Azad Qaradərəli - Narın poeziya üzü

22.02.22

Gənc dostum Səxavət Sahilin “Nar” silsiləsi haqqında qısa qeydlər

Heyvanı, armudu, almanı qonaq otağına qoyardıq ki, ətri yayılsın. Şamamanı da elə. Narı isə gözə yaxın yerdən budağıqarışıq asardıq... narın görünüşə xeyri var deyərdi nənəm...
Narı gərək elə yeyəsən ki, dənələri yerə düşməsin – bunu da babam deyərdi.
Sehrli bilmişdim narı. Bir də ona müqəddəs meyvə kimi baxmışam həmişə. “Xəstə könlü nar istər” deyiminə görəmi, ya bu qızılı dənələri ilə sehrli qutuya bənzəyən meyvənin dad-tamına heyarnlığımdanmydı, xalamgilin böyük nar bağında gəzməyin məndə yaratdığı xoş auradanmı gəlirdi... ya ölü düşəndə gedib nar bağından iki ədəd nar çubuğu kəsərək mərhumun kəfəninin altından “qoltuq ağacı” qoymalarındanmı qaynaqlanırdı?..
Bilmirəm.
Bir bildiyim var ki, nara həmişə sehrli meyvə kimi baxmışam. Hələ-hələ ağzı çatlayan, qan qırmızı dənələri ilə gülümsəyən, aıçq ağzı ilə sənə nəsə demək istəyən nar ola!

                        Payızda çox darıxıram,
                         əziz dost, çox darıxıram –
                         nə quşlar olur,
                         nə də yarpaqlar.

                         İndi məni təklik dimdikləyir
                        xatirələr çatladır məni...
                        ...İndi mən o budaqdakı nar kimiyəm.

Pəh! Bunun ayrıca yeri olub könlümdə...
Çatlayan nar - o sehrli qutudan boylanan billur dənəciklərin bu saat dil olub dillənəcıyinə inam.
Toğrul Nərimanbəyovun “Narlar”ı – budaqda, məcmeyidə və qızın sinəsində...
Və nar haqqında şeir oxumaq! Əcaba, nar özü elə şeir deyilmi? Hələ şeirdən ötəsi də var...
Gənc dostum Səxavət Sahilin “Nar” silsiləsi isə mənim nara olan sevgimi bir az da körüklədi...
Yuxarıdakı nümunədə narlı xatirələr sizi də “dimdikləyir”mi? Elə isə davamına baxaq.
Səxavətin şeirlərini çoxdan izləyirəm. Hələ “Yazı”nın ardıcıl çıxan vaxtlarında çap da etmişdik. Amma bu “Nar” silsiləsi mənə ayrı cür toxundu. Kəndimizə qaytardı, uşaqlıq duyğularımı oyatdı, rəngli toxunma corablarımı, nənəmin güllü fərməşini, o fərməşin artığından kəsib mənə tikdiyi güllü məktəbli çantamı, bir də nədənsə əlifba kitabımı yadıma saldı... Bir də yazbaşı suların daşması, yazın qoxusunun bulanıq sulara qarışması...

             Yazın qoxusunu
             qızaran tumurcuğuyla alır
             bomboz nar budağı.

             Tutulduqca baharın nəfəsinə
             yel tutan kösöv kimi
             közərir, alışır
             güllənir ağaclar…

Təbiətlə insan bir-birinin oxşarı, bir-birinin eynidir sanki. “Bar budağı yerə gəlir” ifadəsi ilə “bari-həmlini yerə qoydu” ifadəsindəki qohumluq kimi. Nar bəhərinə “hamilə” nar kolu ilə “uşaq gözləyən ana” assosasiyası burada yerinə düşür:

              İndi şax durmuş şüvüllər
              utancaq qız kimidir
              payızda qızaran narın yükündən
              başını yerə dikəcək.

              ...İndi budaqlar
              utancaq qız deyil,
              uşaq gözləyən ana kimidir.

Dedim axı, nar həmişə məni uşaqlığıma çəkib. Əlimdən tutub, Nar dərəsinə aparıb, Nalıparamızda gəzdirib, narın şirəsi ağ köynəyimi qızardıb, “uşaqlığım torpağa düşüb”:

                Körpəliyim
               pöhrələrin altında qaldı,
               uşaqlığım torpağa düşdü
               budağından vaxtsız qopan
               nar kimi.

Şirin nar, gülövşə nar və narların ən qəlizi turş nar… Və nar gazallarının çürüyüb torpağa qarışımı. Babam narlı həyətləri bərəkətli sayardı. Narın gazalı da (qabığı) dərmandı, yandırıb yaraya qoyarsan, qaynadıb qarnı ağrıyana içirdərsən, bir də çürüyər, torpağı artırar deyərdi torpaq bilicisi. Ona görə Narlıpara deyilən bağımızdakı özü bitən turş narları kəsməyə qoymazdı. Onun da yiyəsi var, uşaq-muşaq yeyər, quşlar dənləyər…  

          Tutulduqca payızın ölüm nəfəsinə
          bozarır dodaqları,
          sinəsindən qan açılır...

         Kimi haraylasın, kimi –
         yarpaqlar öz hayında.

         Tökülmüş göz kimi
         ovulur qurumuş qabığı,
         tökülür, tökülür dənəsi.
         Əzilib, torpağa qarışır –
         elə bil dağılır yer kürəsi.

Ədəbiyyata “həyatın dərs kitabı” (N.Q.Çernişevski) deyiminin sahibi yəqin ki, mənim bu fikri bir az da irəli götürüb “… və təbiətin dərs kitabı” kimi ifadə etsəm, razı qalardı. Səxavətin şeirlərində bir nar meyvəsinin, yaxud bitkisinin  yaratdığı bu qədər duyğu, bilavasitə ədəbi materiala çevrilirsə, demək yanılmamışam. “Meyvələrin özünəməxsus rəngi – onların özünəməxsus dadının, çiçəklərinin biçimi  - onların ətrinin şəklidir” (R.Ulusel) deyən filosof da sanki Səxavət Sahilin “Nar” silsiləsini oxuyub, bu cür yazıb. Şair dostumuzun narlı şeirlərinin bizi hələ daha mübhəm məqamlara götürəcəyinə inanıram.

22.02.2022   

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.