Təbrizdə Qarabağı tərənnüm edən "Xarıbülbüllər" almanaxı çap olunub
24.01.22

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri Vüqar Əhmədin tərtibi ilə Təbrizdə  Qarabağı tərənnüm edən “Xarı bülbüllər” adlı şeirlər toplusu işıq üzü görüb. Filologiya elmləri doktoru, professorVüqar Əhmədin on beş səhifəlik “Müqəddimə”si  ilə nəşr edilən kitab ərəb əlifbasında 1000 tirajla çap olunub.

Kitabda İrandakı Güney və Quzey Azərbaycanın 110-a yaxın şairinin  doğma Qarabağı vəsf edən şeirləri toplanıb.Topluya daxil olan Azərbaycan şairlərinin əsərləri Vüqar Əhməd, Cənubi Azərbaycan şairlərindən poetik nümunələr Nurəddin Müqəddəm və Seyid Mahmud Sani İbadi tərəfindən tərtib olunub. 604 səhifəlik toplu Təbrizin “Aydın Sav” nəşriyyatında yüksək bədii poliqrafik səviyyədə çap olunub.

Kitaba Şimali Azərbaycandan Əliağa Vahid,Səməd Vurğun, Süleyman Rüstəm, Nəbi Xəzri, Məmməd Araz, Bəxtiyar Vahabzadə, Fikrət Qoca, Xəlil Rza,Zəlimxan Yaqub, Musa Yaqub, Vaqif Aslan, Nüsrət Kəsəmənli, Sücaət, habelə Vahid Əziz, Ramiz Rövşən, Sabir Rüstəmxanlı, Paşa Qəlbinur, Vüqar Əhməd, Nazim Əhmədli, Fəridə Hicran, Gülbəniz Babayeva, İbrahim Yusifoğlu, Arif Buzovnalı, Əsəd Cahangir, Gülnar Səma və bir çox şairlərin Qarabağ ətirli əsərləri daxil edilib.

Cənub şairlərindən Məhəmmədhüseyn Şəhriyar, Nadir İlahi, Nurəddin Müqəddəm, Seyid Mahmud İbadi, Hikməti, Niksad, Kamil Qəhrəmanoğlu, Səmədi Niroğlu, İsa Paşapur, Səhər Xiyavi, Lütvəli Fikrət, Məsimə Cavid, Mehdi Nəcəfli, Qızılqələm, Səmədi, Kərimi Marağayi, Fatimə Əbdi, Seyid Cəlil Hüseyni, Əsəd Tisvənd və başqa onlarla şairin yaradıcılığından seçmələr salınıb.

İranlı şairlərin əsərlərinin təqdimatına həsr olunan məqaləni isə professor Sədiq Məmmədzadə qələmə alıb. Bu kitabın çapı Qarabağ zəfərimizə və İran-Azərbaycan qonşuluğu, dostluğu və ədəbi əlaqələrinə böyükərməğandır. İnanırıq ki, kitab İran Azərbaycanı ədəbi ictimaiyyəti və oxucuları tərəfindən rəğbətlə qarşılanacaq.

Yenililklər
12.05.22
“Mirzə Ələkbər Sabirin sənət idealları və müasir dövr” adlı konfrans keçirilib
11.05.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Heydər Əliyevlə bağlı nəşr layihəsi həyata keçirir
10.05.22
Gülnar Səma - Zəlimxan Yaqubun “Əbədiyyət dastanı”
01.05.22
Azad Qaradərəli: "Renessans həsrəti" kitabımın 3-cü cildini çapa hazırlayıram
30.04.22
"Ulduz"un aprel sayı çap olunub
26.04.22
Rövşən Xasayoğlu - Ana Kürüm yatağına dönərmi?
25.04.22
Azad Qaradərəli - Fikir bölüşmək cinayətlərin ən yüngülü kimi
22.04.22
Vasif Əlihüseynin “Azmış kimi”si çap olundu
22.04.22
Simran Qədim - Meta: gələcəyin interneti
22.04.22
Habil Yaşar -  “CinemaPlus”da
22.04.22
Yetmiş dörd yaşın şeiri
20.04.22
Gülbala Dadaş - ŞİR həmişə ŞİRdi, mənim qardaşım...
19.04.22
“Oxu Günü-8” keçiriləcək
13.04.22
“Molla Nəsrəddin” ədəbi məktəbinin davamçıları satirik jurnallarının təqdimatı keçirilib
13.04.22
Hacı Zeynalabdin Tağıyevin haqqında “Xeyirxahlıq mücəssəməsi” adlı kitab  çap olunub
13.04.22
"Şeir sirdi, Adam, sirri bağırmazlar - ulduzlardan utan..." - Qulu Ağsəsin şeirləri
06.04.22
Azərbaycanda ilk: “I Uşaq Kitab Festivalı” keçirildi
04.04.22
Kitab haqqında rus klassiklərinin esseləri
04.04.22
Kərbəlada Füzulidən alınan halallıq-REPORTAJ
01.04.22
Fəxri Müslüm - Saçı bulud-bulud bir qız ağlayır
01.04.22
Gənc yazar Nemət Mətnin kitabı Türkiyədə çap olunub
01.04.22
"Ulduz" jurnalının mart sayı nəşr olunub
30.03.22
Bakıda I "Uşaq Kitab Festivalı” keçiriləcək
30.03.22
Azad Qaradərəli - Adı Arif olanın...
30.03.22
Azad Qaradərəli - Oljas Süleymenov fenomeni
30.03.22
Kənan Hacı - Bəlkə bizə ədəbiyyat lazım deyil?
30.03.22
Şirindil Alışanlının “Sözün yaşamaq haqqı” kitabı işıq üzü görüb
19.03.22
“Kəlniyyət” və “Məşəl” jurnalları transfoneliterasiya edilərək nəşr edilib
18.03.22
Vüqar Əhmədin “Şuşanın dağları başı vüqarlı” kitabı çap olunub
18.03.22
“Metafizika” jurnalının yeni sayı (2022/1) işıq üzü görüb
18.03.22
Məmməd Səid Ordubadinin 150 illiyinə həsr olunmuş elmi sessiya keçirilib
17.03.22
Motazz Muhi Əbdulhəmid Ədəbiyyat İnstitutunun qonağı olub
16.03.22
“Ustad”ın Novruz sayı çap olunub
16.03.22
Vüqar Əhmədə “Turan”ın xalq şairi adı verilib
16.03.22
“Poetika.izm” jurnalının növbəti sayı çap olunub
14.03.22
“Məhəmməd Tağı Sidqinin həyatı və ədəbi-maarifçi fəaliyyəti” kitabı çap olunub
14.03.22
“Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının növbəti sayı çap olunub
14.03.22
Azad Qaradərəli - Onun sarı bənizi
10.03.22
“Filologiya və sənətşünaslıq” jurnalının növbəti sayı çap olunub
05.03.22
“Ədəbi Proses – 2020-2021” elmi-yaradıcılıq müşavirəsi keçirilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.