Çempion idmançı, istedadlı aktyor və doktorant

26.10.21

Yüzlərlə  gənclərin  idoluna çevrilən  Sadiq  Həsənov

Pekindən ölkənin  şimalına - Uygurstana  uçan  təyyarədə idmançılara  məxsus  sağlam cüssəli bir  gənc əlindəki  qovlugun  səhifələrini bir-bir gözdən  keçirirdi. Aviasalondakıların çoxu  monitorda verilən yeni bir filmi izləməklə məşgul idi. Həmin gənc Sadiq Həsənov isə universitetdəki dərslərini və imthanları vaxtından qabaq bitirib dəvət aldığı növbəti səfərə yol almışdı. Qayalıq və dənizlə çevrələnən və çoxlu dostları yaşayan Karamayı (Karamay, Çinin Sincan-Uyğur Muxtar bölgəsinin şimalında yerləşir. Şəhərin adı uyğur dilində "qara neft, mazut" mənasındadır və  şəhərin yaxınlığındakı neft yataqlarına işarədir)  görməyə  tələsir, oxuduqlarını nəzərdən keçirib düşünür, xəyallara dalırdı. Təyyarə yerə  enəndə Sadiq  də  hamı  kimi  yerindən qalxdı. Birdən  salonda  gurultu qopdu.  Sərnişinlər alqış sədaları altında onu barmaqla göstərir, avtoqraf  almağa tələsirdi. Onlar izlədiyi  filmin qəhrəmanı  ilə  bir  yerdə səfər etməyin  sevincini  yaşayırdılar.

Saqid Həsənov peşəkar  aktyor  olmasa  da, artıq 5 ildən  çox  idi  ki, Çin Xalq   Respublikasında ən  boyuk izləycisi olan birinci dövlət TV kanalı CCTV1-də yayımlanan və Cinin yaxın tarixi, eləcə  də müxtəlif  döyüş  səhnələri  ilə  bağlı olan onlarla film və seriallrda yer alıb obrazları canlandırmışdı. Bir  ay  əvvəl  Cin film uduzları ilə birlikdə çəkildiyi  "Sibir fırtınası", (“西伯利亚风云 “) filmində rol almışdı. Film məşhur “Godzilla” filmini ərsəyə gətirən Şusuke Kanekonun  rəhbərliyi ilə çəkilmişdi.
Kinomatoqrafiyaya yeni  gəlsə də, Sadiq daha  çox idman  sahəsindəki  ugurları ilə tanınmışdı.

Cəlilabad rayonunun Günəşli kəndində müəllim ailəsində anadan olmuşdu. Anası  Afət xanım ali məktəbi bitirdikdən sonra təyinatla Çəlilabada işləməyə göndərilmişdi. Orada  işləyərkən mahnılardan  birində deyildiyi  kimi “bir  kənd  müəllimi” - Həsənağa Həsənovla ailə  qurmuşdu. Sadiq orta məktəb illərində daha çox idman, tarix və ingilis dili dərslərinə böyük maraq göstərirdi. Bölgənin tanınmış ingilis dili müəllimlərindən olan anası Afət xanım onun ilk müəllimi  olmuşdu. Kiçik yaşlarından idmanla  ciddi  məşğul  olur. Ali təhsilinin bakalavr pilləsini Sumqayıt Dövlət Universitetinin tarix fakültəsində alıb, 2007-ci ildə həmin universiteti  bitirir. 

2010-cu  ildən Azərbaycan Uşu federasiyasının fəal  üzvü olur. Uzun  illər  idmanın döyüş  növləri - Tayboks və  Uşu-san ilə məşğul  olur. Bu  döyüş  növləri  üzrə dəfələrlə  ölkə  çempionu və  mükafatçısı  olmuşdur. Belə  ki, 2010-2015-ci  illərdə Uşu üzrə Azərbaycan Çempionatının qalibi olmuşdu. 2016-2019-cu illərdə isə Cin Xalq Respublikasında Azərbaycanı bir neçə idman növlərində layiqincə təmsil etmişdi. Azərbaycan Uşu federasiyasının idmançısı kimi təhsilini davam  etdirmiş, Çinin Pekin İdman Universitetində doktoranturada oxumuşdu. O  təhsilinin magistratura pilləsini də  bu  universitetdə  almış və 2018-ci  ildə  məzun  olmuşdu. S.Həsənov Çin Respublikasında təhsil almağa müsabiqə yolu ilə seçilmiş və oraya dövlət xətti ilə göndərilmişdi. Yalnız fiziki baxımdan deyil, intelekt cəhətdən də çox irəli getmişdi. Doktoranturanı çin dilində ən yüksək göstərici  ilə bitirirdi bir neçə aydan sonra universitetdə  ona  dərs  deyən bir  professor onu yanında  işləməyə çağırır, kafedrasında yer iş təklif edirdi.

