Azərbaycanın və Özbəkistanın şairlərinin iştirakı ilə “Məclisi - fəramuşan” poeziya məclisi təsis edilib
02.03.22

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə Azərbaycanın və Özbəkistanın şairlərinin iştirakı ilə “Məclisi-fəramuşan” poeziya məclisi təsis edilib.

Tarixi və mədəni əhəmiyyət daşıyan “Məclisi-fəramuşan” poeziya məclisinə hər iki ölkənin gənc şairləri qoşulacaq və onlar öz şeirlərini səsləndirəcəklər.

Mədəniyyət Mərkəzindən bildirilib ki, Azərbaycan Prezidenti tərəfindən 2022-ci ilin “Şuşa İli” elan olunması ilə əlaqədar Özbəkistanda çoxsaylı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə keçiriləcək poeziya görüşləri XIX əsrdə Qarabağdakı poeziya məclisinin oxşarı olacaq. Gələcəkdə poeziya məclisində türk dünyasının digər ölkələrinin də iştirakı nəzərdə tutulub.

Azərbaycan Mədəniyyət Nazirliyi, hər iki ölkənin Yazıçılar birlikləri, Dünya Gənc Türk Yazarlar Birliyi və “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin də dəstək göstərəcəyi şeir məclisinin əsas məqsədi hər iki xalqın klassiklərini dərindən öyrənmək, şeirlər söyləmək, istedadı olan gənc şairləri üzə çıxarmaq, poeziyanın aktual məsələlərinə dair fikir mübadiləsi aparmaq, türk dünyası şairləri arasında ədəbi əlaqələri genişləndirməkdir.

Poeziya məclisi bu ilin sonuna qədər davam edəcək. Məclis ayda bir dəfə olmaqla onlayn (Zoom proqramı) formatında keçiriləcək. Avqust ayında məclis Azərbaycan mədəniyyətinin paytaxtı Şuşada Cıdır düzündə, Molla Pənah Vaqifin məqbərəsi və Xurşidbanu Natəvanın evinin qarşısında təşkil olunacaq və Azərbaycan televiziyasında yayımlanacaq.

Tədbirlərə bu ilin noyabr ayında yekun vurulacaq, məclisdə səsləndiriləcək şeirlər toplu halında Azərbaycan və özbək dillərinə tərcümə olunaraq nəşr ediləcək.

Qeyd edək ki, Azərbaycan poeziyasının inkişafında müxtəlif dövrlərdə yaranmış ədəbi məclislərin rolu böyük olub. Bu məclislər zaman-zaman müxtəlif şəhərlərdə fəaliyyət göstərib və bir çox şairlərin tanınmasına imkan yaradıb. 1872-ci ildə Azərbaycan mədəniyyətinin beşiyi Qarabağda, qədim Şuşa şəhərində tanınmış şair, ədəbiyyatşünas alim Mir Möhsün Nəvvabın evində təşkil edilən “Məclisi-fəramuşan” şairlər məclisi 1910-cu ilədək fəaliyyət göstərib və dövrün tanınmış şairləri M. Nəvvab, X. Natəvan, Həsənəli Xan Qaradaği, Fatma xanım Kəminə, Baxış bəy Səbur və digər şairlər, habelə Qarabağ xanəndələri də bu məclisdə yaxından iştirak ediblər.

Azərbaycan Mədəniyyət Nazirliyinin “Şuşa İli” münasibətilə həyata keçirdiyi “Şuşa mədəniyyətinin inciləri” layihəsinin davamı olan “Məclisi-fəramuşan” şairlər məclisində iştirakçıların yaş həddi 16-40 yaş olaraq müəyyənləşdirilib.

Məclisdə iştirak edən şairlər elan olunmuş mövzu üzrə şeiri ana dilində oxumalıdır. Hər iştirakçı tərəfindən yalnız bir şeir təqdim edilə bilər və mətnin həcmi iki A4 formatından çox olmamalıdır.

Milli mənəvi dəyərlər, Vətənə, insana sevgi, humanizm, əxlaqi-tərbiyəvi məzmun daşıyan əsərlərə xüsusi önəm veriləcək.

Şeir məclisə təqdim edilərkən müəllif özü haqqında məlumatı (ad, soyad, ata adı, təhsil aldığı müəssisənin adını, bölməsini, sinfini, şəxsi telefon nömrəsi və elektron poçt ünvanını) daxil etməlidir. Məclisdə iştirak üçün şeirlər AMM-nin elektron poçtuna ([email protected]) təqdim olunmalıdır.

Münsiflər heyətinə hər iki ölkənin Yazıçılar Birliyinin nümayəndələri, yaradıcılıq təşkilatları, şairləri daxil edilib.

Hər ay keçiriləcək şairlər məclisində iki ölkənin fəal şairləri üç ayın nəticəsinə əsasən seçiləcək və fərqlənən şairlər AMM-nin pul mükafatı, fəxri diplomu, Şuşa şəhərinə iki günlük səfər və həvəsləndirici hədiyyələrlə təltif olunacaqlar. /Azərtac/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.