Ədəbiyyat İnstitutunda “525-ci qəzet”in 30 illik yubileyinə həsr olunmuştədbir keçirilib
17.11.22

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda“525-ci qəzet”in 30 illikyubileyinə həsr olunmuş “Müstəqillik dövrünün müstəqil mətbuatı: “525-ci qəzet” adlı tədbir keçirilib.Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, AMEA-nın və əhatə etdiyi elmi müəssisə və təşkilatların baş direktorları, əməkdaşları, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin nümayəndələri, Türkiyə və Özbəkistandan qonaqlar, şairlər, eləcə də “525-ci qəzet”in kollektivi və KİV-lər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti,Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidi Akademiyanın dostu və Azərbaycanın görkəmli ziyalısı adlandırıb və onu Azərbaycan Mətbuat Şurasının sədri seçilməsi münasibətilə təbrik edib. Qeyd edib ki, Rəşad Məcidin bu vəzifəyə seçilməsi geniş mənada Azərbaycan mətbuatının, xüsusilə “525-ci qəzet”in ən böyük nailiyyətlərindən biridir. Onun sözlərinə görə, “525-ci qəzet” müstəqil Azərbaycanın müstəqillik dövrü mətbuatının ən davamlı və uğurlu nümunəsidir.

Azərbaycanın müstəqilliyini bərpasından sonra ölkəmizdə çox sayda mətbuat nümunələrinin meydana çıxdığını deyən AMEA rəhbəri bildirib ki, ötən illər ərzində onlardan bir çoxu fəaliyyətini dayandırsa da, müstəqilliyimizlə yaşıd olan “525-ci qəzet” öz missiyasını aydın şəkildə yerinə yetirməkdədir: “525-ci qəzet” müstəqil mətbuat yaratmaq istəyənlər üçün ən böyük nümunədir. Azərbaycanın dövlətçilik, müstəqillik ideyalarını qoruyan, özünəməxsus siması olan çoxprofilli mətbu orqandır. “525-ci qəzet” Azərbaycan cəmiyyətinin maraqlandığı bütün sahələr üzrə, istər ictimai-siyasi, iqtisadi, istərsə də elmi, ədəbi, mədəni, idman və digər istiqamətlərdə məqalə və xəbərləri peşəkarcasına ictimaiyyətə təqdim edir. Həmçinin müəllifləri də genişprofillidir və bir sözlə, “525-ci qəzet” Azərbaycanın müstəqillik dövrü mətbuatının flaqmanıdır”.

Akademik İsa Həbibbəyli bildirib ki, “525-ci qəzet” yarandığı gündən Azərbaycan alimləri ilə sıx əməkdaşlıq edir və AMEA-nın son 30 ildəki tarixi ilə qəzetin materiallarını oxumaqla tanış olmaq mümkündür. O qeyd edib ki, “525-ci qəzet” daim Azərbaycan cəmiyyətini, oxucusunu dolğun, qərəzsiz informasiya ilə təmin edib və çoxprofilli olub bütün istiqamətlərdə fəaliyyətini peşəkar şəkildə davam etdirməsinin başlıca səbəbi onun baş redaktoru Rəşad Məciddir. Akademikin sözlərinə görə, Rəşad Məcid ictimai-siyasi xadim, görkəmli mətbuat nümayəndəsi və əsl dost kimi özünü sübut edib və Azərbaycan mətbuatı tarixində fərqli jurnalistika məktəbi yaradıb: “525-ci qəzet” həftədə bir dəfə feysbuk sosial şəbəkəsindən seçmələri çap edir. Bu, feysbukun qəzet variantıdır. Bir sözlə, Azərbaycan mətbuatında yenilikdir. Rəşad Məcid ədəbi məktəbin sərhədlərini aşaraq müasir, çoxprofilli jurnalistika məktəbi yaradıb. Onun baş redaktoru olduğu “525-ci qəzet” isə sabaha gedən yollara rəhbərlik edən, ictimai fikrin formalaşmasında ön cərgələrdə gedən nümunəvi mətbu orqandır”.

