Qələbə ilə bitən ilk roman
04.11.21

İlhamə Hacıyeva
BDU-nin kafedra müdiri,
Filologiya elmləri doktoru, professor

44 günlük Vətən müharibəsində Azərbaycan xalqının qələbəsi növbəti intibah mərhələsinin başlanğıcı kimi mədəniyyətimizdə, ədəbiyyatımızda da öz əksini tapmağa başlayıb. Yazılan musiqi əsərləri, şeirlər, poemalar, hekayə və romanlar, dram əsərləri buna parlaq misaldır. Möhtəşəm qələbəmiz kinomuzda da yeni filmlərin yaranmasına təkan verib. Qalib xalqın yazıçısı olmaq əlahiddə bir duyğudur, bu fəxarət hissini yaşamış qələm adamlarımız sözün gerçək mənasında xoşbəxt bir nəslin nümayəndələridir. Onlar Zəfər günümüzün canlı şahidləri və iştirakçılarıdırlar.

Bu günlərdə dəyərli yazıçımız Kənan Hacının realist-psixoloji üslubda qələmə aldığı “Hakimə açılan atəş” romanını oxudum. Hesab edirəm ki, ədəbiyyatımızda Qarabağ savaşından bəhs edən ilk romandır ki, sonluq qələbə ilə bitir. Qeyd edək ki, yazıçının “Çəhrayı qan” romanında da Qarabağ savaşı fraqment kimi keçir, aprel döyüşlərindən bəhs edən “İsgəndər şikəstəsi” kinopovesti, “Qarabağ hekayələri” silsiləsindən yazdığı “Estafet”, “Ağ-qara fotoşəkil”, “Lalə rəngli çobanyastığı”, “Qələbəyə aparan yol”, “Qalib xalqın yazıçısı” hekayələrində də haqq savaşımızın bədii xronikası öz əksini tapıb.

“Hakimə açılan atəş”in müstəsnalığı ondadır ki, bu əsərin qəhrəmanı hakimdir. Birinci Qarabağ müharibəsi dövründə Zərdab Rayon Məhkəməsinin sədri vəzifəsində çalışan Məhərrəm Məmmədovun doğulub boya-başa çatdığı Cəbrayıl rayonu erməni hücumlarına məruz qalıb, əhali yurd yerlərindən çıxarılıb. Hakimin ürəyi orda, doğulduğu torpaqda döyünür. Hakim kimi öz vəzifəsini vicdanla yerinə yetirir, sadə insanların himayədarı kimi böyük hörmət və nüfuz qazanır, cəbhədə də onun yolunu gözləyənlər var.

Müstəqillik illərində ədəbiyyatımızda ədalətli hakim obrazına rast gəlinmir. Sovet dönəmində böyük yazıçımız Süleyman Rəhimov “Mehman” povestində ədalətli prokuror obrazını yaradıb və bu obraz bu gün də oxucular tərəfindən sevilir, əsər hələ də aktuallığını qoruyub saxlayır. Çünki xalq ədalətli, mərd insanları öz qəhrəmanı kimi qəbul edir və sevir.  Heç şübhəsiz ki, Məhərrəm obrazı da sələfi Mehman kimi seviləcək, oxucunun yaddaşında dərin iz buraxacaq.

“Hakimə açılan atəş” romanında oxucu ədalətli hakim obrazıyla üzləşir və əsər boyu hakimə rəğbət hissi oyanır. Təbii ki, gələcəyin hakimləri bu peşəni seçərkən Məhərrəm Məmmədovun obrazı onlar üçün ən yaxşı nümunə olacaq. Hüquq fakultəsinin tələbələri üçün əvəzsiz bir əsərdir.

Əsərin mütaliəsi boyu sevinc və qəhər hissi bir-birini əvəz etdikcə sanki ruhuma bir rahatlıq çökürdü, hadisələrin məntiqi ardıcıllığı naməlum döngələrdə təşviş və həyəcan hissi yaratsa da, əsərin baş qəhrəmanı sonda şəhidlik məqamına yetişsə də bütün ağrı-acıların, məşəqqətlərin bitəcəyinə sidq-ürəkdən inanırsan. Səhifələri çevirdikcə qisas gününün yaxınlaşdığını, haqqın-ədalətin zəfər çalacağını bütün varlığınla hiss edirsən. Əsərin havası oxucunu 90-cı illərə aparıb çıxarır, havadan barıt qoxusu gəlir, şiddətli döyüşlər gedir, əsgərlərimiz son ana qədər müdafiə olunur, işğala məruz qalmış kəndləri geri qaytarırlar. Silah-sursat çatışmır, düşmən güclüdür. Arxalı köpək qurd basar, deyiblər.  Erməni terrorçuları öz havadarlarına arxayındırlar, Bakıda isə siyasətbazlar hakimiyyət davası aparır, başbilənlər isə Moskvanın nə deyəcəyini gözləyir. Siyasi səbatsızlıq, nizami ordunun, vahid komandanlığın olmaması torpaqların işğalıyla nəticələnir.

