Gülbala Dadaş - ŞİR həmişə ŞİRdi, mənim qardaşım...
20.04.22

Avanqard.net Gülbala Dadaşın meyxana ustası Rəşad Dağlının ad günü münasibəti ilə yazdığı esseni təqdim edir.

Bu gün Azərbaycan xalqı arasında ən populyar olan sənətlərdən biri, bəlkə də ən birincisi  meyxana sənətidir. Ancaq mənim söhbətimin mövzusu bu deyil. Bu sənət camiəsinin millətimiz tərəfindən çox sevilən nümayəndəsi Rəşad Dağlı barəsində danışmaq niyyətindəyəm. O Rəşad ki, məni 17 il əvvəl meyxanadan öz meyxanası ilə uzagqlaşdırıb. Yaxşı da eləyib. Bunu deməkdə məqsədim odur ki, mən Dağlını çoxdan tanıyıram. Onun xasiyyətinə bələdəm. Yəni onun şəninə söz deməyə haqqım var...
 Şairin sənətkarlığı göz önündədir. Bir müddət əvvəlki məlum qalmaqal lazımsız idi. “Bakı məclisi" adlanan video-rolikin hazırlanması arzuedilməz haldı. Belə videolar kütləyə hesablanmış olur. Kütlə həmin videonun  xoşagəlməzliyindən təsirlənir, yaxşının-pisin nə olduğunu anlaya bilmir. Amma ziyalı, savadlı, cəmiyyətin öndə gedənləri bu cür hallara əsla əhəmiyyət vermir, gərəksiz bir iş olduğunu fəhmlə kəsdir bilirlər.

Bəzi  media nümayəndələrinin də əlinə fürsət düşdü sanki. Reytinq xatirinə Rəşad Dağlının şəxsi həyatı haqda xalqa yalan-yanlış informasiya verdilər. Bu kimi "xəbər"lərin mənfi təsiri Rəşad Dağlı üçün qaçılmazdır. İstər-istəməz onda, ətrafındakı insanlarda, lap elə yaradıcılığında da xoş olmayan iz buraxır.  Və həmin izləri silmək bəzən mümkün olmur, ya da bir ömür insanı yaralı saxlayır.

Əlbəttə, Rəşad həmin kəsləri qanun çərçivəsində cəzalandıra bilərdi, amma  özünə rəva bilmədi, onlarla üz-üzə gəlib pisliklərini gözlərinin içinə söyləməyi şəxsiyyətinə sığışdırmadı. “Görünən kəndə nə bələdçi” deyib əhəmiyyət vermədi. Məncə, bu da bir təxribat idi kimlərsə tərəfindən - Dağlını sarsıtmaq üçün...
 
Meyxana deyən olmadığıma görə meyxana mətbəxtindən danışmaq istəmirəm. Lakin bir söz adamı kimi Rəşad Dağlının həmkarlarına demək istəyirəm ki, həqiqətən sənətə xidmət etmək istəyirsinizsə, Rəşadla deyişin. Kimin söz qabında nə olduğu o zaman üzə çıxacaq. Çünki biz xiridarlar SÖZ istəyirik, SÖZ! Dahi Nizami demiş: “Sözün də su kimi lətafəti var...” Məhz həmin su kimi lətafətli SÖZ insanı kamilləşdirir, onu ucalıqda bərqərar edir.

SÖZdən söz düşmüşkən, ən son deyişməni arqument gətirmək olar:

Qafiyə verdi xiridardan biri,
Xırdalasın on peşəkardan biri.

Rəşad Dağlı və Pünhan Alatavalı deyişməsi. Bu qafiyədə əsil deyişmə ab-havası var. Demək olar ki, ancaq sual-cavabla gedir bu meyxana. Hal-hazırda söz bilən də, bilməyən də bu deyişmədən danışır. Ümid edirəm belə deyişmələrin sayı çox olacaq, İnşallah...

“Xəlqə ağzın sirrini hər dəm qılır izhar SÖZ,
 Bu nə sirrdir kim olur hər ləhzə vardan SÖZ,

- demiş ulu Füzuli. Dahilər, ulular SÖZün qədrini biliblər, onu seviblər, müqəddəsləşdiriblər. Əsil  SÖZ insanı ucaldır, kamilləşdirir, paklaşdırır. Bunu SÖZ xiridarları yaxşı bilir. Amma SÖZün anlamını anlamayanlar, onun ucundan tutub ucuzluğa aparanlar, belədən-belə, elədən elə sürüyənlər həmin müqəddəsliyin işığına baxa bilməzlər. Çünki kordular görmürlər, kardırlar eşitmirlər.

“Dağlı 40 yaşında sənətdən gedəcək” deyə söz-söhbəti gəzir. Bunu dostlara, məncə, özü deyib. Yəqin ki, səbəb də yuxarda sadaladığım xoşa gəlməz hallardır! Mənə elə gəlir ki, Rəşadın SÖZ dünyası onu qoymaz bu sənətdən getməyə. Hələ söyləmədiyi nə qədər SÖZü var. Əminəm ki, həmin SÖZlər bir gün onu onu ədəbi-mühitə çəkəcək. Və o mühitdə Rəşad öz potensialını daha qabarıq qoya biləcək ortaya. Onu və sənətini sevənlər inanır ki, Rəşad meyxananı meyxanasız qoymaz. Bəyəm Rəşad Dağlıdan əvvəlkilər müəyyən yaş dövründən sonra gediblər ki, o da 40-da  getsin?! Rəşad "köhnə şəhərə təzə qayda qoymaz." Allahın rəhmətinə getmiş Nizami Rəmzi, Ağasəlim Çıldağ ömürlərinin sonuna qədər sənətə xidmət ediblər. Yəni Rəşad, cavan da olsa, qoca da olsa, "ŞİR həmişə ŞİRdi, mənim qardaşım" ...

P.S.  Rəşad Dağlını ad günü münasibəti ilə Əruz Xanəgahı adından təbrik edirik.

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.