Çində  idman  təhsili  ilə yanaşı həm də çin dilinin dərinliklərini və dialktlərini   öyrənə bilmiş, təhsilini də dünyada ən çətin dil sayılan çin dilində almışdır. Ümumiyyətlə  o,dörddən artıq  xarici  dil  bilirdi.
Sadiq  Həsənov ömrünün  son  8  ilini Çinin müxtəlif şəhərlərində yaşayıb  təhsil almışdı.Azərbaycan səfirliyinin Pekində və başqa şəhərlərdə keçirilən  tədbirlərdə  fəal  iştirak etmişdir. Onun  təhsil aldığı universitetlin elm, idman, sosial həyatında fəal iştirakı, təhsil uğurları ilə yanaşı  ictimai fəallığı ilə seçilməsi bu gəncin başqa   bir  potensial  imkanlarından xəbər verirdi.  

Sadiq Həsənov  idman  bir  neçə  sahəsi ilə yanaşı, eyni  zamanda  body-fitnesslə ilə  də  məşğul  olub yarışlarda çıxış  etmişdi. Çində universitet  tələbələri  arasında  keçirilən fitnes-model yarışının  qalibi  olub, dəfələrlə  birincilik  qazanmışdı. Daha sonra Pekində keçirilən “Beijing Students Fitness Model contest” yarışmasının  qalibi  olub və “Ən  istedadlı  yarışçı” adına  layiq  görülmüşdü.

Sadiq Həsənov  professional idmançı  kimi Çin Xalq Respublikasında rəsmi kanalların kino çəkilişlərinə də  dəvət almışdı. Sonralar onun bu sahədə də  istedadı üzə çıxmış, onlarla  filmlərə çəkilmişdir. O filmləri də  üç dildə (çin, ingilis və  rus) özü  səsləndirmişdir.

Sadıq Həsənov Çinin Dövlət TV kanallarına və filmlərinə dəvət alıb çəkillən ilk azərbaycanlı gənc aktyor olmuşdur.

Sadıq Həsənov ömrünün son aylarında qəfil xəstələnib Pekin şəhərində müalicə  olunsa da, ailəsinin xahişi və dövlətimizin dəstəyi ilə Azərbaycana gətirilmiş, 2021-ci  ilin 18  sentybrında 36 yaşında həyatını dəyişmişdir.

Sadiq Hasnov artıq aramızda yoxdur. 35 illik ömrünün son 10  ilini vətəndən  uzaqda yaşadı. Bu  illərdə  o çox ugurlar  qazandı. Doktorantura təhsili (bitirməsinə  bir  neçə  ay  qalmışdı), idmanda böyük  miqyasda ugurlar, Çin kinomatoqrfiysında aktyorluq və s. Onun ugurlarından  biri də  həyatda qazandığı səmimi dostlar  idi. sosial şəbəkələrdə, Fasebook səhifəsindəki status və şərhlərdən bu aydın  göründü.
Onun vaxtsız ölümündən sarsılan yaxın-doğmaları, müxtəlif illərdəki və şəhərlərdəki tələbə yoldaşları, həmkarları, dostları öz düşüncələrini bu cür ifadə etmişdir:

“Bu cür igid, gənc və sevilən qardaşımızın ölüm xəbəri çox sarsıtdı. Ölməli deyildin qardaş. Sən hələ daha böyük uğurlara imza atacaqdın. Bilmirəm nə yazım, nə deyim ki, ürəyim sakitləşsin.” (Elçin Cananov).

“Sadiq Həsənov Allah səni rəhmət etsin, yaxşı dost, gözəl insan, mərd Azərbaycan oğlu!!!” (Saleh Seyfullayev)


Tələbəlik illərindən tanıdığımız əziz insan. Çində təhsilini davam etdirdiyin dövrdə qazandığın uğurlar, ölkəmizi layiqincə təmsil etməyin hamımıza qürur verirdi. Təəssüf ki söz versən də səninlə birlikdə çəkildiyin filmləri izləyə bilmədik. Məkanın cənnət olsun.” (Pərviz  Ağasıyev)

“Gözəl, dürüst, məsuliyyətli insan. Əziz dostum şübhəsiz ki, səninlə bu gün səmalar böyük şəxsiyyət qazandı və yer üzü  iə xoşbəxtlik saçan parlaq işığı itirdi. Səmamız  bu gün elit bir idmançını  qəbul etdi.” (Laura Palma Perero)

“Göz yaşlarımı saxlaya bilmirəm, buna inanmaq çətindir. Əlvida, dostum. Başqa bir dünyada  görüşərik. Rahat yat, qardaşım.”( Thanh-Tung Nguyen)

“Ömrünün son illərini  Çində Azərbaycanın bayrağını yüksəklərə qaldırmağa, himnini səsləndirməyə, özü ilə bərabər xalqını tanıtmağa həsr etmiş Sadiq Hesenov-u qara torpaqla baş-başa buraxdıq. Həmin Sadiqi ki, böyük döyüşlərdə onu məğlub etməkçün hazır olan insanların pəncəsindən qalib çıxmışdı. Biz bugün Sadiqi itirməklə uşaqlığımızın, gəncliyimizin bir hissəsini itirdik.”(Cavadli Seymur)

