“Qobustan” sənət toplusunun qış nömrəsi işıq üzü görüb
20.12.21

“Qobustan” sənət toplusunun qış nömrəsi çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, dərginin baş məqaləsinin müəllifi, Xalq yazıçısı Anar Prezident İlham Əliyevin 60 illik yubileyinə həsr etdiyi “Nida işarəsindən dəmir yumruğa” essesində Müzəffər Ali Baş Komandanın Azərbaycan xalqı qarşısında xidmətlərini, böyük Qarabağ Zəfərinə aparan ömür yolunu təhlil edib.

Həmçinin bu sayda sənətin müxtəlif sahələrinə aid araşdırma yazıları, esse və məqalələr, müsahibələr yer alıb.

Bundan başqa, dərgidə görkəmli alim Vilayət Quliyev “Xəlil Musayev - Molla Nəsrəddinçi rəssam” məqaləsində ölkəmizdə az tanınan, amma sənət tariximizdə özünəməxsus yer tutan karikaturçu rəssam Xəlil Musayevin film kimi həyat və yaradıcılıq hekayəsini təqdim edir. Akademik İsa Həbibbəyli “Kamançanın insanlıq dərsləri” məqaləsində Ağacəbrayıl Abasəliyevin yaradıcılıq yoluna, bu qədim alətin fəlsəfəsinə nəzər salır... Avropada yaşayan yazıçı-esseist Vahid Qazi “ABBA ilə Stokholmdan Ağdama” essesində məşhur qrupun unudulmaz mahnıları ilə öz yaddaşına səyahət edir.

Xalq artisti, rejissor Ramiz Həsənoğlunun 75 illik yubileyi dərgi səhifələrində Pərvinin yazısı ilə qeyd olunur. Həmçinin Pərviz Seyidli Anarın “Təhminənin sirri” hekayəsindən təsirlənib ədəbiyyatımızın Qadın simvoluna aid düşüncələrini bölüşür. Gənc şair-esseist Ramil Əhməd şəhərlər rubrikasını İstanbul yazısı ilə davam etdirir. Ülvi Bahadır musiqinin insan ovqatına, psixologiyasına, düşüncə və tərbiyəsinə təsirini müxtəlif nəzəriyyələrin əsasında incələyir. Teatrşünas Dağlar Yusif “Özünə qapanmış dünyanı oxumaq:İşarə” essesində postmodern teatrda işarələr sistemini anlatmağa çalışır. Narıngül Nadir dərginin rəngli səhifələrində Sənətin Məcnunu – Səttar Bəhlulzadənin ev muzeyinə aid təəssüratlarını bölüşür. Dərginin rəngli səhifələrində başqa bir istedadlı gənc rəssam Əsra Rəfibəylinin qeyri-adi əl işləri və müsahibəsi yer alıb. UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilmiş Lənkəranın sirrlərindən, mədəni və tarixi keçmişindən Xatirə Xatun danışır. Xalq artisti Həmidə Ömərova dərginin əməkdaşı Esmira Nəzərli ilə söhbətində həyat və yaradıcılıq yolunu yada salır... Habelə şair, bir vaxt “Qobustan”ın baş redaktoru olmuş Ələkbər Salahzadə qış sayında qızı Aydanın məqaləsi ilə hörmətlə anılır. Aynur Hilali “İlkinliyin dəyişməz çöhrəsi” məqaləsində meydan tamaşalarının tarixinə nəzər salır. Zülfiyyə Qəniyevanın "Qurama"sında kiçik, amma maraqlı faktlar yer alıb.

Yenililklər
12.05.22
“Mirzə Ələkbər Sabirin sənət idealları və müasir dövr” adlı konfrans keçirilib
11.05.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Heydər Əliyevlə bağlı nəşr layihəsi həyata keçirir
10.05.22
Gülnar Səma - Zəlimxan Yaqubun “Əbədiyyət dastanı”
01.05.22
Azad Qaradərəli: "Renessans həsrəti" kitabımın 3-cü cildini çapa hazırlayıram
30.04.22
"Ulduz"un aprel sayı çap olunub
26.04.22
Rövşən Xasayoğlu - Ana Kürüm yatağına dönərmi?
25.04.22
Azad Qaradərəli - Fikir bölüşmək cinayətlərin ən yüngülü kimi
22.04.22
Vasif Əlihüseynin “Azmış kimi”si çap olundu
22.04.22
Simran Qədim - Meta: gələcəyin interneti
22.04.22
Habil Yaşar -  “CinemaPlus”da
22.04.22
Yetmiş dörd yaşın şeiri
20.04.22
Gülbala Dadaş - ŞİR həmişə ŞİRdi, mənim qardaşım...
19.04.22
“Oxu Günü-8” keçiriləcək
13.04.22
“Molla Nəsrəddin” ədəbi məktəbinin davamçıları satirik jurnallarının təqdimatı keçirilib
13.04.22
Hacı Zeynalabdin Tağıyevin haqqında “Xeyirxahlıq mücəssəməsi” adlı kitab  çap olunub
13.04.22
"Şeir sirdi, Adam, sirri bağırmazlar - ulduzlardan utan..." - Qulu Ağsəsin şeirləri
06.04.22
Azərbaycanda ilk: “I Uşaq Kitab Festivalı” keçirildi
04.04.22
Kitab haqqında rus klassiklərinin esseləri
04.04.22
Kərbəlada Füzulidən alınan halallıq-REPORTAJ
01.04.22
Fəxri Müslüm - Saçı bulud-bulud bir qız ağlayır
01.04.22
Gənc yazar Nemət Mətnin kitabı Türkiyədə çap olunub
01.04.22
"Ulduz" jurnalının mart sayı nəşr olunub
30.03.22
Bakıda I "Uşaq Kitab Festivalı” keçiriləcək
30.03.22
Azad Qaradərəli - Adı Arif olanın...
30.03.22
Azad Qaradərəli - Oljas Süleymenov fenomeni
30.03.22
Kənan Hacı - Bəlkə bizə ədəbiyyat lazım deyil?
30.03.22
Şirindil Alışanlının “Sözün yaşamaq haqqı” kitabı işıq üzü görüb
19.03.22
“Kəlniyyət” və “Məşəl” jurnalları transfoneliterasiya edilərək nəşr edilib
18.03.22
Vüqar Əhmədin “Şuşanın dağları başı vüqarlı” kitabı çap olunub
18.03.22
“Metafizika” jurnalının yeni sayı (2022/1) işıq üzü görüb
18.03.22
Məmməd Səid Ordubadinin 150 illiyinə həsr olunmuş elmi sessiya keçirilib
17.03.22
Motazz Muhi Əbdulhəmid Ədəbiyyat İnstitutunun qonağı olub
16.03.22
“Ustad”ın Novruz sayı çap olunub
16.03.22
Vüqar Əhmədə “Turan”ın xalq şairi adı verilib
16.03.22
“Poetika.izm” jurnalının növbəti sayı çap olunub
14.03.22
“Məhəmməd Tağı Sidqinin həyatı və ədəbi-maarifçi fəaliyyəti” kitabı çap olunub
14.03.22
“Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının növbəti sayı çap olunub
14.03.22
Azad Qaradərəli - Onun sarı bənizi
10.03.22
“Filologiya və sənətşünaslıq” jurnalının növbəti sayı çap olunub
05.03.22
“Ədəbi Proses – 2020-2021” elmi-yaradıcılıq müşavirəsi keçirilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.