy olaraq, gözlənilən nəticələri əldə etməyə qadirik.”

Fondun prezidenti türk xalqlarının inteqrasiya proseslərindən danışaraq,  Türk Dövlət başçılarının bu yöndəki səylərini yüksək qiymətləndirib: “Onların uzaqgörən siyasəti bu gün Türk dövlətləri arasındakı münasibətləri yeni və daha üstün mərhələyə ucaltmaqla yanaşı, həm də bölgədə rifaha, sülhə, əmin-amanlığa xidmət etməkdədir. Bu xüsusda Türk Dövlət başçıları tərəfindən yaradılan Türk Əməkdaşlıq Təşkilatları da prosesin gedişatına öz töhfələrini verməkdədirlər”.

Günay Əfəndiyevarəhbərlik etdiyi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunungənc təşkilat olmasına baxmayaraq, beynəlxalq aləmdə geniş  fəaliyyətindən söz açıb: “Fond türk xalqlarının maddi və mənəvi mədəniyyətini öyrənməkdə, qorumaqda və tanıtmaqdadır.Bütün işlərimizdə və layihələrimizdəortaq hədəfimizə sadiq qalaraq, türk mədəniyyətinin zənginliyinidünya miqyasında yaymağı qarşımıza məqsəd qoymuşuq. Bu ildən beynəlxalq katibliyinin formalaşması ilə təşkilat yeni bir mərhələyə qədəm qoyub”.

Fondun prezidenti dövrün tələblərinə uyğun olaraq, Türk Dünyasının mediyadan geniş və səmərəli şəkildə istifadəsinin vacibliyinə toxunub: “Təşkilatın qurucu üzv ölkəsi Azərbaycanın işğaldan azad olunmuş Qarabağ ərazisində məqsədyönlü şəkildə vandalizm aktları törədilmişdir.Qarabağ işğaldan öncə ədəbiyyatı, musiqisi, incəsənəti, yetişdirdiyi görkəmli şəxsiyyətləri, mədəni abidələri ilə məşhur guşələrdən biri idi. Çox təəssüf hissi ilə bildirirəm ki, orada yerləşən memarlıq nümunələri,  muzeylər,  kitabxanalar,  incəsənət məktəbləri,  teatrlar ermənilər tərəfindən dəhşətli dağıntılara məruz qalıb, məhv edilib.Biz bu tarixi həqiqətləri dünya ictimaiyyətinə çatdırmalıyıq. Bu xüsusda isə medianın rolu və məsuliyyəti çox böyükdür.”

Günay Əfəndiyeva Türk Dünyasının birliyinin daha da möhkəmləndirilməsi istiqamətində Türk Əməkdaşlıq Təşkilatlarının fəaliyyətlərinin əhəmiyyətinə diqqəti çəkib: “Əgər Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindənTürk xalqlarının minillik dəyərləri fərqli qitələrdə - Avropada, Asiyada, Latın Amerikasında müxtəlif tədbirlər və layihələrlə tanıdılırsa, bu, türk dövlətlərinin sahib olduqları tarixi və mədəni irsin bütün dünyaya nümayiş olunmasındabeynəlxalq təşkilatlarınoynadığı rolun önəminisərgiləyir. Biz, Türk Əməkdaşlıq Təşkilatları olaraq, əzmlə, məsuliyyətlə öz missiyalarımızı yerinə yetiririksə, bu Türk Dünyasının tək, nəhəng ulduz kimi parlamasına töhfə verdiyimizigöstərməkdədir”.

Yenililklər
21.03.23
Azad Qaradərəli - Şeirimizin Tərlanı
20.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu türk dünyasını təbrik etdi
15.03.23
"Türkiye cocuklarına sevgi ile" adlı beynəlxalq sənət aksiyasına start verilib
14.03.23
Rza Nuri - Səsim azad sulara dağılan adalar
14.03.23
Xalq yazıçısı Rüstəm İbrahimbəyova həsr olunmuş jurnal nəşr edilib
14.03.23
I Lənkəran Kitab Sərgisi anşlaqla yadda qaldı
14.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın Litvada görüşləri davam edir
14.03.23
Yaponiyanın ədəbiyyat üzrə Nobel mükafatçısı vəfat edib
13.03.23
İradə Musayeva - Qorxumuzun 80 yaşı
13.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Litvaya səfər edib
10.03.23
“Ustad”ın yubiley sayı nəşr edilib
10.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu “Manas Günü”nü keçirib
07.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Taalatbek Masadıkovilə görüşüb
04.03.23
Məhəmməd Baharlının 75 illik yubileyi qeyd ediləcək
03.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Kubanıçbek Ömüraliyev ilə görüşüb
03.03.23
Bədirxan Əhmədli - Şəms Təbrizi və onun mənalar dünyasının bədii dərki
03.03.23
I Lənkəran Kitab Sərgisi keçiriləcək
02.03.23
Günay Əfəndiyeva Kanat Tumışla görüşüb
27.02.23
"Özbəkcə-Azərbaycanca frazeologizimlər lüğəti"nin təqdimatı
24.02.23
Qətibə Vaqifqızı - “Saz götürüb dastan yazan” Aşıq Şakir
24.02.23

Qardaş Türk Əməkdaşlıq Təşkilatlarının rəhbərləri bir araya gəlib

17.02.23
“Şərq araşdırmaları” jurnalının növbəti nömrəsi çap olunub
17.02.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun “Manas” dastanına həsr olunan nəşri işıq üzü görüb
10.02.23
Günay Əfəndiyeva Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfirliyini ziyarət edib
08.02.23
Cavanşir Yusifli - Tale kimi doğulan mətnlər
08.02.23
Kino Məktəbinin tələbələrinə diplomlar təqdim olunub
08.02.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda bayraqlar yarıya endirildi
08.02.23
Xətai Sənət Mərkəzində “Hisslər və rəsmlər” adlı sərgi açılacaq
06.02.23
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Gülnar Səma alimlik dərəcəsi alıb
31.01.23
“Eurovision 2023” beynəlxalq mahnı müsabiqəsinin loqo və şüarı təqdim olunub
31.01.23
Günay Əfəndiyeva türk dövlətlərinin gənc şair və yazarları ilə görüşüb
31.01.23
Kinoteatrlarda “Qarabağ hekayələri: Dünən, bu gün, sabah” kinoalmanaxının nümayişinə başlanacaq
30.01.23
Bakı Atatürk Mərkəzində “Türkologiyanın aktual problemləri” mövzusunda elmi-praktik seminar keçirilib
30.01.23
Günay Əfəndiyeva “2023-cü il Avropanın Mədəniyyət Paytaxtı” Veszpremdə keçirilən rəsmi açılış mərasimində iştirak edib
30.01.23
“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasından yeni kitab nəşr edilib
27.01.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Bəyanatı
27.01.23
Vaqif Bayatlı Odər: "Qarabağdan ancaq Azərbaycanın Türk və Şərəf Damarını keçirməklə nəyəsə nail olmaq olar"
27.01.23
Günay Əfəndiyeva TDT-nin Macarıstandakı Nümayəndəliyini ziyarət edib
26.01.23
“Filologiya və sənətşünaslıq” jurnalının növbəti sayı çap olunub
24.01.23
“Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi hazırlanacaq
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.