“Nizami Gəncəvi sözünün orbitində” kitabının təqdimatı keçirilib
17.11.21

Ədəbiyyat İnstitutunda “Nizami Gəncəvi sözünün orbitində” kitabının təqdimatı keçirilib.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda AMEA-nın müxbir üzvü Azadə Rüstəmovanın “Nizami Gəncəvi sözünün orbitində” kitabınıntəqdimatı keçirilib.

Tədbiri Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq “Nizami Gəncəvi ili”ndə Azadə Rüstəmovanın rus dilində çap olunan bu kitabının böyük önəm daşıdığını bildirib. Akademik qeyd edib ki, nizamişünaslıq XX əsrin 30-cu illərindən inkişaf etməyə başlayıb. Buna da üç böyük qərarın təsiri olduğunu diqqətə çatdırıb. 1938-ci ildə verilən qərarla Nizami irsinin tərcümə və nəşri sahəsində canlanma olduğunu, nizamişünaslığın təməli qoyulduğunu vurğulayıb. İkinci qərarın ulu öndər Heydər Əliyev, üçüncünün isə cənab Prezident İlham Əliyev tərəfindən verildiyini və bu istiqamətdə xeyli işlər görüldüyünü əlavə edib. 2021-ci ilin sonuna qədər Prezidentin Sərəncamına uyğun olaraq bu sahədə akademiyada qırx kitabın nəşr olunacağını deyib.

Akademik İsa Həbibbəli belə sanballı nəşrlərdən birinin Azadə Rüstəmovanın “Nizami Gəncəvi sözünün orbitində” kitabı olduğunu bildirib. Eyni zamanda Azadə Rüstəmovanın iki böyük xidmətindən bəhs edib: “Onun birinci xidməti odur ki, o, 40-cı illərdən başlayan nizamişünaslığı mükəmməl sistemli elm səviyyəsinə qaldırıb. İkincisi isə nizamişünaslığın məktəbini yaratması, gələcək nizamişünaslar yetişdirməsidir. Bu kitab da elmi-nəzəri və azərbaycanşünaslıq baxımından çox önəmlidir. “Nizami Gəncəvi ili”nə Ədəbiyyat İnstitutunun hesabatıdır”.

Sonra filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyeva “Nizamişünaslıqda Azadə Rüstəmova mərhələsi” adlı məruzə edib. 

Ardınca Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli çıxış edərək bildirib ki,“mən çox fəxr edirəm ki, onun ilk aspirantı olmuşam. Azadə xanım klassik nizamişünaslığın son böyük nümayəndələrindən biridir. O, elmin “qara fəhləliyindən çəkinmirdi, çox böyük zəhmətkeş idi. Bu kitab onu göstərir ki, bu gün də Azadə xanımın elmi fikirləri aktualdır”. XX əsr (Sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Şirindil Alışanlıisə “Azadə xanımın kitabının təqdimatı mənim üçün çox önəmlidir. Mən onun dörd-beş kitabını çap etdirmişəm. Ədəbiyyat tarixi kitabında Azadə xanım haqqında oçerki öz üzərimə götürmüşəm” – deyə məluamt verib. Həm də şair Hüseyn Kürdoğlunun Azadə Rüstəmovaya həsr etdiyi bir şeir səsləndirib.Füzulişünaslıq sektorunun müdiri,filologiya elmləri doktoru Ataəmi Mirzəyev çıxışında qeyd edib ki, “mən onunla 1989-cu ildə diplom işimin müdafiəsində tanış olmuşam. Elmi rəhbərim məni akademiyaya gətirərək Azadə xanımla tanış etdi. Beləliklə, mənə müəllim işləmədən birdəfəlik aspiranturaya qəbul olmaq icazəsi verildi. Mövzum orta əsrlərdən olsa da, Nizamişünaslıq şöbəsinin aspirantı oldum”. Filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə Bədəlova da Azadə xanımla tanışlığından bəhs edib: “Mən 1993-cü ildə BDU-da tələbə olarkən Ədəbiyyat İnstitutuna gəlib-gedirdim. O vaxtlardan da Azadə xanımla tanış olmağa başladım və davamçısı oldum. Onun kitabının yenidən nəşr olunmağı çox əlamətdar hadisədir”.

Sonda Orta əsrlərAzərbaycan ədəbiyyatı şöbəsinin müdirifilologiya elmləri doktoru Fəridə Əzizova həm də Azadə xanımın ailə üzvü kimi tədbirin təşkilatçılarına və çıxış edənlərə böyük minnətdarlığını bildirib. Onun aspirantlarının öz müəllimlərinə qarşı bu cür sayğısını yüksək qiymətləndirib.

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.