AMEA rəhbəri çıxışının sonunda Rəşad Məcidi və qəzetin kollektivini 30 illik yubileyləri münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.AMEA prezidenti üzərində Şuşa qalasının və Xarıbülbülün təsviri olan fotonu “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidə hədiyyə edib.

Tədbirdə Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli “Jurnalistikada məktəb yaratmış qəzet: “525-ci qəzet” adlı geniş məruzə edib.

Riyaziyyat və Mexanika İnstitutunun baş diraktoru, AMEA-nın mübir üzvü Misir Mərdanov çıxışında vurğulayıb ki, “Akademiyanın prezidentinin şəxsən iştirakı ilə ilk dəfə bir qəzetin yubileyi qeyd olunur. Qəzetin kollektivini, Rəşad müəllim başda olmaqla təbrik edirəm. Mən bu qəzeti Təhsil Naziri vəzifəsində işlədiyim ilk illərdən tanımışam. Qəzetdəki yazılarla tanış olandan sonra bu qəzeti seçdim. Mən bu qəzetin abunəçisiyəm, bütün nömrələrini evimdə saxlayıram”.

Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə,Avrasiya Yazarlar Birliyinin başqanı, “Qardaş qələmlər” dərgisinin baş redaktoru Yaqub Öməroğlu,Ədəbiyyat İnstitutunun baş elmi işçisi, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin kafedra müdiri, filologiya elmləri doktoru, professor Nurbay Cabbarov, professorlar Şirindil Alışanlı, Cahangir Məmmədli və Ədəbiyyat İnstitutunun əməkdaşı Ülkər Hüseynova çıxışlarında “525-ci qəzet”in uğurlu fəaliyyətindən müxtəlif nüanslara toxunublar.

Sonda Milli Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid çıxış edərək tədbirin təşkili üçün böyük ehtiramını, minnətdarlığını bildirib:“30 il bundan qabaq fəaliyyətə başlayanda 17 noyabr Milli Dirçəliş günü idi. Min nüsxə qəzeti meydanda paylamışdıq və ondan sonra da çox illər bunu xatırlayan insanlar var idi. On illik yubileyimizi Azərbaycanın ictimai fikrini əhatə edən insanlarla keçirmişdik. 1998-ci ilin 29 oktyabrında biz qürur duyuruq ki, o vaxt Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti İlham Əliyevin “Neft bizim üçün məqsəd yox, vəzifə olmalıdır” müsahibəsi ilk dəfə Azərbaycan mətbuatında “525-ci qəzet”də çap olunmuşdu.  “525-ci qəzet” həm ədəbiyyat-mədəniyyət hadisələrinə, həm siyasi proseslərə münasibətdə təmkinli mövqeyini qoruyub-saxlayıb.

On illiyimizdən sonra 15 və 20 illiyimizi keçirmədik. 25 illiyi Bakı Dövlət Universitetində keçirdik. Bunun da bir mənası var idi. Bizim əksəriyyətimiz BDU-nun jurnalistika fakultəsini bitirmişdik. İsa müəllim o vaxt da Ədəbiyyat İnstitutunda yubileyimizi keçirdi. Bir neçə ay bundan qabaq İsa müəllim deyirdi ki, yubileyi akademiyada keçircəyik. Onda hələ vitse-prezident idi. Bu ərəfədə də xoş bir hadisə baş verdi. İsa müəllim akademiyanın prezidenti oldu və sizin dediyiniz kimi, akademiyanın prezidenti başda olmaqla bir qəzetin yubileyi keçirilir. Buna görə sizəhədsiz minnətdarlığımı bildirirəm. Əməkdaşlarımızdan Yusif Rzayev, Seyfəddin Hüseynli, İsgəndər Həsənov, Aydın Bağırov və digər gənclərimiz buradadırlar.