Bunlar bildiyimiz faktlardır, bilmədiklərimiz isə əsərin baş qəhrəmanı Məhərrəm Məmmədovun o dövrdə göstərdiyi fədakarlıqlardır. Yazıçı hakimin ömür və döyüş yolunu müdhiş bir şəkildə inandırıcı boyalarla qələmə alıb. Məhərrəmin timsalında mənəvi təmizlik məsələsini qabartmaqda müəllifin bəlli bir niyyəti var: baş qəhrəmanın mənəvi saflığı yazıçının əsərdə oxucuya aşılamaq istədiyi qanunun aliliyi ideyasını tamamlayır. Öz qəhrəmanını daim gərgin mübarizələrdə təsvir edən müəllif göstərmək istəyir ki, mənəvi-əxlaqi cəhətdən ləkəsiz bir insanı həyatda heç nə ilə qorxutmaq, satın almaq, əqidəsindən döndərmək mümkün deyil. Hakim kimi apardığı bir neçə işdə cinayətkarı xilas etmək üçün onu hər vasitə ilə ələ almağa çalışırlar, o isə qərarından dönmür. Cinayətkar cəzasını alır. Hansı cinayətdən söhbət gedir? Nəsil düşmənçiliyi müstəvisində qan donduran bir hadisə baş verir. Yazıçı yazır: “Tarixin tozu basmış nəsil düşmənçiliyi günahsız bir qızın başında çatlamışdı”.

Hadisə o qədər canlı boyalarla təsvir edilib ki, oxucu sarsılır. Əsəri oxuyanda bu qeyri-adi və müdhiş, qorxunc hadisənin nədən ibarət olduğunu biləcəksiniz. Bu hissəni sakitcə oxuyub keçmək mümkün deyil. Yazıçı sözün əsl mənasında master-klass keçir. Dilin ifadə imkanlarının genişliyi və bədii təxəyyülün hüdudsuzluğu yazıçıya bu səhnəni təsvir etmək imkanı verir. 

Özünü bir anlıq hadisələrin içində hiss edirsən. Hansısa əhvalat təsvir olunursa, bu, növbəti hadisəyə keçid üçün zəmin hazırlayır. Məhərrəmin çobanla rastlaşması da məhz həmin hadisəyə keçid üçün yazıçı tərəfindən istifadə edilən priyomdur. Çobanla söhbətdə çox mətləblərin açarı gizlənir. Fəhmli oxucu sonrakı səhifələrdə həmin açar sözləri tapa biləcək.

Məhərrəmin iç dialoqları onun xarakterinin açılmasına xidmət edir. Bu tanışlıq mərhələsində oxucu sınmaz, əyilməz bir insanla üzləşir və gözlənilməz hadisələr, ekstremal situasiyalar fonunda Məhərrəmin xarakterik cizgiləri üzə çıxır. Onun pöhrə ağac kimi torpaqdan boy atıb dikəlməsi, qol-budaq atması, kökləriylə torpağa bağlanması mistik çalarlarla təqdim olunur. O, dağın, daşın, ağacların, quşların, kəpənəklərin, arıların dilini bilir, onları hiss edir, onlarla ünsiyyət qurmağı bacarır. Bundan təbii nə ola bilər?! Axı insan özü də təbiətin bir parçasıdır. Təbiətə qənim kəsilənlər onun düşmənidir. Təbiət və insan bir-birinin içində bütövləşir. Bu fərqli yanaşma romana özəl bir dad qazandırır.

Əlbəttə, biz romanın məzmununu nəql etmək fikrində deyilik. Məqsədimiz ədəbiyyatımızda hadisəyə çevrilməyə layiq olan əsərin bədii və ədəbi siqləti haqda fikirlərimizi bölüşməkdir. Mövzu, ideya xarakterlər, təhkiyə, bədii dil elementləri elə qurulub ki, onları bir-birindən ayırmaq çətindir. Daxili dinamika əsərin sonuna qədər qüvvəsini qoruyub saxlayır. Bu, yazıçıdan geniş nəfəs, miqyaslı düşüncə, erudisiya tələb edir. Müəllif bunların öhdəsindən bacarıqla gəlir.

Kənan Hacı təsvirlər ustasıdır, şeirsəl cümlələr qurmaq onun nəsrinin özəlliyidir. Onun haqqında yazılan yazılarda da bu məqam dəfələrlə vurğulanıb. Görkəmli tənqidçilərimiz professor Vaqif Yusifli, professor İlham Rəhimli, Əsəd Cahangir, İradə Musayeva, xalq yazıçılarımız Sabir Əhmədli, Elçin müxtəlif vaxtlarda yazıçının yaradıcılığını yüksək qiymətləndiriblər. Kənan Hacının “Fironun dəftəri” romanı Tehranda kitab şəklində çap olunub. Bu romanda isə üslub, təhkiyə tərzindən əlavə,  texnarlıq da nəzərə çarpır. Ən çox diqqətimi çəkən cəhət onun insan-təbiət tandemini ustalıqla, zərif çalarlarla əsərin strukturuna toxumasıdır. Bəli, məhz toxumaq. Müəllif əsəri sanki bir xalça kimi toxuyub, bədii təxəyyül gerçək hadisələrə ilmələr, naxışlar vuraraq tariximizin ən tənha, köməksiz, müdafiəsiz dövrünün geniş mənzərəsini yaradıb. Nazim Hikmətin “İnsan mənzərələri”ni xatırlayın. Kənan Hacının yaratdığı insan mənzərələri Azərbaycanın o zamankı vəziyyətini bütün parametrləriylə gözlər önünə sərir. Müəllif personajların keçirdikləri psixoloji anları geniş planda təsvir etməklə onları oxucuya daha yaxından tanıtdırır. 

“Hakimə açılan atəş” istər ictimai məzmununa, istərsə də dil və üslub xüsusiyyətlərinə görə təqdirəlayiq əsərdir. 

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.