Qısa ömrünü oxuyub öyrənməyə, təkmilləşməyə, son 10 ilini qürbətdə təhsilə, Vətəninin adını ucaltmağa sərf edən Sadiq Həsənov. Çəkdiyi əziyyətlərin bəhrəsini görməyə  tələsirdn, daha böyük uğurlara can atırdı. Belə vaxtsız getməli deyildin, axı… Az yaşasa da, çox mənalı, parlaq və  şərəfli ömür yaşadı. Qarşına  nə  məqsəd qoydusa ona bütün  varlığıyla çatmağa  çalışdı.

Sən yüzlərlə  gənclərə  bir  örnək  oldun, Sadiq, səni  sevənlərin  qəlbində daim yaşar  qalacaqsan!

Pərvanə  Məmmədli


 Çində yaşayan azərbaycanlı idmançının həyatı təhlükədədir -  FOTOLAR




















Yenililklər
24.01.22
Anar Məcidzadə -  Gecələri göz yaşı, qaranlıq olur səhər
24.01.22
“Yevgeni Onegin” romanı bir milyon rubla satılıb
24.01.22
Fərid Hüseyn - Şeirə bürünmüş İstanbul - REPORTAJ
24.01.22
Azad Qaradərəli - Alpan kömürçüləri
24.01.22
Təbrizdə Qarabağı tərənnüm edən "Xarıbülbüllər" almanaxı çap olunub
18.01.22
Qurban Bayramov - Növbəti erməni məkrinə – erməniləşdirmə faktına münasibət
18.01.22
Rövşən Yerfi - Həyasızlıq kabusu bizi məhv edəcək!..
17.01.22
İlhamə Dağlı - Tobıktıda günəş doğdu
17.01.22
Azad Qaradərəli: "AYB-dan uzaqda qalmaq, təbii çətinliklər yaradıb mənə"
15.01.22
Mübariz Örən Yaradıcılıq Fakültəsinə rəhbər təyin olunub
11.01.22
Gülnar Yunusova -  Fenomen Haruki Murakami 73 yaşında
11.01.22
Kənan Hacı - Vaxt pəncərəsi
11.01.22
Azad Qaradərəlinin hekayəsi Türkiyə saytında yayımlanıb
10.01.22
Nadir Əzhəri - “İsanın qadını” və qadın ifadəsinin keyfiyyəti
06.01.22
Kənan Hacının yeni kitabı çap olundu
30.12.21
Günel Natiq - Ayı dərisi 
29.12.21
“Qarabağ ilmələrdə” sənədli filminin təqdimat mərasimi olub
29.12.21
“Ulduz”dan oxuculara endirim
29.12.21
Hacı Zeynalabdin Tağıyevlə bağlı film çəkiləcək
28.12.21
Habil Yaşar - SMS
28.12.21
Eşqin Məmmədov - Bu il başqa arzum var, hədiyyə istəmirəm
27.12.21
Ramil Əhməd Türkiyədə qalib oldu
27.12.21
Yazıçı Varisin kitabı İranda nəşr edilib
27.12.21
Nemət Mətin - İsanın qadını və ya Səxavət Sahilin "Məhəbbət" obrazı
24.12.21
Azad Qaradərəlinin yeni kitabı çap olunub
23.12.21
İlin son "Ulduz"u nəşr olundu
23.12.21
Fərid Hüseynin İstanbulda imza günü oldu - Foto
23.12.21
Cavanşir Atəşi - Xalqının taleyinə günəştək doğulmusan!
20.12.21
“Leyli və Məcnun” dastan-tamaşası təqdim olundu
20.12.21
“Qobustan” sənət toplusunun qış nömrəsi işıq üzü görüb
20.12.21
“Salnaməfilm” studiyasında il ərzində bir sıra yeni sənədli filmlər çəkilib
20.12.21
“Uşaq Avroviziyası - 2021” müsabiqəsinin qalibi bəlli olub
20.12.21
Minsk şəhərində Nizami Gəncəvinin heykəli ucaldılıb
16.12.21
Küyülü Nəccari Səid - Atam
16.12.21
Üfüqdə hansı cərəyan görünür? - SORĞU
13.12.21
Səxavət Sahil - Əkrəm Əylisli, Axundov, Mirzə Cəlil, Sabir və Türk ədəbiyyatı
13.12.21
Mərahim Nəsib - Əllərim göy üzündə, dodağımda dualar
13.12.21
Bakıda 15-21 dekabrda Milli Kitab Sərgisi keçiriləcək
13.12.21
Azərbaycan Yazıçılar Birliyinə qəbul elanı
13.12.21
Koreya-Azərbyacan II Humanitar Forumunu keçirilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.