Yenililklər
31.01.23
“Eurovision 2023” beynəlxalq mahnı müsabiqəsinin loqo və şüarı təqdim olunub
31.01.23
Günay Əfəndiyeva türk dövlətlərinin gənc şair və yazarları ilə görüşüb
31.01.23
Kinoteatrlarda “Qarabağ hekayələri: Dünən, bu gün, sabah” kinoalmanaxının nümayişinə başlanacaq
30.01.23
Bakı Atatürk Mərkəzində “Türkologiyanın aktual problemləri” mövzusunda elmi-praktik seminar keçirilib
30.01.23
Günay Əfəndiyeva “2023-cü il Avropanın Mədəniyyət Paytaxtı” Veszpremdə keçirilən rəsmi açılış mərasimində iştirak edib
30.01.23
“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasından yeni kitab nəşr edilib
27.01.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Bəyanatı
27.01.23
Vaqif Bayatlı Odər: "Qarabağdan ancaq Azərbaycanın Türk və Şərəf Damarını keçirməklə nəyəsə nail olmaq olar"
27.01.23
Günay Əfəndiyeva TDT-nin Macarıstandakı Nümayəndəliyini ziyarət edib
26.01.23
“Filologiya və sənətşünaslıq” jurnalının növbəti sayı çap olunub
24.01.23
“Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi hazırlanacaq
24.01.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə İstanbulda sərgi təşkil edib
24.01.23
Antonis van Deykin əsəri 3 milyon dollara hərraca çıxarılıb
23.01.23
"İnanıram" tamaşasının premyerası olub
23.01.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Türk Tarix Qurumu bir araya gəlib
23.01.23
Qara Qarayevin əsərləri Filarmoniyada səslənəcək
20.01.23
Günay Əfəndiyeva Ankarada Türkiyə Ali Təhsil Şurasının (YÖK) rəhbəri Erol Özvar ilə görüşüb
18.01.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu qarşılıqlı əməkdaşlığı daha da gücləndirir
16.01.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Şuşa ilə bağlı layihələri davam edir
11.01.23
Vaqif Osmanov - Kimdir günahkar, insanlarmı, yoxsa zaman?
06.01.23
“Poetika.izm” jurnalının növbəti sayı çap olunub
05.01.23
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
30.12.22
Əhməd Cavad 130: “Mən bir Turan yolçusuyam”
29.12.22
“Ömər Faiq Nemanzadə” fotoalbomu nəşr olunub
29.12.22
İki beynəlxalq Türk təşkilatı bir arada
26.12.22
Azərbaycanın dünya ədəbiyyatındakı boş qalmış yeri - Kənan Hacı yazır
26.12.22
Almaxanım Əhmədli və sənət dostları İsveçdə konsert verib
26.12.22
Günay Əfəndiyeva Astanada keçirilən Mərkəzi Asiya Media Forumunda çıxış edib
24.12.22
Ədəbiyyat İnstitutunda Kamran Məmmədovun 100 illik yubileyi qeyd olunub
23.12.22
Bu il hərraclarda satılan ən bahalı rəsm əsərlərinin adı açıqlanıb
23.12.22
Günay Əfəndiyeva Qazaxıstan İnformasiya və sosial inkişaf naziri ilə görüşüb
22.12.22
Əziz Dövlətabadinin “Süxənvərani-Azərbaycan” kitabı çapdan çıxıb
22.12.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Qazaxıstanın mədəniyyət və idman naziri ilə görüşüb
22.12.22
“Atabəylər: Şəmsəddin Eldəniz” layihəsinin musiqi tərtibatı üzrə müsabiqə elan edilib
21.12.22
“II Sumqayıt Kitab Sərgisi”nin proqramı açıqlandı
21.12.22
Günay Əfəndiyeva Qırğız Dövlət Dil və Dil Siyasəti üzrə Milli Komissiyanın sədri ilə görüşüb
20.12.22
“Mifoloji lüğət” kitabı işıq üzü görüb
20.12.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Türk dövlətləri: Şərq və Qərb arasında körpü” adlı dəyirmi masa keçirilib
19.12.22
Aleks de Val - Aclıq və feminizm
19.12.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə əməkdaşlığı ilə beynəlxalq elmi konfrans keçirilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.